So/Check (Oligo/Scan)

So/Check (Oligo/Scan) – Fransa istehsalı aparatdır,bir neçə dəqiqə ərzində orqanizmdə bu dəyərləri qiymətləndirməyə imkan verir:

  • 15 ağır metal
  • 7 vitamin
  • 15 mineral və mikroelement
  • oksidativ stress səviyyəsi                          

So/Check (Oligo/Scan)–fotometrin skaneri ilə aparılan ölçmələrə əsaslanır. Fotometr-skan-kəmiyyət deyil, keyfiyyət təhlili üsuludur, vibrasiya rezonansını ölçür.

Hər bir mineral və mikroelement xüsusi tezlik və rezonansa,işığı udma qabiliyyətinə malikdir.Skaner mineral və mikroelementlərin rənglərinin tam spektrini təhlil edib,dalğa uzunluğuna uyğun olaraq molekulların elektromaqnit şüalanmasının intensivliyini ölçür.

Ovucun 4 nöqtəsinin analizi toxumalarda mineral və mikroelementlərin konsentrasiyası,
oksidləşdirici stresin səviyyəsi haqqında məlumat verir,maddələr mübadiləsini qiymətləndirməyə imkan verir.
Orqanizmdə bu maddələrin disbalansı,yəni mineral çatışmazlığı/artıqlığı və ya ağır metalların həddindən artıq toplanması xəstələnmə riskini artırır.

Ağır metallar hansılardır və haradan gəlir?

  • Geniş yayılmışlar-arsen,kadmium,
  • civə,qurğuşun,kobalt,xrom,mis,nikel,alüminiumdur;aşağıdakı mənbələrdən qaynaqlanır:
  • ətraf mühit çirkləndiriciləri(nəqliyyat vasitələrinin buxarları,havanın çirklənməsi,qida çirklənməsi,siqaret tüstüsü və ya radiasiya)
  • keyfiyyətsiz qidalar,xüsusən də yüksək miqdarda civə olan dəniz balıqları;yüksək metal tərkibli torpaqda yetişdirilən məhsullar
  • diş plombları
  • dəmir borularda çirklənmiş içməli su(alüminium,kadmium)
  • anadangəlmə (ağır metallar birbaşa anadan uşağa keçə bilər)
  • hava filtrləri,kosmetik vasitələr,yuyucu maddələr(xüsusən yumşaldıcılar) və s.
  • tatuirovka
  • konservlər,diş pastaları,şokolad,
  • köhnə boyalar,insektisidlər,keramika
  • alüminium və yapışmayan qablar,tərəleyhinə vasitələr,plastik qablar və oyuncaqlar,alüminium folqa
  • bəzi peyvəndlər 

Ağır metalların çox toplanması niyə təhlükəlidir?

Onlar ferment və struktur zülalların–SH-qrupları ilə birləşərək,funksiyalarını pozur; zülal və nuklein turşularının strukturunu dəyişdirə bilər,mutasiyalara səbəb ola,hüceyrə membranlarının strukturunu və keçiriciliyini poza bilər.Ağır metallar xroniki intoksikasiya ilk növbədə qaraciyər və böyrəkləri zədələyir ki,bu çıxarıcı/detoksikasiyaedici orqanların funksiyasının pozulması ciddi patologiyalara,o cümlədən autoimmun və degenerativ xəstəliklərə səbəb olur.

Bu diaqnostika bizə nə verir?

  • ağır metallarla intoksikasiyasının dərəcəsini,orqanizmin onları eliminasiya qabiliyyətini
  • mineral balansının kəmiyyət nisbətini,mineralların defisiti və ya artıqlığını
  • oksidləşdirici stresin və orqanizmin turşuluq dərəcəsi,onun antioksidləşdirici status göstəricisini
  • regenerativ potensialın qiymətləndirmək,xroniki xəstəliklərə(şəkərli diabet,allergiyaya)meyillik dərəcəsini təyin etmək imkanı

So/Check müayinəsi üçün klinikamıza müraciət edə bilərsiniz.