Həkim-qastroenteroloq

Həkim-qastroenteroloq
Həkim-qastroenteroloq 
Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin  postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır. 
Klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. 
Bioloji Təbabət Klinikasında xroniki və autoimmun xəstəliklərin müalicəsi aparılır. Klinikaya Rusiyadan, Qazaxıstandan, Orta Asiya ölkələrindən, Pakistandan, İraq, İran və hətta Türkiyədən  müalicə almaq üçün xroniki xəstələr gəlir.
İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.   
Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.
Tələblər
Ali tibbi təhsil
Bu sahədə ən azı 3 il iş təcrübəsi
Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “həkim qastroenteroloq”  ixtisası üzrə peşə hazırlığı  keçməlidir;

Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;

Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;
Məsuliyyətlər
•    Tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir;
•    Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
•    Qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
•    Bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
•    Mədə xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
•    Pankreas, öd kisəsi və öd yollarının xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
•    Endoskopiya, Ezofaqoqastroduodenoskopiya, Anoskopiya– Rektoskopiya, Kolonoskopiya, ERCP prosedurlrı edir;
•    Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir;
•    Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
Dəyərlərimiz:
o İnkişaf və davamlı öyrənmək istəyi (xroniki xəstəliklərin müalicəsində İnteqrativ tibbin tətbiqi)
o Qayğı göstərmək və kömək etmək istəyi
o Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir
Şərtlər:
İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00
İstirahət: Bazar günü;
Əmək haqqı: müsahibə zamanı müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Həkim-qastroenteroloq ” qeyd edərək CV formasını [email protected] ünvanına göndərməyiniz xahiş olunur.




Maraqlanan namizədlərdən mövzü hissəsində “həkim” qeyd edərək CV formalarını [email protected] ünvanına göndərmələri xahiş olunur.