
I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, ginekoloq-endokrinoloq
- Endokrinoji-ginekoloji problemlər
- Aybaşı problemləri
- Sonsuzluğun diaqnostikası və müalicəsi
- Problemli hamiləliklərin təqibi
- Adəti düşüklər
- Qadınlarda tüklənmə problemləri, menstruasiya pozulmaları və digər problemlər.
Təhsil: 19931987-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsində oxumuşdur
Əlavə təhsil: 1993-cü ildə universiteti fərqlənmə diplomu və adlı təqaüdlə bitirib, universitetin III mamalıq- ginekologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlamışam (01.08.1993-2001). 07.03.2001-21.12.2011-ci il tarixinədək kafedrada asisstent, 2011-ci ildən hazırkı tarixədək kafedrada dosent kimi fəaliyyət göstərirəm.
27 noyabr 2007-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün, "Yüksək risk qruplu hamilə qadınlar arasında hestasion şəkərli diabetin diaqnostikası, klinikası, müalicə, korreksiya metodları və profilaktikası mövzusunda dissertasiya işini müdafiə etmişəm.
14.03. 2013-cü il tarixində Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin elmi şurasının iclasında (8-saylı protokol) Tibb Elmləri doktoru elmi dərəcəsi almaq üçün, "Qadın həyatının müxtəlif dövrlərində hiperandrogeniya sindromunun patogenetik xüsusiyyələri, kompleks diaqnostika və müalicə üsulları adlı disertasiya mövzusu və elmi məsləhətçilər təsdiq edilmişdir.
06.07.2018-ci ildə doktorluq dissertasiyasını yekunlaşdırmış və ilkin müzakirəsi keçirilmişdir.
1999-cı il 24-25 mart tarixlərində Latviya, Azərbaycan, Özbəkistan, Gürcüstan nümayəndələrinin iştirakı ilə, Gürcüstan Diabet Federasiyasının və Novo Nordisk şirkətinin birgə təşəbbüsü ilə keçirdiyi ”Диабет и беременность, диабет у детей и подростков” mövzusunda seminarda iştirak etmişəm və sertifikat almışam.
2008-ci il 03-05 iyun tarixlərində Bioloji Təbabət və Antihomotoksin Terapiya Cəmiyyətinin təşəbbüsü ilə keçirilən "Mamalıq və ginekalogiya üzrə antihomotoksik müalicə” (20 saat) kursunu bitirmişəm və sertifikat almışam. Mühazirəçi: Dr. Yelena Nekrasova.
2008-ci il 26.05-16.07 tarixlərində Bioloji Təbabət və Antihomotoksin Terapiya Cəmiyyətinin təşəbbüsü ilə keçirilən "Tətbiqi homotoksikologiya” kursunu bitirmişəm (88 saat) və diplom almışam.
2008-ci il 25-29 iyun tarixlərində (36 saat) Bakı şəhərində "Прикладная гомотоксикология” mövzusunda elmi-praktiki seminarda iştirak etmişəm və sertifikat almışam ( İnternational Society for Homeopathy and Homotoxicology, Baden-Baden, Germany).
2008-ci il 11 iyul tarixində "İmpuls MV” MMC-nin təşkil etdiyi "Qadın problemlərinin həlli” mövzusunda seminarda "Qadınlarda hiperandrogeniya sindromunun patogenezi, klinikası və müasir müalicə üsulları mövzusunda çıxışım olub ( Sertifikatım var ).
2008-ci il 12 dekabr tarixində SymbioPharm GmbH təşkilatı dəstəyi ilə Bakıda "Microbiology Therapy” mövzusunda Dr.med Michael Schreiber seminarda iştirak etmişəm və sertifikat almışam.
19-22 fevral 2009-cu il tarixlərində Almaniyanın Baden-Baden şəhərində”Mühazirəçilərin hazırlanmasına görə 17-ci beynəlxalq treninqində” çıxış etmişəm və sertifikat almışam ( İnternational Speakers Training ).
2009-cu il 28 sentyabr-02 oktyabr tarixlərində Bakıda "Adriyatik´ ten Çin´e üreme sağlığı toplantıları” iştirak etmişəm və sertifikat almışam.
06-10 noyabr 2009-cu il tarixlərində Bakı şəhərində Modul C də iştirak etmişəm və sertifikat almışam (The İnternational Society of Homeopathy and Homotoxicology, Baden-Baden, Germany).
04-05 dekabr 2009-cu il tarixlərində Bakı şəhərində RNA therapy mövsusunda Dyckerhoff Pharma GmbH E Co. KG təşkilatı ilə seminarda iştirak etmişəm və sertifikat almışam.
13 dekabr 2009-cu ildə "Therapy with Probiotics”mövzusunda SymbioPharm GmbH təşkilatıilə seminarda iştirak etmişəm və sertifikat almışam.
01-04, 08, 09 fevral 2010-cu il tarixlərində”Diplomaqədər və diplomdansonrakı tibbi təhsildə Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması mövzusunun tədrisinin gücləndirilməsi” üzrə təlim kursunu müvəfəqiyyətlə bitirmişəm və sertifikat almışam.
28.05-01.07. 2010-cu il tarixlərində Bakıda keçirilən Modul C də iştirak etmişəm (36 saat) və sertifikat almışam (The İnternational Society of Homeopathy and Homotoxicology, Baden-Baden, Germany).
2011-ci il 25.03-26.03 tarixlərində "Mamalıq və Ginekologiya üzrə bioloji təbabət üsulları ilə müalicə” kursunu bitirmişəm (16 saat) və sertifikat almışam.
27 mart 2011-ci il tarixində «Современная диетология с применением Биологически активных добавок» mövzusunda seminarda iştirak etmişəm və sertifikat almışam (Российский Университет Дружбы Народов, факультет повышения квалификации медицинских работников).
Windows XP, Word, Exsel, Power Point proqramları üzrə kompüter kursları keçmişəm və sertifikat almışam. (sertifikat№028) 14 yanvar 2014-cü il.
2014-cü il 11-14 aprel "Ginekologiyada bioloji təbabətin perspektivləri” mövzusunda keçirilən seminarda iştirak etmişəm və sertifikat almışam.
Lektor: Dr. Yelena Nekrasova.
2014-cü il aprel ayında Lektor Yan Kerscat "His/her participation scientific practical workshop of Bio puncture” mövzusunda seminarda iştirak etmişəm və sertifikat almışam.
10 dekabr 2014-cü il tarixdə Bakı şəhərində keçirilən "Sağlam gənclik, Sağlam gələcək” mövzusunda forumda iştirak etmişəm və sertifikat almışam.
09 oktyabr 2015-ci il tarixində "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda I Beynəlxalq elmi-praktik konfransda iştirak etmişəm və sertifikat almışam.
07-08 may 2016-cı il tarixlərində Bakı şəhərində təşkil olunmuş”Ginekoloji və ultrasəs müayinəsi” seminarda iştirak etmişəm və sertifikat almışam.(Ankara TİP fakultesi universitesi)
05.05.2016-cı il tarixində GİBS "Operative Psychodiaghostics training” kurslarında iştirak etmişəm və sertifikat almışam.
13-14 may 2016-cı il tarixlərində Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan ATU rezidentlərinin 4-cü elmi-təcrübi konfransında iştirak etmişəm və diplomla təltif edilmişəm.
Rezidentim Zümrüd Bədəlova 13-14 may 2016-cı il tarixlərində Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan ATU rezidentlərinin 4-cü elmi-təcrübi konfransında məruzəçi kimi işirak etmiş və diplomla təltif edilmişdir.
18.07.2016-cı ildə Həkimləri sertifikasiya imtahanından keçmişəm. Ən yüksək (maksimal bal) nəticəni əldə etmişəm və sertifikat almışam.
22-23.10.2016-cı ildə Bakı/Azərbaycan/Türkiyə 1.Fetil USM və Ginekoloji Estetik Simpoziumunda iştirak etdiyimə görə sertifikat almışam.
19-20.05.2017-ci ildə Almaniya Baden-Baden Beynəlxalq mühazirəçilərin treninqində iştirak etmişəm, sertifikatım var.
08.10.2017-ci ildə "Ankara Universiteti Tıp Fakültəsi Kadın Hastalıkları ve Doğum Dalı” prof. Dr. Acar Koç iştirakı ilə "Fetal Ultrasonoqrafi” seminarında iştirak etmişəm.(sertifikatım var)
18.10.2017-ci ildə "Sağlam Hamiləlik naminə” mövzusunda Beynəlxalq elmi-praktik konfransın iştirakçısı olmuşam, sertifikatım var. ( Bakı)
16.12.2017-ci ildə "New Technologies in ART, Microsip and N6S” mövzusunda seminarda iştirak etmişəm, sertifikatım var. Prof. Bülent Tiraş. Bakı, Azərbaycan. ( Təşkilatı dəstək – Acıbadem University Maslak Hospital, Acıbadem Healthcare Group NF Coordinator, Acıbadem Maslak Hospital IVF Responsible)
23-24.12.2017-ci ildə "Qadın xəstəlikləri və Doğum” mövzusunda simpoziumda iştirak etmişəm, sertifikatım var.
29.04.2018-ci ildə İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universiteti və TC Ankara Universiteti Tibb fakültəsinin birgə təşəbbüskarlığı ilə "Qadın xəstəlikləri və Fetal Simpoziumu” adlı simpoziumda iştirak etmişəm, sertifikatım var.
01.05.2018-ci ildə "Ana və dölün sağlamlığına müasir yanaşma” mövzusunda konfransda iştirak etmişəm, sertifikatım var. ( Azərbaycan Respublikası Sənaye Nazirliyi.Bakı)
04-05.05.2018-ci ildə”International Symposium on Reproductive Health and Interbility” mövzusunda beynəlxalq simpoziumda iştirak etmişəm, sertifikatım var.
31.05.2018-ci ildə "Ginekoloji praktikada innovasion müalicə üsulları” mövzusunda konfransda iştirak etmişəm, sertifikatım var. (Bakı)
Dəfələrlə Azərbaycan Respublikasının Lider TV, AzTV, ATV, Xəzər TV kanallarında maarifləndirici çıxışlarım olub.
Azərbaycan Tibb Universitenin Pediatriya, Müalicə-profilaktika, Tibbi-profilaktika, Stomatologiya fakültələrində Mamalıq və Ginekologiyadan praktik məşğələlər və mühazirələr aparmışam.
İki tədris metodik vəsait, bir dərslik, 60-a yaxın çap olunmuş elmi məqalənin müəllifiyəm.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Rezidentura şöbəsinin ekspertiyəm.