Həkim qəbuluna yazıl

Canlı çat

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin  postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır. 
Klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. 
Bioloji Təbabət Klinikasında xroniki və autoimmun xəstəliklərin müalicəsi aparılır. Klinikaya Rusiyadan, Qazaxıstandan, Orta Asiya ölkələrindən, Pakistandan, İraq, İran və hətta Türkiyədən  müalicə almaq üçün xroniki xəstələr gəlir.
İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.   
Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.
Tələblər
•    Ali tibbi təsil (Terapiya)
•    Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həmin kursların sertifikatına malik olmalıdır;
•    Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır
•    Təcili yardımda şöbəsində ən azı 3-5 il əmək stajı
•    Stressə davamlılıq bacarığı
•    Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
•    Komanda ilə işləmək bacarığı.
Məsuliyyətlər
•    Təcili və təxirəsalınmaz tibbi yardım tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
•    Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur.;
•     Bütün terapevtik manipulyasiyaları və müdaxilələri təsdiq olunmuş ilkin imtiyazlara əsasən aparır.
•    Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
•     Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
•    Təcili və təxirəsalınmaz tibbi yardım tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;

Dəyərlərimiz:
o İnkişaf və davamlı öyrənmək istəyi (xroniki xəstəliklərin müalicəsində İnteqrativ tibbin tətbiqi)
o Qayğı göstərmək və kömək etmək istəyi
o Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir
Şərtlər:
İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00
İstirahət: Bazar günü;
Əmək haqqı: müsahibə zamanı müəyyən edilir



Maraqlanan namizədlərdən mövzü hissəsində “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim” qeyd edərək CV formalarını [email protected] ünvanına göndərmələri xahiş olunur.