Pediatrlardan Xəbərdarlıq: Uşaqlarda Qırmızı Qızdırma Riski

Uşaqlarda qırmızı qızdırma - Skarlatina


Uşaqlarda qırmızı qızdırma A qrupu Streptococcus bakteriyalarının səbəb olduğu bakterial infeksiyadır. O, adətən streptokok boğaz infeksiyası ilə başlayır və vəziyyətə adını verən fərqli qırmızı səpgilər yaradır. Qırmızı qızdırmanın ən çox rastlanan simptomlarına qızdırma, boğaz ağrısı və nöqtəvar kimi səpgi daxildir. 

Qırmızı qızdırma antibiotiklərlə müalicə oluna bilər, əgər qırmızı qızdırma müalicə olunmazsa, yaxud da həkimə gec müraciət olunarsa, uşaqlarda ağır fəsadlara səbəb olur. Qeyd edim ki, qırmızı qızdırma keçmişdə ağır və potensial ölümcül xəstəlik olsa da, müasir dövrdə təkmilləşən tibb və səriştəli həkimlər tərəfindən antibiotiklərlə müalicə olunaraq onun şiddətini və fəsadlarını idarə etmək mümkündür. 



Uşaqlarda qırmızı qızdırmanın səbəbləri


Əvvəldə də yazdığım kimi qırmızı qızdırmaya ilk növbədə A Qrupu Streptococcus bakteriyaları, xüsusilə Streptococcus pyogenes səbəb olur. Bu bakteriyalar qırmızı səpgi daxil olmaqla xarakterik simptomlara səbəb olan toksinlər istehsal edir. İnfeksiya adətən boğaz ağrısı ilə başlayır və ona yoluxmuş şəxs öskürən və ya asqıran zaman bakteriyalar tənəffüs damcıları vasitəsilə yayılır. 
Uşaqlar inkişaf etməkdə olan immunitet sistemlərinə görə daha həssas olduqlarına görə yoluxmuş şəxslərlə və ya çirklənmiş səthlərlə yaxın təmas onun ötürülməsinə, nəticədə isə uşağın bakteriyaya yoluxmasına təsir edir. 
Bu zaman həkimin vaxtında müdaxiləsi qırmızı qızdırmanın fəsadlarının qarşısını almaq və infeksiyanın yayılmasını azaltmaq üçün çox vacibdir.

Uşaqlarda qırmızı qızdırmanın simptomları


Skarlatinanın ümumi simptomlarına aşağıdakılar daxildir:

  • Boğaz ağrısı

Skarlatinanın ən geniş yayılan və ilkin simptomu boğaz ağrılarıdır.

  • Qızdırma

Qırmızı qızdırma zamanı digər qızdırmalar kimi uşağın bədəninin istiliyi yüksəlir. 

  • Qırmızı səpgi

Qırmızı qızdırma zamanı uşağın sinəsindən başlayaraq bədəninin digər hissələrinə yayılan incə, zımpara kimi hiss edilən qırmızı səpgilər müşahidə olunur.

  • Çiyələk dili

Qırmızı qızdırma zamanı uşaqların dili çiyələyə bənzər formada qırmızı və qabarıq görünə bilər.

  • Qızarmış üz

Uşağının yanaqların ətrafındakı dəri qırmızı qızdırma zamanı nəzərəçarpacaq dərəcədə qızarmağa başlayır.

  • Baş ağrısı və bədən ağrıları

Uşaqlarda qırmızı qızdırma ümumi narahatlıq və əzələ ağrısına səbəb olur.

  • Bulantı və qusma

Uşaqlarda qızrmızı qızdırma onların mədə-bağırsaq pozuntularına səbəb olur ki, bu da ürək bulanma və qusmayla nəticələnə bilər.
Vurğulayım ki, streptokok infeksiyası olan bütün skarlatina inkişaf etdirmir və qırmızı qızdırma olsa belə, onun simptomları uşaqlar arasında fərqli olur. Bu səbəbdən də simptomun nədən qaynaqlandığını aydınlaşdırmaq üçün qırmızı qızdırma şübhəsi varsa, həkimə müraciət edilməlidir.

Uşaqlarda qırmızı qızdırmanın fəsadları


Qırmızı qızdırma ümumilikdə müalicə edilə bilən bir xəstəlik olsa da, xüsusilə infeksiya vaxtında və lazımi şəkildə müalicə edilmədikdə, ağırlaşmalar yaradır. 

Qırmızı qızdırmanın müalialicə edilmədikdə səbəb olduğu potensial ağırlaşmalarına aşağıdakılar daxildir:

  • Revmatik qızdırma 

Bu, ürəyə, oynaqlara, dəriyə və sinir sisteminə təsir edə bilən ciddi iltihablı vəziyyətdir. Revmatik qızdırma, müalicə olunmamış streptokok infeksiyalarının ağır bir komplikasiyasıdır ki, uşaqlara əhəmiyyətli dərəcədə təsir göstərir.

  • Böyrəklərin zədələnməsi (Poststreptokokk qlomerulonefrit)
Adətən ilkin streptokok infeksiyasına müdaxilə olmaqdıqda, ondan bir neçə həftə sonra inkişaf edən böyrək iltihabı uşağın böyrəklərinin zədələnməsinə səbəb ola bilər.

  • Qulaq infeksiyaları

Əksər hallarda, üsusən də streptokok bakteriyaları orta qulağa yayıldıqda skarlatina qulaq infeksiyalarına səbəb ola bilir.

  • Dəri infeksiyaları
Qırmızı qızdırma zamanı ikinci dərəcəli bakterial dəri infeksiyaları baş verə bilir. Bu kimi dəri infeksiyaları uşaq qırmızı qızdırma səbəbilə yaranan səpgiləri qaşıdığı zaman baş verir.

Tez diaqnoz və müvafiq həkim müalicəsi ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Uşaqda qırmızı qızdırma əlamətləri varsa, düzgün idarə olunmasını təmin etmək və mənfi nəticələrin ehtimalını azaltmaq üçün həkimə müraciət etmək çox vacibdir.

Uşaqlarda qırmızı qızdırmanın qarşısının alınması


Qırmızı qızdırmanın qarşısının alınması A Qrupu Streptococcus bakteriyalarının yayılmasını azaltmaq üçün edilə biləcək bir sıra tədbirləri əhatə edir. 

Uşaqda qırmızı qızdırmanın  qarşısının alınması üçün valideynlərin edə biləcəyi tədbirlər bunlardır:

  • Gigiyena

Xüsusilə öskürən, asqıran və ya tualetdən istifadə etdikdən sonra əllərin tez-tez yuyulması infeksiyada müdafiədə mütləqdir. Ona görə də uşaqlara düzgün əl yuma üsullarını və əl yuma vaxtlarını izah edin.

  • Tənəffüs gigiyenası

Uşaqlara öskürərkən və ya asqırarkən ağız və burunlarını salfet və ya dirsəklə örtməyi öyrədin. Onları stəkan və qaşıqlar kimi ağızla təmasda olan şəxsi əşyalarını paylaşmaqdan çəkindirin.

  • Streptokok boğazının vaxtında müalicəsi

Əgər uşaqda boğaz ağrısı əlamətləri varsa, dərhal həkimə müraciət edin. Streptokok boğazını həkim müalicə etməklə qırmızı qızdırmanın inkişafının qarşısını almağa kömək edir.

  • İzolyasiya

Qırmızı qızdırma varsa, ən azı 24 saat müddətində  həkim müalicə edənə və yoluxucu olmayana qədər başqalarından uzaq tutun.

  • Peyvəndləmə

Hazırda qırmızı qızdırma üçün xüsusi peyvənd yoxdur. Bununla belə, difteriya və göyöskürək kimi digər xəstəliklərə qarşı adi peyvənd müvafiq fəsadların da qarşısını almağa kömək edir.

Bu profilaktik tədbirləri həyata keçirməklə siz qırmızı qızdırma və onun ağırlaşmaları riskini azalda bilərsiniz. Ümumi gigiyena qaydalarına riayət etmək, simptomlara qarşı ayıq-sayıq olmaq və qırmızı qızdırmadan şübhələndiyiniz halda həkimə müraciət etmək lazımdır.

Uşaqlarda qırmızı qızdırmanın diaqnozu


Bu xəstəliyin diaqnozu adətən klinik qiymətləndirmə və laboratoriya testlərinin birləşməsini əhatə edir.

  • Klinik müayinə

Həkim müayinəyə  uşağın simptomlarını, o cümlədən xarakterik qırmızı səpgi, boğaz ağrısı, qızdırma və digər əlaqəli əlamətləri müayinə etməklə başlayır.

  • Boğaz tamponu

Bu hal zamanı A Qrupu Streptococcus bakteriyasının mövcudluğunu yoxlamaq üçün adətən boğazdan tampon alınır. Boğazdan alınan tampon infeksiyanın müvafiq antibiotiklərin təyin edilməsi üçün vacib olan streptokok bakteriyalarının səbəb olub-olmadığını təsdiq etməyə kömək edir.

  • Sürətli antigen testi

Bu test streptokok bakteriyalarından spesifik antigenləri aşkar edərək sürətli nəticələr verməsilə Streptokok infeksiyalarının qısa vaxt ərzində diaqnozuna kömək edir.

  • Qan testləri

Əksər hallarda infeksiyaya qarşı immun cavabı göstərən müəyyən markerlərin yüksək səviyyələrini yoxlamaq üçün qan testləri aparılır.

Uşaqlarda qırmızı qızdırmanın müalicəsi


Uşaqlarda qırmızı qızıdırmanın vaxtında və həkim tərəfindən aparılması mütləqdir. Uşağın sağalma müddəti isə onun fərdi vəziyyətindən olaraq həkim tərəfindən təyin olunan müalicə planının tam kursunu tamamlamaqla mümkündür. 

Gəlin qırmızı qızdırmanın müaicə gedişatı ilə ətraflı tanış olaq:

  • Qızdırma və ağrının idarə edilməsi

Qızdırmanı idarə etmək və onun səbəb olduğu ağrıları azaltmaq üçün həkim tərəfindən tövsiyə olunan dərmanların qəbulu vacibdir.

  • Maye qəbulu

Xüsusilə də uşaqda boğaz ağrısı varsa, qızdırmanın səbəb olduğu susuzluğun qarşısını almaq üçün uşaq lazımi qədər otaq temperaturunda maye qəbul etməlidir.

  • İstirahət

Adekvat istirahət sağalma müddəti üçün çox lazımlıdır və orqanizmə infeksiya ilə daha effektiv mübarizə aparmağa imkan verir.

  • İzolyasiya

Skarlatina yoluxucu olduğundan, xüsusilə ilkin mərhələdə və ya ən azı 24 saat uşağı başqalarından uzaq tutmaq bakteriyanın digər uşaqlara yayılmaması üçün mütləqdir.

  • Rahatlıq tədbirləri

Sərin kompreslərdən istifadə etmək və rahat mühit təmin etmək qırmızı qızdırma simptomları yüngülləşdirməkdə valideynlərə kömək edə bilər.
Müalicə müddətində valideynlər həkimin göstərişlərinə ciddi əməl etməli və simptomlar davam edərsə və ya ağırlaşarsa, mütləq həkimə məlumat verməlidirlər etməlidirlər. Eyni zamanda təyin olunan dərman bitmədən qırmızı qızdırmanın simptomlar yaxşılaşsa belə, uşağın bütün müalicə kursunu tamamlamasını təmin etmək də mütləqdir. 
 
İnteqrativ Təbabət yanaşması ilə müalicəyə  ilk növbədə drenaj orqanlarının fəaliyyətini bəpa etməklə başlayırıq. Drenaj zamanı həm orqanizmin bakteriya yükü azalır, həm də selikli qişaların funksiyaları bərpa olunur. Burun-udlaqda olan hiperemiyanı , iltihabı azaltmaq üçün biotənzimləyici terapevtik preparatlar oral və nazal spreylərdən istifadə olunur. Skarlatinanın  böyrək, sidik yollarına, oynaqlara verdiyi fəsadların qarşısını almaq üçün qanın, sidiyin müayinəsi və uşağın nəzarətdə saxlanılması vacibdir. Xəstəliyin kəskin dövründən sonra orqanizmdə β hemolitik streptokokkların zəiflətdiyi immun  sistemi modulyasiya etmək, bunun üçün izopatik preparatlar olan spesifik mikrobəleyhinə haptenlərdən istifadə olunur. Onlar da orqanizmdə vaksinəbənzər effekt verir.