Tibbi nümayəndə

Tibbi nümayəndə
“PLANETA” topdansatış əczaçılıq şirkəti “Tibbi nümayəndə” vakansiyası üzrə Bakı şəhəri üzrə işçi qəbulunu elan edir.

Əsas tələblər:

•    Ali təhsil (Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti-Biologiya, Azərbaycan Dövlət Aqrar Universiteti-Əczaçılıq, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti )
•    Yaş həddi: 26 – 45;
•    Müvafiq sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi;
•    Xarici görünüş və geyim səliqəli olmalı;
•    Komandada işləmək bacarığı;
•    Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
•    Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı

Vəzifə öhdəlikləri: 

•    Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə həkimlərə, tibbi müəssisələrə və apteklərə tanıtmaq;
•    Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
•    Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
•    Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
•    Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
•    Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
•    Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
İş şəraiti:

•    İş qrafiki: 5 gün, saat 09:30 -17:30;
•    İstirahət: Şənbə və bazar günləri;

Əmək haqqı:
800-1500  AZN 


Maraqlanan namizədlərdən mövzü hissəsində “Tibbi nümayəndə” qeyd edərək CV formalarını [email protected] ünvanına göndərmələri xahiş olunur.