Stomatoloq

Stomatoloq
Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin  postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır. 
Klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. 
Bioloji Təbabət Klinikasında xroniki və autoimmun xəstəliklərin müalicəsi aparılır. Klinikaya Rusiyadan, Qazaxıstandan, Orta Asiya ölkələrindən, Pakistandan, İraq, İran və hətta Türkiyədən  müalicə almaq üçün xroniki xəstələr gəlir.
İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.   
Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.


Tələblər
•    Sahə üzrə tam ali təhsil
•    Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi
•    Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya şəhadətnaməsi;

Dəyərlərimiz:
o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir

Şərtlər:
İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00–dək, Şənbə saat 10:00 — 13:00
İstirahət: Bazar günü;
Əmək haqqı: müsahibə zamanı müəyyən edilir

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində «Stomatoloq» qeyd edərək CV formasını [email protected] ünvanına göndərməyiniz xahiş olunur.