İnteqrativ Təbabət üzrə tanınmış mütəxəssisin Bakıda seminarı olacaq

Xəbər verdiyimiz kimi, Kolumbiyanın Javeraniya Universitetindəki  İnteqrativ Təbabət kafedrasının müdiri, tibb elmləri doktoru, beynəlxalq dərəcəli lektor Arturo O`Birne BTİMM-nin dəvəti ilə Azərbaycana gəlib. Kolumbiyalı professor  həm də  seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə   dünyanın tanınmış mütəxəssislərindəndir. O, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluğu və   İnteqrativ Təbabətdə Elmi Araşdırmalar  Mərkəzinin  təşkilatçılığı ilə mayın 21-də  Badamdar Hotel Residences -də keçirilən seminarın məruzəçisi idi.  Seminar  “Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunmuşdu. 
Bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidenti  mayın 23-dən 25-nə qədər  isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində yerli həkimlərimiz üçün  seminar keçirəcək. Beynəlxalq lektorun seminarının mövzusu   “ Metabolik pozulmalar nəticəsində yaranan xəstəliklərin biotənzimləyici sistemli təbabətdə müalicəsi” ilə bağlı  olacaq. 
İnteqrativ Təbabət üzrə  böyük nəzəri və praktik təcrübəsi olan   Arturo O`Birne dəfələrlə BTİMM-də yerli həkimlərə müxtəlif xəstəliklərin müalicəsində adı çəkilən təbabətin əhəmiyyətli roluna həsr olunmuş seminarlar keçirib.  Qeyd edək ki, İnteqrativ Təbabət  orqanizmin özünütənzimləmə mexanizmlərini nəzərə alaraq hər bir xəstəliyin müalicəsinə fərdi və fərqli yanaşır.Tətbiq edilən  metodlar xəstəliyin deyil, xəstənin müalicəsinə yönəlir. Çünki orqanizm vahid bir sistemdir və orqanların fəaliyyəti  bir-biri ilə sıx əlaqəlidir. Hər hansı bir səbəbdən bir orqanın funksiyasının pozulması  digərinin  işinə də mənfi təsir göstərir. Hər bir orqanın funksiyasının bərpasına yönələn kompleks müalicə zamanı pasient səhhətindəki problemlərdən  xilas olur. Xəstə özünü gümrah, sağlam hiss edir, əhval-ruhiyyəsi düzəlir, aktiv həyat tərzinə qayıdır.
Qısaca xarakterizə etsək, deyə bilərik ki, İnteqrativ Təbabət xəstəliyin səbəbinin aradan qaldırılmasına yönələn, orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edərək xəstəliyə qarşı müqavimətini artıran bir təbabətdir. Nəticədə funksiyaları bərpa olunan orqanlar aktivləşərək xəstəliyə qalib gələ bilir.Bununla da  pasientin sağlıq problemi həll edilir.
Bakıda fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlər 3 gün ərzinddə  “Dismetabolizm və onun nəticələri”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabət”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabətin protokolları” mövzularına dair ətraflı bilgi alaraq öz praktikalarında öyrəndiklərini tətbiq edə biləcəklər.






Ətraflı məlumat üçün:
“Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”
📞 (050) 430 89 89;
📍Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110