Sağlamlıq körpüsü” social layihəsi Masallıda : 450-dən çox pasiyent tibbi xidmətdən istifadə edib.

“Sağlamlıq körpüsü” social layihəsi  Masallıda : 450-dən çox pasiyent   tibbi xidmətdən istifadə edib. 
 
TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlamlıq körpüsü” social layihəsi  ilk  dəfə Masallıda həyata keçirilib.

Layihənin məqsədi Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim-mütəxəssislərin iştirakı ilə bir çox xəstəliklərlə bağlı tibbi müayinələrin təşkil olunmasıdır.Məqsəd həm də müayinə zamanı  xəstəliklərin erkən aşkarlanaraq vaxtında düzgün diaqnoz qoyulmasıdır ki, bu da hər hansı saölamlıq probleminin  ağırlaşmadan  öncə müalicəsinə başlanmasına şərait yaradır.Nəticədə  müayinəyə gələn yüzlərlə insan xəstəliyin sonrakı fəsadlarından vaxtında xilas olaraq normal həyatına davam edir.Bu tipli layihələr əhali arasında tibbi maarifləndirmənin genişləndirilməsinə də xidmət baxımından əhəmiyyətlidir.

“Sağlamlıq körpüsü” social layihəsi  çərçivəsində bir gün ərzində 450-dən çox pasiyentə  müxtəlif xəstəliklərlə bağlı tibbi xidmət göstərilib və sanitar maarifləndirmə həyata keçirilib. 

Masallı Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həyata keçirilən   tədbirdə  cənub bölgəsində yaşayan insanlar Almaniyada və Türkiyədə ixtisaslaşmış həkimlər tərəfindən göstərilən  oftalmoloji, stomatoloji, pediatrik, cərrahi və psixiatrik müayinələrdən yararlanıb.Təkcə Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində 100-dən çox pasient oftalmoloji müayinələrdən keçərək  göz xəstəliyi barədə məlumatlandırılıb.Problemi olan xəstələrə isə oftalmoloq tərəfindən müalicə yazılıb və ya cərrahi müdaxilə məsləhət görülüb.

Müayinələrdən sonra layihənin davamı kimi həkim-mütəxəssislər Boradigah qəsəbəsindəki İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşərək tibbi maatifləndirmə sahəsində onları maraqlandıran sualları  cavablandırıblar.