Trofik Xora

TROFİK XORALARIN İnteqrativ Tibb ilə müalicəsi

  • Ayağınızda aşagıdakı əlamətləri hiss edirsiniz?
  • Ayaqlarda şişkinlik, baldır nahiyəsində ağırlıq hissi, aşağı ətraflarda göynəmə, qaşınma, ayaqlarda hissiyatın azalması, keçici axsaqlığın olması, ayaqların tez yorulması, tez-tez üşüməsi, gecə vaxtı ağrıların artması...
  • Bu simptomlar  müalicəyə çətin tabe olan trofik xoranın başlanğıc əlamətləri ola bilər (ona görə belə simptomları olan insanlar mütləq həkimə müraciət etməlidir)! 
  • Bəs trofik xora haqda məlumatınız varmı? 
  • Onu yaradan səbəbləri bilirsinizmi?

Müasir tibbin inkişafına baxmayaraq, trofik xoranın müalicəsi bu günə qədər həll olunmaz məsələlərdən biridir və əksər hallarda bu xəstələr amputasiyaya məruz qalır. Bioloji Təbabət klinikasında aparılan müalicələr həm metodika, həm dərmanların tərkib və təsiri baxımından çox fərqlidir. Bioloji Təbabət klinikasında yüzlərlə pasientdə müxtəlif (diabetik, venoz, arterial) mənşəli trofik xoralar tam sağalmış, aşağı ətrafların amputasiya olunmasının qarşısı alınmışdır. Bioloji Təbabətin unikallığı onun orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləş-dirmək, orqanizmi zərərli maddələrdən azad etməklə müalicə etmə imkanlarındadır. Bu müalicələr orqanizmə biotənzimləyici təsir göstərir, xəstəliyin səbəbini, inkişafını və gələcək fəsadlarını aradan qaldırır. Bioloji Təbabətə  müraciət edən, ayağında xora olan pasientlərdə regenerasiyanın (yaranın sağalmasının) sürətlənməsi, qanda şəkərin və digər mühüm göstəricilərin normallaşması müşahidə olunmuş və qısa zamanda tam sağalma əldə olunmuşdur.