BTİMM-dəki tədbirin iştirakşıları ginekoloqlar idi.

BTİMM-dəki tədbirin iştirakşıları ginekoloqlar idi.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi  uzun müddətdir,  bir sıra beynəlxalq seminar və konfranslara ev sahibliyi etmək təşəbbüsü ilə gündəmdədir. Belə  tədbirlər içərisində yerli həkimlər üçün maarifləndirici və müzakirə xarakterli görüşlərin keçirilməsi də önəmli yer tutur. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşkilatçılığı ilə mayın 31-də baş tutan növbəti  tədbirə Azərbaycanın müxtəlif səhiyyə ocaqlarında fəaliyyər göstərən ginekoloqlar dəvət olunub. Görüşün digər bir təşkilatçısı da BTİMM-nin nəzdindəki İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi idi. 

Əvvəlcə ATU-nun 1-ci mama-ginekologiya kafedrasının dosenti, tibb elmləri doktoru, mama-ginekoloq Natəvan Axundova İnteqrativ Təbabətin ginekoloji xəstəliklərin müalicəsindəki əhəmiyyətli rolundan  danışıb. Eyni zamanda sözü gedən təbabətdə istifadə edilən Almaniya istehsallı preparatların effektli faydası haqqında tədbir iştirakşılarına ətraflı məlumat verib.

“Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar: İnteqrativ Təbabətin yanaşması” mövzusundakı dəyirmi masanın əsas məruzəçisi  Ukraynanın tanınmış mama-ginekoloqu, İnteqrativ Təbabət üzrə ekspert, refleksoterapevt Yelena Nekrasova idi. Qadın xəstəlikləri arasında daha çox rast  gəlinən ginekoloji problemlərin  müalicəsində akademik tibbdən fərqli   yeni bir  müalicə metodlarının olması  dəyirmi masada iştirak edən qonaqların diqqətini çəkib. Məruzədən sonra Y.Nekrasova mövzu ilə bağlı ginekoloqları maraqlandıran suallları cavablandırıb. Görüş dəyirmi masanın formatına uyğun olaraq mövzunun müzakirəsi ilə başa çatıb.