BTİMM-də əcnəbi həkimin xəstə qəbulu

Xəbər verdiyimiz kimi, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluğu və   İnteqrativ Təbabətdə Elmi Araşdırmalar  Mərkəzinin  təşkilatçılığı ilə mayın 21-də  Badamdar Hotel Residences -də keçiriləcək seminarın məruzəçisi professor Arturo O”Birnedir. Seminar  “ Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunub. 

Arturo O”Birne  Kolumbiyanın Javeraniya Universitetindəki  İnteqrativ Təbabət kafedrasının müdiri, tibb elmləri doktoru, beynəlxalq dərəcəli lektordur. Kolumbiyalı professor həm də   seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə   dünyanın tanınmış mütəxəssislərindəndir.

O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentidir.
Dr. Arturonun Azərbaycana səfərinin məqsədi təkcə seminarla bağlı deyil.O, seminardan sonrakı günlərdə- mayın 22-dən 27-nə qədər Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində pasient qəbulu həyata keçirəcək.Mədə-bağırsaq traktı xəstəliklərindən,parkinson, dağınıq skleroz, padaqra, ateroskleroz  xəstəliyindən əziyyət çəkənlər İnteqrativ Müalicə Mərkəzində qeydiyyatdan keçə bilərlər.Qeyd edilən günlərdə allergik xəstəliklərlə yanaşı  revmatoid artrit, qırmızı qurd eşənəyi, vaskulit  problemi olan xəstələr də xroniki və autoimmun xəstəliklərin müalicəsində uzun müddətli təcrübəyə malik  professor O`Birneyə müraciət edə bilərlər. 

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi indiyə qədər xroniki və autoimmun xəstəliklər üzrə İtaliya, Almaniya, İsveçrə, Kolumbiya, Rusiya və s. ölkələrin  məşhur mütəxəssislərinin Azərbaycanda  dəfələrlə xəstə qəbulunu təşkil edib. Bu səbəbdən deyə  bilərik ki, İnteqrativ Müalicə Mərkəzi belə problemi olan insanların əlavə vəsait və vaxt sərf etmədən ölkəmizdə fərqli metodlarla müalicə almasına şərait yaratmaq kimi  xeyirxah bir missiyanın  daşıyıcısıdır.




Ətraflı məlumat və qəbula yazılmaq üçün:
📞 (050) 430 89 89;
📍Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110