OZONOTERAPİYA
Salutem PLUS – effektiv, təhlükəsiz, yüksək texnologiyalı yeni nəsil ozon aparatıdır.
Türkiyə istehsalı olan Salutem PLUS Tibbi Ozon aparatı 2020-ci ildə buraxılmış, sensorlarla
təchiz edilmiş, ən həssas və etibarlı doza diapazonuna malikdir. Salutem PLUS Tibbi Ozon
Cihazı ozonla tətbiq oluna bilən bütün müalicə üsulları üçün uyğun olaraq hazırlanmışdır.
- Mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur. Ozon arteriolların tonusunu və funksiya göstərməyən kapilyarların açılmasını yaxşılaşdıraraq kollateral anastomozların fəaliyyətini tənzimləyir
- Qanın oksigendaşıma xüsusiyyəti yaxşılaşır; qatılığı azalır; qanyaranma stimullaşır
- Orqan və toxumalara antihipoksik təsir göstərir (eritrositlərin elastikliyi artır, bu da mikrosirkulyasiyanı sürətləndirir, O2- nin kapilyarlarda artmasına və toxumaların oksigenlə yaxşı təchizinə səbəb olur)
- Qanın detoksikasiya (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır
- İltihabəleyhinə təsir göstərir; immuniteti stimullaşdırır (ozon T helperlərin, İg sintez edən və plazmatik hüceyrələrə çevrilən B limfositlərin funksiyasını requlə edir), orqanizmin şişəleyhinə rezistentliyini artırır
- Bütün növ bakteriyalara, viruslara, göbələklərə və ibtidailərə məhvedici təsir göstərir
- Antioksidant təsir: ozon fermentativ AOS ( superoksid dismutaza, qlütation-peroksidaza, katalaza)-ı aktivləşdirir
- Toxumaların qidalanmasını, regenerasi-yasını yaxşılaşdırır; yaraların epitelizasiya və sağalmasını intensivləşdirir
- Antiqlikemik effekt – plazmada qlükoza səviyyəsini endirir. Göz dibində hemorragiyanı azaldır, görmə itiliyini, görmə funksiyalarını yaxşılaşdırır. Buna görə şəkərli diabetin müalicəsində ozonoterapyadan istifadə etmək mütləqdir
- Antiaterosklerotik - xolesterol və triqliserid səviyyəsini endirir
- Analgetik (ağrıkəsici) təsir göstərir (xroniki ağrılarla müşayiət olunan xəstəliklərdə)
- Qaraciyər hüceyrələrinin funksional vəziyyətini yaxşılaşdırmaqla qaraciyərin detoksikasiya funksiyasını artırır
- Böyrək filtrasiyasını (sidik ayrılmasını) yaxşılaşdırır
- Qaşınma əleyhinə, yuxugətirici, stress əleyhinə, sedativ (sakitləşdirici) effektləri reallaşdırır