
Nevral terapiya – bu sadəcə daha yeni bir inyeksiya texnikası deyil. Nevral terapiya avtonom sinir sisteminə təsir edən ənənəvi üsullar içərisində özünəməxsus yer tutur. Bu metodun təsir mexanizmini rus akademiki Pavlovun işlərində görmək olur. Nevral terapiyanın elmi əsası sadə neyrofizioloji əlaqələrə köklənir. Travma və xəstəliklər vegetativ sinir sisteminin davamlı dəyişikliyinə səbəb olur. Bu sistem bir çox mübadilə, immunoloji, həzm, hormonal və s. funksiyaları tənzimləyir.
Müalicə olunmamış emosional zədə yaxud konflikt “limbik sistem - hipotalamus “ oxu vasitəsilə vegetativ sinir sisteminə təsir edir. Prokainin patoloji impulsun başlanğıc götürdüyü yerə dəqiq inyeksiyası pozulmuş balansın bərpasına və tez sağalmağa gətirir. Bu, inyeksiya nahiyəsi sinir düyünü, çapıq yaxud vena nahiyəsi ola bilər.
Nevral terapiya elmi əsaslandırılmış müalicə sistemidir. Nevral terapiya digər yanaşmaların uğursuz nəticələndiyi yerdə kömək edən əsas müalicə metodudur. Çox zaman terapevtik effekt elə güclü və gözlənilməz olur ki, onu “ildırımsürətli reaksiya” yaxud “Xuneke fenomeni“ adlandırırlar.
Bu terapiya – təhlükəsiz , az invaziv metoddur. Müxtəlif xəstəliklərdə, müxtəlif distiplinlərdə istifadə olunur: otorinolarinqologiyada, oftalmologiyada, ginekologiya, pediatriya, psixiatriya, daxili orqan xəstəlikləri, terapiyada ağrı sindromu müalicəsində tətbiq edilir.