Türkiyədə Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri, onkoloq, tibb doktoru Murat Baş

Aprelin 20-də "JW Marriott Absheron" otelinin Şərq zalında "XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" adlı "I Beynəlxalq Elmi-Praktik Simpozium" keçiriləcək. Tədbirin təşkilatçısı İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzidir.



Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Planeta İKŞ, Afgen Genetik Diaqnoz Mərkəzinin sponsorluğu və Azərbaycan Pediatrlar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən beynəlxalq əhəmiyyətli bu tədbirdə İsveçrə, Almaniya, Türkiyə, eləcə də Azərbaycandan tibbi nəzəriyyə və praktikada müəyyən xidmətləri olan tanınmış alim və mütəxəssislər spikerlik edəcəklər.
Spikerlərdən biri də Türkiyədə Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri, onkoloq, tibb doktoru Murat Başdır. Uludağ Universiteti Tibb fakültəsinin məzunu Murat Baş müxtəlif illərdə Amerika Birləşmiş Ştatları, Almaniya,Türkiyənin ayrı-ayrı təhsil ocaqları və xəstəxanalarında həm nəzəri   biliyini, həm də  təcrübəsini təkmilləşdirərək onkoloq ixtisasına yiyələnmişdir. Dəfələrlə beynəlxalq simpoziumlarda Onkoloji xəstələrin müalicəsinə fərqli yanaşma mövzusu ilə bağlı çıxışları olub. Bu sahədə öz təcrübələrini yerli və xarici həmkarları ilə bölüşüb. Murat Baş hazırda İstanbulda özəl xəstəxanasında “ fərdi sağlam yaşam” ( Kişiyə özəl sağlıqlı yaşam yönetimi) istiqamətində  fəaliyyətini davam etdirir. Eyni zamanda ozonoterapiyanın müalicəvi əhəmiyyəti ilə bağlı müxtəlif tibbi dərgilərdə  çap olunan onlarla məqalənin müəllifidir. 2002-ci ildən bəri  Türkiyədə ozonoterapiya dərnəyi yaradaraq yüzlərlə həkim və sağlıq mütəxəssislərinə bu müalicə üsulu barədə mühazirələr deyib.