Yuxu problemi və stresi aradan qaldıran qidalar hansılardır?

Yuxu problemi və stresi aradan qaldıran qidalar hansılardır?

Günboyu həyatımızda olan stres, bu stresdən qaynaqlanan yuxu pozğunluqları, imtahanlarla əlaqəli streslər həyat keyfiyyətimizi aşağı salan faktorlardandır. Lakin müxtəlif maddələrlə bu kimi stresi və yuxu pozğunluqlarını aradan qaldırmaq mümkündür. Passiflora, Yulaf, Kofe və Sink duzu kimi maddələr bu kimi stres və yuxu problemlərinin qarşısını almağa kömək edir.

Passiflora nədir?

Ehtiras çiçəyi olaraq da bilinən Passiflora ağ və bənövşəyi çiçəkləri ilə ABŞ-nin cənub-şərqində, Mərkəzi və Cənubi Amerikada bitir. Amerikanın yerli xalqları əsrlər boyu passifloradan sakitləşdirici vasitə kimi istifadə ediblər. XVI əsrdə Cənubi Amerika qitəsinə ayaq basan ispan tədqiqatçılar bu çiçəyi Avropaya gətiriblər. Cənub-Şərqi Şimali Amerikaya xas olan ehtiras çiçəyi indi bütün Avropada yetişdirilir. Yazın sonu və yayın ortasında bitkinin çiçək açmadan budaqlarından yığılan və meyvəyə çevrilməmiş yarpaqlar qurudularaq istifadəyə hazır vəziyyətə gətirilir. 

Amerika qitəsində yaşayan cəmiyyətlərdə ehtiras çiçəyi kimi də tanınan passifloranın bəzi növləri hipnotik-sedativ məqsədlər üçün istifadə olunur. Avropada narahatlıq, qorxu və gərginliyi azaltdığı üçün uzun illər xroniki yuxusuzluqdan əziyyət çəkənlərə tövsiyə olunub. 

Passiflora hansı problemlər üçün istifadə olunur?

Yuxu problemlərinə əlavə olaraq, passiflora çiçəyi bəzən əlavə müalicə kimi istifadə edilə bilər. Bunlara diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu, yanıqlar, ürək ritmində problemlər, hemoroid problemi, ağrıları aradan qaldırmaq üçün, menopoz zamanı stresi azaltmaq tövsiyə olunur.

Yulaf nədir?

Elmi adı “avena sativa” olan yulaf daha çox heyvan yemi kimi istifadə edilən, lakin tərkibindəki vitamin, mineral, antioksidant və lif zənginliyinə görə insan qidasında da istifadə edilən bir taxıl növüdür. İri dənəli və sərt quruluşa malik olduğundan bişirmə müddəti uzun olur. Tərkibində həll olunan bir lif olan beta-qlükan var. Yulaf əzməsi yulafın əzilərək su ilə yumşaldılması, sonra isə meyvələrin, ədviyyatların və ya müxtəlif qidaların qarışdırılmasından əldə edilir.

Yulafın faydaları nələrdir?

Tərkibindəki komponentlər sayəsində yulaf həzmi ləngidir və toxluq hissini artırır. Bundan əlavə, bədəni ürək xəstəliklərindən, şəkərli diabetdən və bədəndəki iltihablardan qorumağa kömək edir. Yulafın faydalarını aşağıdakı kimi sıralamaq olar: 
  • ürək xəstəliklərindən qoruyur;
  • qan şəkərini balanslaşdırır və insulin artımının qarşısını alır;
  • çəki nəzarətini saxlamağa kömək edir;
  • həzm sisteminin sağlamlığını dəstəkləyir.

Qəhvənin faydaları nələrdir?

Tərkibindəki faydalı komponentlər sayəsində qəhvə ümumi sağlamlığı, xüsusilə də, mənəvi və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Eyni zamanda bir çox xəstəliklərdən qorunmaqda çox təsirlidir. Zehni təmizləmək, ayıqlıq və enerji səviyyələrini artırmaq və canlılıq təmin etmək kimi təsirləri ilə tanınsa da, qəhvənin faydaları bununla məhdudlaşmır. Qəhvə faydaları və xəstəliklərə təsiri ilə bağlı tez-tez elmi araşdırmalarda yer alan qida növlərindən biridir. Həm ölkəmizdə, həm də dünyada bir içki olaraq geniş şəkildə istehlak edilən qəhvə dəriyə qulluq vasitələrində də tez-tez istifadə edilən bir bitki növüdür. Qəhvənin digər bir çox xəstəliklərə qarşı da qoruyucu gücü vardır. Bunlara alzheimer, parkinson və demans xəstəlikləri aid edilə bilər. Bundan əlavə qəhvə fiziki performansı və enerji səviyyəsini artırır, intellekti gücləndirir.

Sink Duzu nədir?

Tərkibində faydalı elementlər olan sink duzu sinir-psixi xəstəliklər zamanı sakitləşdirici effekt verir. Mütəmadi qəbul edildikdə yorğunluğu aradan qaldırır, toksinləri orqanizmdən kənarlaşdırır. Dəri xəstəlikləri, səpgilər və dəri qıcıqlanması zamanı sink duzunu istifadə edirlər. Öz təbii tərkibinə görə dəniz duzu müxtəlif maska və kremlərə əlavə olunur. Dəniz duzu xörək duzuna nisbətən daha duzludur. Bu səbəbdən mətbəxdə xörəklərin hazırlanması zamanı onu xörək duzuna nisbətən az istifadə etmək lazımdır. 

Bu elementlər ayrı-ayrılıqda insan sağlamlığında stres və yuxu problemləri zamanı effektiv rola malikdir. Tərkibində bu maddələr olan dərman preparatları, xüsusilə, imtahan öncəsi stres yaşayan, gündəlik iş həyatında stres yaşayan insanlarda və yuxu rejimi normal olmayan insanların gündəlik həyatında istifadə edilir.