Kiçik biznesdən – böyük elmə

18 iyun 2022-ci ildə Bioloji Təbabət klinikasının bazasında fəaliyyət göstərən “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi Sağlamlıq və Ekologiya Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Baş Assambleyasının strukturuna qəbul edildi. Mötəbər qurumun üzvü olmaq – bütövlükdə Azərbaycan səhiyyəsinin böyük uğurudur.
Bu yol 1998 ci ildə Planeta şirkətinin təsisi ilə başladı. Alman istehsalı preparatlarının satışı ilə məşğul olan Planeta MMC rəhbərliyi 2001ci ildə HEEL şirkəti və Baden-Badendə yerləşən “Antihomotoksik Cəmiyyət” ilə tanış olub, İnteqrativ Tibbi Azərbaycanda inkişaf etdirmək qərarına gəlib.

Beləliklə, 2002-ci ildə Lənkəranda ilk dəfə Antihomotoksik Cəmiyyətin xətti ilə Beynəlxaq dərəcəli spikerin iştirakı ilə seminar təşkil olunub. 2001-ci ildən bu günədək, əsasən Almaniyadan olmaqla, müxtəlif xarici ölkələrdən 57 mühazirəçi, o cümlədən, İnteqrativ Tibb üzrə beynəlxalq dərəcəli lektorlar yüzlərlə seminar, konfrans, vebinar, master-klass vasitəsilə Azərbaycan həkimlərinin bu tibbin sirlərinə yiyələnməsində mühüm rol oynamışlar. İlk tədbirlər şirkətin kiçik mühazirə zalında, modullar isə (Modul A,B,C) böyük otellərin konfrans zallarında təşkil olunurdu. Zaman keçdikcə artıq tam İnteqrativ müalicəni tətbiq etmək üçün tək xarici lektorların mühazirələri kifayət etmədi. Davamlı tədris üçün yerli kadrların İnteqrativ Tibb üzrə ixtisaslaşmasına başlandı və 100-dən çox həkim Almaniyada ixtisaslaşma kursunda oldu. Bu həkimlər, 2006-cı ildən başlayaraq, həm Bakıda, həm də bölgələrdə həkimlərin İnteqrativ Tibb üzrə təkmilləşməsi üçün tədrisə başladı. İnteqrativ Tibb - xəstənin sağalması naminə tibbin bütün sübut olunmuş üsullarını özündə birləşdirir. Hazırda 6000-dən çox Azərbaycan həkimi Bioloji Təbabət üzrə kursu müvəffəqiyyətlə bitirmişdir.


Bioloji Təbabət MMC-nin rəhbərliyi, həkimlərlə yanaşı, əhalinin də tibbi maarifləndirilməsi sahəsində xeyli işlər görüb. Az.TV, ATV, SPACE TV, XƏZƏR TV, İCTİMAİ TV kimi yerli kanalların “ Ailə həkimi”, “ Həkimsən”, “ Çox yaşa”, “Həkim işi”, “ Cangüdən” , “ Bioloji Təbabət” , “ Sağlam ol” verilişlərində qonaq olan həkimlərimiz sağlıq problemi olan insanların tibbi maariflənməsində, müalicə üçün düzgün və peşəkar həkim seçimində bilik və bacarıqlarını əsirgəməyiblər. Bioloji Təbabət həkimlərinin xroniki xəstəliklərin müalicəsində əldə etdiyi uğurlar qardaş Türkiyənin də TV kanallarının marağına səbəb olub. Həkimlərimiz ATV Avropa, Kanal D, TV 8,5 İnternasional kanallarındaki çıxışları vasitəsilə öz uğurlarını türk tamaşaçıları ilə də bölüşüblər. Beləliklə, Bioloji Təbabət klinikasının peşəkar həkimlərinin xroniki xəstəliklərin müalicəsində qazandığı uğurlar əhali arasında orqanizmə zərər verməyən bu təbabətə inam və rəğbəti getdikcə artırdı.

Artıq ixtisaslaşmış həkim qrupu formalaşmışdır. İnteqrativ Tibbin uğurlu nəticələrinin əsaslarından biri də həkimlərin məhz komanda şəklində çalışmasıdır. Onları bir komandada cəm etmək, xroniki, o cümlədən, autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmək və alınan uğurlu nəticələri əyani olaraq digər həkimlərə çatdırmaq üçün Bioloji Təbabət klinikaları açıldı. 2009-cu ildə Bakıda, 2012-ci ildə Göyçayda, 2013-cü ildə- Sumqayıtda, 2018-ci ildə isə Masallıda BT klinikaları fəaliyyətə başladı. Bu klinikaların fəaliyyətində Almaniya, Kolumbiya, İsveçrə və digər BT klinikalarının təcrübəsindən istifadə edildi.

Bəzi xəstəliklərin yaranmasında genetik amilin rolu da az deyil. Bioloji Təbabət klinikası bu sahədə də Azərbaycan səhiyyəsinə öz töhfəsini verib. Klinikanın nəzdində yaradılan və Beynəlxalq standartlara cavab verən Afgen Genetik Diaqnoz Mərkəzi irsi xəstəliklərə vaxtında diaqnoz qoyulmasında uğurlu işlər görür.

2009-cü ildə BT klinikasında Antihomotoksik Cəmiyyətin, jurnal redaksiyasının, nəşrlərin, tərcümələrin, konfransların, sərgi, master –klass və s. tədbirlərin koordinasiya mərkəzi olan Elmi Şöbə fəaliyyətə başladı. İnteqrativ Tibbin sirlərini araşdırmaq, fikir mübadiləsi aparmaq üçün Azərbaycanda bu sahənin müxtəxəssislərindən ibarət Bioloji Terapiya və Antihomotoksik terapiya Cəmiyyəti yaradılıb. 2013-cü ildə -- t.e.d., prof. F. İbrahimli Antihomotoksik Cəmiyyətin sədri təyin edildi. Artıq neçə ildir ki, Cəmiyyətin eyni adlı jurnalı nəşr olunur. Həkimlər üçün nəzərdə tutulan bu jurnalda bioloji təbabət barədə elmi məqalələr, həkimlərin müxtəlif xəstəliklərin müalicəsində əldə etdiyi uğurların praktik nümunələri dərc olunur.

2014-cü ildən BT klinikasının uğurlu nəticələrinə söykənərək, İnteqrativ Tibbi bütün Azərbaycan həkimlərinə çatdırmaq qərarına gəlindi. Bu məqsədlə 2014 ci ildən Elmi-Tədqiqat (ETİ) yaranmasına dair hazırlıq işlərinə başlandı. Bu məqsədlə inkişaf etdirilən sahələrdən biri də Tibbi turizm olmuşdur. İnteqrativ Tibbin uğurlu nəticələrinin sorağını alan İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Türkiyə, Qazaxıstan, Rusiyadan bir çox xarici vətəndaş klinikaya üz tutmuş, illərdir çarpışdığı xroniki, sağalmaz xəstəliyin şəfasını məhz Azərbaycanda tapmışdır. Bu faktlar klinikamızın Azərbaycanın tibbi turizm sahəsinə verdiyi töhfənin bariz nümunəsidir.

Nəhayət, bütün bu çalışmaların məntiqi nəticəsi olaraq 18 iyun 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin Baş Assambleyası klinikanın bazasında fəaliyyət göstərən “ İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzini öz strukturuna qəbul etdi. Eyni zamanda, t.e.d., prof. Fikriyyə İbrahimli Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilmişdir. “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin direktoru seçilmiş Elxan Yaqubov qurumun qızıl döş nişanı ilə təltif edilmişdir.