

Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Azərbaycanda və həmçinin postsovet məkanında bioloji təbabətlə məşğul olan yeganə klinikadır.
Bu gün bu klinika Almaniya, Kolumbiya, İsveçrə, digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən Bioloji Təbabət klinikalaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlmişdir.
Bioloji Təbabət klinikası Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir. Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz biliklərini və təcrübələrini artırırlar. Belə ki, Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən zamanımızın ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eynı zamanda xəstə qəbulu həyata keçirilir.
Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunmuşdur.
Bioloji Təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir.
Hazırda xroniki-degenerativ, yəni illərlə inkişaf edən, sonda isə sağalmayan və ya çətin sağalan xəstəliklər çox geniş yayılmışdır. Tibbin, yeni supertexnologiyaların inkişafına rəğmən, xəstəliklərin sayı azalmır ki, artır. Onların müalicəsində isə nəzərəçarpan, mükəmməl bir nəticə əldə edilmir.
Hər il inkişaf etmiş ölkələrdə ürək-damar və digər xroniki xəstəliklərdən milyonlarla orta yaşlı insan həyatını itirir. Bu növ xəstəliklərin vüsət alması dünyada, o cümlədən, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi narahatlığa səbəb olub. Belə xəstəliklər həmçinin ailə büdcəsi və səhiyyə sistemi üçün ağır yükdür.
Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çox hallarda daimi, yəni ömürlük təyini, onların törətdiyi fəsadlar və ən əsası müalicələrin uzunmüddətli və əsasən uğursuz olması yeni müalicə metodlarının axtarışını zəruri etmişdir.Bu baxımdan dünya praktikasında belə xəstəliklərin müalicə və profilaktikasında Bioloji Təbabətdə istifadə olunur.
Özünütənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir. Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaradır.
Bioloji Təbabət nəzəriyyəsi baxımından, xəstəliklərin yaranmasının, yəni biotənzimləmənin pozulmasının əsasında toksinlərin tədricən toplanması, toksinlə yüklənmiş orqanizmdə daxili mühitin dəyişməsi və bu münbit şəraitdə müxtəlif patologiyaların asanlıqla inkişaf etməsi durur.
Bir xəstəlik onu yaradan çoxsaylı səbəblərə təsir etməklə müalicə oluna bilər. Buna görə də bioloji təbabət həmişə - kombinə olunmuş təbabətdir.
BİOLOJİ TƏBABƏTİN MÜALİCƏ ÜSULLARI:
- Biotənzimləyici terapiya (drenaj-detoksikasiya, immuno-modulyasiya, regenerasiya)
- İzopatik terapiya (immunomodulyasiya)
- Mikrobiololoji terapiya (immunomodulyasiya)
- Orto-molekulyar terapiya (mikroelementlər, vitaminlər və digər bioloji aktiv maddələr lazımı dozada)
İNYEKSİON PREPARATLARIN YERLİ İSTİFADƏSİNİN NÖVLƏRİ:
- Homeosiniatriya (akupunktur nöqtələrə)
- Biopunktura (ağrı və trigger nöqtələrə)
- SMBT (seqmentar metamerik bioloji nöqtələtə)
- Mezoterapiya (akupunktur nöqtələrə, refleksogen və lokal problemli zonalara dərialtı - kosmetologiya)
- Nevral terapiya (akupunktur nöqtələrə, refleksogen və lokal problemli zonalara yerli anestetiklərin vasitəsi ilə) kimi özəl bioterapevtik üsullar geniş istifadə olunur.
Bioloji təbabətdə müalicə üçün istifadə olunan dərman preparatları Almaniyada istehsal olunur. Bu preparatlar təbii tərkiblidir, onların dozası, təsiredici maddələrinin miqdarı insan orqanizmini idarə edən bioloji aktiv maddələrin miqdarındadır. Buna görə də bu preparatlar təhlükəsizdir, əlavə təsirləri yoxdur (xüsusən də kimyəvi preparatlara qarşı dözümsüzlüyü olan və yaşlı pasiyentlər üçün yeganə seçimdir).
BİOLOJİ TƏBABƏTDƏ BİR ÇOX XƏSTƏLİKLƏR
- onurğa yırtığı
- artroz,
- skolioz,
- trofiki və diabetik xoralar,
- başlanmış qanqrena,
- ürəyin işemik xəstəliyi (ürək damarlarının aterosklerozu) artıq Bioloji təbabət üsulları ilə əməliyyat olmadan uğurla müalicə olunur.
Nəşrlərimiz

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2021)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2020)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2019)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2018)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2017 N2)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2017 N1)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2016 N2)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2016 N1)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2015)

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin elmi-publisistik jurnalı (2014)

Sağlamlığınızın açarı Bioloji Təbabət Klinikasında