Xarici lektorlar BTİMM-nin sponsorluq etdiyi tədbirdə

Məlum olduğu kimi, "I Beynəlxalq Elmi-Praktiki Simpozium " Aprelin  20-də Bakıda keçiriləcək. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluq edəcəyi bu beynəlxalq tədbirin "JW Marriott Absheron" otelinin Şərq zalında keçirilməsi planlaşdırılıb. İtaliya, İsveçrə və Türkiyənin dünyada tanınmış həkim və ekspertlərinin, eləcə də  Azərbaycandan 3 həkimin  məruzəçi olduğu bu tədbirdə 300-dən artıq yerli həkim və tibb işçilərinin iştirakı nəzərdə tutulub.
Ofisi İtaliyanın Milan şəhərində yerləşən “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru, Dr.Alessandro Perra simpoziumla bağlı ölkəmizə dəvət almış xarici lektorlardan biridir. Dr.Perra Homotoksikologiya, Fizioloji tənzimləmə təbabəti və Homeopatiya üzrə kifayət qədər nəzəri biliyə malik tanınmış ekspertdir. Onun müxtəlif ixtisaslaşmış jurnallarda tibbin bu sahələri ilə bağlı 100-dən artıq elmi məqaləsi çap olunub. Eyni zamanda adı çəkilən sahələrin tədrisi üçün elmi bazanın yaradılmasında yaxından iştirak edib. “Homeopatiyanın səmərəsinin elmi sübutları" layihəsinin Beynəlxalq Komitəsinin üzvüdür. Dr. A. Perra  bu sahədə aparılan tədqiqatlara və təlimlərə həsr olunmuş "Fizioloji tənzimləmə təbabəti" beynəlxalq seminarının üzvü kimi hüceyrələrə və heyvan nümunələrinə aşağı dozalı sitokininlərin təsiri sahəsində fəal tədqiqatçıdır.
Dünyanın bir çox ölkəsində "Tibbin fizioloji tənzimlənməsi" və "Kiçik dozalı preparatların farmakologiyası"  mövzusunda keçdiyi 6000 saatlıq təlim iştirakşılar tərəfindən həmişə maraqla qarşılanıb. Bu ölkələr arasında  ABŞ, Birləşmiş Krallıq, Fransa, İsrail, Rusiya, Albaniya, Kolumbiya, Moldova,  Meksika, Panama, Kanada, Rumıniya, Gürcüstan, Çexiya, Slovakiya, Serbiya Respublikası, Yunanıstan, Ukrayna, Hindistan, Çili, İrlandiya və İspaniya da var. Ümid edirik ki, Dr. A. Perranın  paytaxtımızda keçiriləcək "I Beynəlxalq Elmi-Praktiki Simpozium” dakı məruzəsi də iştirakçıların marağına səbəb olacaq.

Simpoziumun digər xarici lektoru Bioloji təbabət üzrə tanınmış ekspert Dr.Thomas Rau İsveçrədə Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimidir. Qardaş Türkiyədə Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri, onkoloq Murat Baş da beynəlxalq tədbirin məruzəçilərindəndir. Xatırladaq ki, simpozium “Xroniki xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşma" mövzusuna həsr olunub.