Həkim qəbuluna yazıl

Canlı çat

Qan qrupu və rezus-faktorun təyini

Müəyyən edilmişdir ki, insanda 4 qan qrupu vardır. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) və olaraq işarə edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-ində rezus-amil müsbət, 15%-ində isə mənfi olur.
 
İnsanda qan qruplarının uyğunluğu

Qan qrupları 
Qan verə bilər 
Qan ala bilər
I qrup
I, II, III, IV qruplara
I qrupdan
II qrup
II, IV qruplara
I, II qruplardan
III qrup
III, IV qruplara
I, III qruplardan
IV qrup
IV qrupa
I, II, III, IV qruplardan