Alman mikrobioloqu, professor Günter Enderlyayn (1872-1968) tərəfindən işlənib hazırlanan İzopatik terapiya (Sanum – terapiya) bioloji təbabətin bir sahəsi olub, orqanizmin immun sistemini qoruyaraq bərpa edir. İzopatik terapiyanın əsasında identiklik, yaxud, bərabərlik («bərabər bərabərlə müalicə olunur») prinsipi dayanır.
Bir çox xroniki xəstəliklərin müalicəsində Sanum terapiyadan düzgün istifadə edildikdə, nəzərəçarpacaq effekt (terapiya bir neçə mərhələdə həyata keçirilməlidir) əldə etmək olur. İzopatik müalicə üsulu canlı mikroorqanizmlərin (endobiontlar) və onlardan hazırlanan potensiyalaşmış dərman vasitələri olan izopatik preparatların istifadəsinə əsaslanır. Endobiontun hər bir növü və inkişaf mərhələsi ciddi şəkildə xəstəliyin müəyyən inkişaf mərhələsinə uyğun gəlir ki, bu da müxtəlif xəstəliklərin, xüsusən gecikmış və xroniki formaların sağalmasına imkan yaradır.
İzopatik terapiya müstəqil üsul kimi tətbiq edilir, lakin biotənzimləyici təbabətin digər üsulları ilə yanaşı effektli əlavə kimi də istifadə oluna bilər. Belə kompleks yanaşma sinergist effektə nail olmağa imkan verir. Bundan əlavə, izopatik vasitələrin köməyilə daha davamlı, residivsiz və ağırlaşma olmadan sağalmaya nail olmaq mümkündür.
Biz izopatik terapiya üsulunu öz praktikamızda uzun illərdir ki, tətbiq edirik.
Sanum terapiyanın immunotrop vasitələri – mikrob mənşəli preparatlardan:
İstehsalın əsasında lizis texnologiyası və müvafiq olaraq, antigen determinantını saxlamaqla lizatların (liofilizatlar) əldə edilməsi durur və mikroblar lizis prosesində öz patogenliyini itirsə də, immunogenliyini qoruyub saxlayır. Beləliklə, onlar lizat, hidrolizat, yaxud liofilizat adlanır. Bunlar vaksinəbənzər preparatlardır. Öz tərkibinə görə onlar praktiki olaraq məlum peyvəndlərdən fərqlənmir.
Fərq yalnız lizatın konsentrasiyasındadır: Sanum - terapiyada istifadə olunan mikrob lizatları AKDS, BSJ- dən fərqli olaraq mikrokonsentrasiyada hazırlanır.
Sanum - terapiyada istifadə olunan izopatik preparatlar farmakoloji göbələkəleyhinə və antibakterial preparatlardan təsir mexanizminə, həm də əlavə təsir effektinin olmamasına görə fərqlənir.
Antibakterial və göbələkəleyhinə yaranmış immunitet çox davamlı xarakter daşıyır. Bu effekt əsasən hüceyrə immunitetinə təsiri ilə bağlıdır (daha dəqiq, T-hüceyrə).
Bundan əlavə, bu preparatların təsirindən antibakterial və antimikotik anticisimlər yaranır ki, bunlar da müxtəlif növ patogen bakteriya və göbələklər arasında çarpaz reaksiya verir. Bu isə istifadə olunan bir lizatın fonunda bir çox digər bakteriya və göbələklərə qarşı antibakterial və göbələkəleyhinə effekt əldə etməyə imkan yaradır (polivalent təsir).
Sanum- terapiya – az təsadüf edilən müalicə üsullarından biri kimi əks göstərişi olmayan, müxtəlif yaşlarda və müxtəlif növlü immunçatışmazlığı olan xəstələrin müalicəsində istifadə edilə bilər.
Sanum terapiya nə deməkdir?
Hazırda Sanum terapiya kimi müalicə üsuluna Avropa ölkələri əhalisi arasında maraq göstərənlərin sayı artmaqdadır. Məhz orada mövcud terapiya, bir çox postsovet ölkələrindən, həmçinin, Rusiya Federasiyasından fərqli olaraq daha geniş istifadə edilir. Soydaşlarımız isə nədənsə çox səmərəli olmasına baxmayaraq, hər bir yeni müalicə üsuluna ehtiyatla və skeptik yanaşır.
Hələ yüz il öncə alman alimlərindən biri, məhz Günter Enderlyayn bir sıra təcrübələr əsasında sübut etmişdir ki, parazitlik edən mikroorqanızmlər orqanizmə düşdükdə inkişaf etməyə başlayır. Əvvəlcə ibtidai mərhələdə olur, sonradan bakteriyaya çevrilir, üçüncü mərhələdə isə göbələk əmələ gəlir. Müəyyən vaxta qədər bu tədqiqatlara əhəmiyyət verilmirdi, lakin Bioloji Təbabət klinikasının mütəxəssisləri bu faktlara böyük diqqət ayırır. Sanum terapiyanın uzun müddət istifadəsi sübut edir ki, onun verdiyi effekt bütün gözləntiləri ötüb keçə bilər.
Sanum terapiyanın üstünlükləri nədir? İnsan orqanizminə daxil olan homeopatik preparatlar immun sistemini stimulə edərək, nəinki uğurla bu və ya digər fəsadı aradan qaldırır, həmçinin, insanın ümumi vəziyyətinə də müsbət təsir göstərir.
Məhz Günter Enderlyayn bir sıra xəstəliklərin yaranma səbəbinin bu və ya digər göbələk olduğunu elmi cəhətdən əsaslandırdığına görə onlar ilə mübarizə aparan dərmanların adı onun şərəfinə - Enderlyayn preparatları adlandırılmışdır. Bu preparatların xarakterik xüsusiyyəti insan orqanızminə yumşaq, eyni zamanda effektli təsir etməsidir.
Sanum terapiya necə təsir edir və əks-göstərişləri varmı?
Sanum terapiya - başqa orqanizmlərdə parazitlik edən, spesifik mikroorqanizmlər olan endobiontların mikrodozasının insan orqanizminə yeridilməsi ilə müalicəsi deməkdir. Əgər insan orqanizmini analiz etsək, onda bakteriya və göbələklər aşkar edilir. Effekt əldə etmək üçün insanın qanına müəyyən dozada bu endobiontlar daxil olmalıdır ki, bu da immun sistemini aktivləşdirərək, hər- hansı bir antibiotik və digər farmasevtik preparatlar qəbul etmədən parazitləri məhv edir, bundan başqa, zədələnmiş orqanları sağaldır, bərpa edir.
Digər vaksinlər kimi, bu vaksinlərdən də istifadə etdikdə, xəstəliyə yoluxmaq prinsipcə, mümkün deyil. Bu preparatların tərkibinə cansız mikroorqanizimlər daxildir.Təcrübə göstərir ki, belə terapiya müxtəlif xəstəliklərdə, o cümlədən , xroniki formada çox effektlidir.
Sanum terapiya - əks göstərişi olmayan müalicə üsullarından biridir və müxtəlif yaşlı insanlarda, onkoloji xəstələrdə və QİDS-ə yoluxanlarda istifadə edilə bilər.

- inaktivləşdirilmiş mikroblardan (bakteriya, göbələk)
- mikrob məhsullarından (toksinlər, polisaxarid kompleksi, yaxud, haptenlər)
- immunlaşdırılmış heyvanlardan alınmış immun zərdablar