İsveçrəli doktor BTİMM-də xəstə qəbul edəcək.

İsveçrənin Alpstein klinikasının baş həkimi doktor Ralf Oettmeyer Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin dəvəti ilə  iyulun əvvəlində  Azərbaycana  gəlir. Əvvəlki səfərlərində olduğu kimi əcnəbi doktor  iyulun 5-də  də sözü gedən  Müalicə Mərkəzində xəstə qəbulu həyata keçirəcək.
Xərçəngönü xəstəliklər və xərçəng xəstəliyinin müalicəsindən sonrakı dövrdə orqanizmin bərpası ilə bağlı böyük təcrübəyə malik R.Oettmeyer  öz sahəsi üzrə dünyada tanınmış mütəxəssilərdəndir.
Həm nevroloji, həm də autoimmun və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən pasientlər əcnəbi doktora müraciət edə bilərlər.İnsanın həyat tərzini  və iş qabiliyyətini pozan Revmatoid-artrit, Bexterev xəstəliyi, qırmızı qurd eşənəyi, artroz kimi dayaq-hərəkət sistemi xəstəlikləri bütün dünyada olduğu kimi Azərbaycanda da artmağa və cavanlaşmağa doğru gedir. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi  İtaliya, İsveçrə, Kolumbiya, Almaniya və s. ölkələrdən məşhur həkimləri ölkəmizə dəvət etməklə  belə problemi olan  pasientlərə geniş imkan yaradır. Məlumdur ki, autoimmun xəstəliklərin müalicəsi uzun zaman və çox maddi vəsait tələb edir.Bəzən  bu səsəblərdən pasientlər ruhdan düşür, müalicəni axıra qədər davam etdirmirlər. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi əcnəbi doktorun  təyinatından  sonra həmin xəstələri nəzarətə götürür, onların davamlı olaraq müalicə prosedurlarına cəlb olunmasına şərait yaradırlar.
Parkinson, dağınıq skleroz, polineyropatiya, miopatiya,alsheymer kimi nevroloji xəstəliklər də doktor Ralf Oettmeyerin müalicə alanına daxildir.Pasientlər bu kimi problemlərlə də  isveçrəli doktora müraciət edə bilərlər.




Öncədən qeydiyyat mütləqdir!
Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110 
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89;   (012) 430 89 49