
Hepatit B qaraciyərdə iltihabi proses törədir və uzun müddət müalicə olunmazsa qaraciyər sirrozu və xərçəngi yarada bilən bir virusdur.
Qeyd edək ki,hepatit B virusu çox yoluxucudur,qan,selikli ifrazat və tüpürcəklə də yoluxma mümkündür.
Daha bir nüans isə ondan ibarətdir ki,hepatit B virusu daşıyan şəxslər hepatit D yə yoluxa bilir və hazırda hepatit D demək olar ki müalicəsi olmayan və ağır gedişli xəstəlikdir.Deməli bir peyvənd sizi 2 təhlükləli virusdan qoruyur,həm də bütün həyatınız boyunca.
- Bəs peyvənd kimlərə birinci növbədə olunmalıdır?
- Xəstələrlə təmasda olan yaxınları və tibb işçiləri
- Hemodializ xəstələri
- Qan köçürmə olunan şəxslər
- Çox sayda partnyoru olanlar
- Hepatit B-dən başqa digər qaraciyər xəstəliyi olanlar
- Bərbərlər,manikür və pedikür ustaları və istəyən bütün şəxslərə
- Peyvəndin qoruyuculuğu 90-95% təşkil edir.
- 40yaşdan böyük olma,
- Siqaret çəkmə,
- Çəki artıqlığı,
- Genetik faktorlar,
- İmmun supresiyya peyvəndin təsirini zəiflədə bilər.
Peyvənd 3 dozada vururlur, 0. 1. və 6. cı aylarda.Bəzən evlilik ərəfəsində,bəzi ölkələrə səyahət zamanı sürətli yəni 1 ay ərzində dəd peyvəndləmə oluna bilər.Yüksək risk qrupunda olan şəxslərdə üçüncü dozdan sonra qanda anti-HBs səviyyəsi təyin olunur.Yüksək anti-HBs yaranarsa təkrar doza ehtiyac yoxdur.Və orqanizm virusla qarşılaşdığı zaman immun sistemin yaddaş hüceyrələri tərəfindən məhv edilir.Hepatit B peyvəndi canlı peyvənd deyil,mikrobun bir hissəsinə qarşı hazırlanmış peyvənddir.Ona görə heç bir əlavə təsir yaratmaz.
Buna görə rahatlıqla klinikamızda peyvənd olunub Hepatit B və hepatit D virusundan qoruna bilərsiniz.