BTİMM ilk dəfə Samsunda keçirilən beynəlxalq tədbirdə


       
Türkiyənin Samsun şəhərində keçirilən II Beynəlxalq «Samsun İkiztepe Sağlamlıq Sammiti»ndə Azərbaycanı təmsil edən 35 nəfərlik turizm işçisi, həkim və jurnalistin daxil olduğu nümayəndə heyətinin tərkibində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin marketinq və telekomunikasiya departamentinin əməkdaşı da vardı. BTİMM tibbi turizmlə bağlı beynəlxalq tədbirdə   fərqli müayinə və müalicələr barədə  buklet və flayrların  nümayiş edildiyi  xüsusi guşə ilə təmsil olunurdu.
        
Sammiti giriş sözü ilə açan   Anadolu Aslanları İş Adamları Birliyinin sədri Orhan Aydın  qeyd edib ki, belə  beynəlxalq tədbirlərə ev sahibliyi edən Türkiyə tibbi turizm  sektorunda dünyanın ən əhəmiyyətli bazarlarından birinə çevrilib. Rəsmi statistikalara görə, Türkiyədə 2023-cü ildə  sağlamlıq turizminə  62 milyard lirə sərmayə qoyulub.
          
Tədbir çərçivəsində Samsun valisi Orhan Tavlı ilə Azərbayca nümayəndə heyətinin  görüşü də olub.  Müzakirələr zamanı Bakı-Samsun arasında birbaşa aviareyslərin təşkili, sağlamlıq turizmi sahəsində qarşılıqlı əlaqələr müzakirə edilib. O da vurğulanıb ki, birbaşa reyslərin açılması ölkələrimiz arasında tibbi turizm əlaqələrinin genişlənməsinə yardımçı olacaq.Nümayəndə heyətinin rəhbəri Samsun valisinə tarixi Şuşa şəhəri ilə bağlı xatirə hədiyyəsini  təqdim edib.
           
Sammitdə iştirak edənlər bu fikirdədirlər ki, digər sahələrdə olduğu kimi, Azərbaycanla Türkiyə arasında sağlamlıq turizmi sahəsində də çox yaxşı münasibətlər formalaşıb.
         
Samsunda keçirilən  İkiztepe Sağlamlıq Sammitində artıq 2-ci dəfə iştirak edən Azərbaycan nümayəndə heyəti Türkiyə ilə yanaşı  digər iştirakçı ölkələrin səhiyyə və turizm təmsilçiləri ilə  də faydalı görüşlər keçirib. Ümid edirik ki, bu görüşlərdə nümayəndə heyətimizin göstərdiyi səylər  həmin ölkələrdən  sağlamlıq məqsədilə respublikamıza gələnlərin sayına da öz təsirini göstərəcək.
          
Özəl tibb müəssisələri arasında özünəməxsus yeri olan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin peşəkar həkimlərinin İnteqrativ Tibb metodlarının  köməyilə müalicəsi çətin və ya heç mümkün olmayan xroniki xəstəliklərin sağalmasında əldə etdiyi uğurlu nəticələr göstərir ki,  Mərkəz təkcə  ölkə vətəndaşlarının deyil,  əcnəbi pasientlərin də müalicəyə cəlb olunması üçün geniş   imkanlara malikdir. Artıq Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən sağlamlıq problemlərinin  həlli üçün Mərkəzə müraciət edən əcnəbi vətəndaşların sayı artmaqdadır.
                    
Bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında aldıqları müalicədə  heç bir nəticə görmədikləri üçün son ümid yeri kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutublar. Onların  arasında kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən İnteqrativ tibb metodlarının  köməyilə sağalıb öz ölkələrinə qayıdanlar çoxluq təşkil edir.Bəziləri isə müalicələrini mərhələlərlə davam etdirirlər. Beləliklə, BTİMM xroniki və autoimmun xəstəliklərin müalicəsində qazandığı uğurlarla  ölkəmizdə tibbi turizm inkişafına böyük dəstək vermiş olur.