Revmatologiyada İnteqrativ Təbabətlə müalicə

4-5 iyul tarixlərində Bakı Sağlamlıq Mərkəzində “Revmatologiya və Daxili Xəstəliklər Məktəbi “ adlı konfrans keçirilib.Tətbirdə  Azərbaycanda fəaliyyət göstərən revmatoloqlarla yanaşı Türkiyədən də revmatologiya üzrə həkimlər dəvət olunub.Konfrans hər iki ölkənin mütəxəssislərinin revmatoloji xəstələrin müalicəsinə müasir yanaşmalarla  yaxından tanış olması məqsədi daşıyırdı. Sözü gedən konfrans  eyni zamanda revmatologiya sahəsində çalışan mütəxəssislərin bir-biri ilə təcrübələrini bölüşdürmək və  mövzu ətrafında maraqlı fikir mübadiləsi aparmaq üçün də geniş imkanlar yaradıb.
Konfransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini revmatoloq Kamilə Yusifova təmsil edib. Onun “ Revmatoid artritin patogenetik müalicəsində İnteqrativ Təbabətin aspektləri” mövzusundakı çıxışı tədbir iştirakşıları tərəfindən böyük marağa səbəb olub. 
Kamilə xanım  çıxışının sonunda  qeyd edib ki, İnteqrativ Təbabət təkcə revmatoloji  deyil, ümumiyyətlə xroniki və degerenativ xəstəliklərin  müayinəsinə və müalicəsinə fərqli yanaşır.Bu fərqli  yanaşma pasientlərin müalicəsində  alınan müsbət nəticələrlə özünü doğruldur. İnteqrativ Təbabət metodları ilə  müalicə  sayəsində  hətta müalicəyə çətin tabe olan xəstəliklərdə belə ya tam sağalma, ya da uzun müddətli remissiya almaq mümkündür.