Həkim-nevroloq

Həkim-nevroloq
Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin  postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır. 
Klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. 
Bioloji Təbabət Klinikasında xroniki və autoimmun xəstəliklərin müalicəsi aparılır. Klinikaya Rusiyadan, Qazaxıstandan, Orta Asiya ölkələrindən, Pakistandan, İraq, İran və hətta Türkiyədən  müalicə almaq üçün xroniki xəstələr gəlir.
İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.   
Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.
Tələblər
-Qeyd olunan ixtisasa uyğun Ali təhsil; 
-Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi;
- Dil bilikləri : Azərbaycan dili
- Uzmanlıq diplomu üstünlükdür
- EEQ və EMQ cihazlarından istifadə qaydalarını bilməsi üstünlükdür.

Məsuliyyətlər
Sinir xəstələrinin profilaktik müayinəsini həyata keçirilməsi;
Nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikasını araşdırılması;
Xəstəlik barədə qeydlərin komputerə daxil edilməsi
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
-5 günlük iş rejimi ;
-Əmək haqqı rəqabət yönümlü və yüksəkdir.



Uyğun namizədlər öz CV-lərini [email protected] email ünvanlarına göndərə bilərlər.
Əlaqə vasitəsi:  051-205-47-78   Fərid bəy