Sjögren Sindromu Dəriyə Ciddi Təsir Edir? Müalicəsi Var?
Sjögren (Şergen) sindromu quru gözlərə və ağız quruluğuna səbəb olan autoimmun bir xəstəlikdir. Autoimmun xəstəliklərdə bədənin müdafiə sistemi özünə qarşı fəaliyyət göstərir. İmmunitet sistemi bədənin antigenlərə (bakteriya və viruslar kimi xarici maddələr) qarşı təbii müdafiəsidir. Autoimmun xəstəliklərdə isə immunitet sistemi düzgün işləmir və öz bədən hüceyrələri ilə antigenləri ayırd etmək qabiliyyətini itirir. Yəni immunitet sistemi antigenlərlə mübarizə aparmaq əvəzinə səhvən öz bədən hüceyrələrinə qarşı mübarizə aparır.Sjögren sindromuna nə səbəb olur?
Sjögren sindromunun dəqiq səbəbi tam bilinməsə də, ona səbəb olan bir neçə amil bizə məlumdur. Otoimmüm xəstəliklərinə aid olduğu üçün həmin xəstəliklərə təsir edən amillər bilavasitə Sjögenə də təsir edir. Bundan əlavə, müəyyən ətraf mühit təsirəri həssas fərdlərdə autoimmun reaksiyanın başlamasında rol oynayır ki, onlarda Sjögen sindromu yaradan vəziyyətlərdəndir.Bu vəziyyətin inkişafı ilə əlaqəli ola biləcək bəzi amillər bunlardır:
Genetika. Autoimmun xəstəliklərə genetik meyl var və bəzi genlərin Sjögren sindromunun inkişaf riskini artıra biləcəyinə dair elmi yanaşmalar da var. Ancaq autoimmunə genetik meylin olması, hər kəsdə bu sindroma səbəb olmaya bilər.
Hormonal faktorlar. Bu sindroma qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir, bu da hormonal faktorların rol oynaya biləcəyini göstərir.
Eyni zamanda sindrom daha çox reproduktiv yaşda qadınlarda baş verdiyi üçün, onda xüsusilə estrogenin təsiri var.
Menopauza ilə əlaqəli olanlar kimi hormonal dəyişikliklər də simptomların inkişafına və ya kəskinləşməsinə təsir göstərə bilər.
Virus infeksiyalar. Bəzi müşahidələr virus infeksiyaların sözü gedən vəziyyətin görülən autoimmun reaksiyaya səbəb ola biləcəyini deməyimizə əsas verir. Epstein-Barr virusu (EBV) kimi bəzi viruslar Sjögren sindromu ilə əlaqədar olması mümkündür.
İmmunitet sisteminin pozulması. Autoimmun xəstəliklərdə immunitet sistemi səhvən bədənin öz toxumalarına hücum edir. Sjögren sindromunda immunitet sistemi gözyaşı və tüpürcək istehsal edən vəzləri hədəf alır.
İmmunitet sisteminin bu pozulmasının səbəblər ilə bağlı tətqiqatlar isə hələ ki nəticəsizdir.
Qeyd edək ki, bu amillər sindromla əlaqəli ola bilsə də, vəziyyətin inkişafına zəmanət vermir. Təcrübələrimiz göstərir ki, genetik meylləri olan və ya potensial tətikləyicilərə məruz qalan bir çox fərd sindromu inkişaf etdirmir və autoimmun xəstəliklərin inkişafında müxtəlif amillərin qarşılıqlı təsiri mürəkkəb olduğu üçün detallı diaqnoz prosesinə ehtiyac duyulur.
Bu səbəbdən də sindromun simptomları ilə qarşılaşılan an dəqiq səbəbin qiymətləndirilməsi üçün revmatoloqa müraciət mütləqdir.

Sjögren sindromunun simptomları nələrdir?
Bu vəziyyət bədənin müxtəlif hissələrinə təsir göstərir və onun simptomları insandan insana əhəmiyyətli dərəcədə fərqlənir. Sindromun əlamətdar simptomları, gözlərdə və ağızda quruluqla əlaqədardır. Bununla belə, bu sindrom digər orqanlara və sistemlərə də təsir etməklə əlavə bir sıra simptomlara səbəb ola bilər.Sjögrenin simptomlarına aşağıdakılar daxildir:
Quru gözlər. Simptom səbəbilə azalan gözyaşı istehsalı gözlərdə quruluq, qıcıqlanma və ya yanma hissi yarada bilər. Bu, bəzən bulanıq görmə və işığa qarşı həssaslığın artmasına da səbəb olur.
Ağız quruluğu. Tüpürcək istehsalının qeyri-kafi olması ağızda quruluq hissi ilə nəticələnə bilər. Ağız quruluğu isə udma, danışma çətinliyinə və çürüklər kimi diş problemləri riskinin artmasına səbəb olur.
Quru burun, boğaz və ağciyərlər. Simptom boğazda quruluq və qaşınma hissi yaradır. Quru öskürək, səs batması, qoxu hissinin azalmasına və burun qanamasının artmasına səbəb ola bilər.
Vaginanın quruluğu. Sözü gedən sindrom quruluq səbəbiylə vajinada ağrı və qıcıqlanmaya səbəb ola bilər ki, onun nəticəsi cinsi əlaqənin qadın üçün həddindən artıq ağrılı olmasına səbəb olur.
Oynaq ağrısı və şişkinlik. Sjögren romatoid artrit simptomlarına bənzəyən oynaqlarda ağrı, sərtlik və şişkinliyə səbəb ola bilər.
Yorğunluq. Davamlı və səbəbi bilinməyən yorğunluq Sjögren sindromunun ümumi simptomudur.
Dərinin quruluğu. Bəzi insanlar sindrom zamanı quru dəri ilə qarşılaşa bilər.
Şişmiş tüpürcək vəziləri. Üç cüt böyük vəzi tüpürcək istehsal edir. Bunlar dilin altında, yanağın alt hissəsində və ağzın arxasında yerləşir. Bu vəzlər şişə bilər. Bu səbəbdən şişmə olduqda parotit ilə qarışdırılması mümkündür. Şişən vəzilər həssas ola və qızdırma ilə müşayiət oluna bilər.
Orqanların tutulması. Daha ağır hallarda, sindrom digər orqanlara təsir göstərməklə ağciyər, böyrək və ya qaraciyər problemləri kimi ağırlaşmalara səbəb ola bilər.
Sistemik simptomlar. Sjöqren sindromu olan şəxslərdə xüsusi vəzi və orqan tutulmasından başqa, hərarət, çəki itkisi və ümumi yorğunluq kimi sistemik simptomlar da müşahidə olunur.
Koqnitiv disfunksiya. Bəzi insanlar "beyin dumanı" dediyimiz konsentrasiya və yaddaşla bağlı çətinliklərlə üzləşə bilərlər.
Simptomlar aralıqlı ola və zamanla şiddəti dəyişə bilər. Eyni zamanda Sjögren sindromu tək başına (ilkin Sjögren sindromu) və ya romatoid artrit və lupus kimi digər autoimmun xəstəliklərlə (ikincili Sjögren sindromu) birlikdə baş verə bilər.

Sjögren sindromunun diaqnozu necə qoyulur?
Bu vəziyyətin diaqnozu olduqca mürəkkəb və müxtəlif diaqnostik testlərin birləşməsini əhatə edir.Tibbi tarix və simptomlar. Həkim müayinəyə xəstənin simptomları, onların müddəti və simptomları ağırlaşdıran və ya yüngülləşdirən hər hansı amillər haqqında məlumat daxil olmaqla ətraflı tibbi tarix əldə etməklə başlayacaq. Bu zaman quru gözlər, ağız quruluğu, oynaq ağrısı və yorğunluq kimi simptomlara xüsusi diqqət yetiriləcək.
Klinik müayinə. Gözlərdə və ağızda quruluq əlamətlərini, oynaqların tutulmasını və sözü gedən sindromun digər potensial təzahürlərini qiymətləndirmək üçün fiziki müayinə aparılacaq. Klinik müayinəyə tüpürcək vəzilərinin şişməsini də yoxlanılması da daxildir.
Qan testləri. Anti-SSA (Ro) və anti-SSB (La) antikorları kimi bu sindromla əlaqəli spesifik antikorları axtarmaq üçün qan testləri təyin edilə bilər. Bu antikorların yüksək səviyyələri sindromu olan insanlarda müşahidə olunur. Bundan əlavə, iltihabın markerlərini və immun sisteminin digər parametrlərini qiymətləndirmək üçün də qan testləri aparıla bilər.
Schirmer's (Şirmer) test. Bu göz testi aşağı göz qapağının altına kiçik bir filtr kağızı zolağı yerləşdirməklə edilir və gözyaşı istehsalını ölçür. Müəyyən bir müddətdən sonra zolaqda nəmlənmə miqdarı ölçülür. Göz yaşı istehsalının azalması sözü gedən sindromun göstəricisi ola bilər.
Tüpürcək axını testi. Bu test ağız quruluğunu qiymətləndirmək üçün tüpürcək axını ölçür. Tüpürcək axını testində müəyyən bir müddət ərzində tüpürcək toplamaq və ya tüpürcək axını ölçmək üçün xüsusi üsullardan istifadə edilir.
Görüntü tədqiqatları. Bəzi hallarda tüpürcək vəzilərinin sintiqrafiyası və ya ultrasəs kimi görüntüləmə üsulları tüpürcək vəzlərinin funksiyasını və quruluşunu qiymətləndirmək üçün istifadə edilə bilər.
Biopsiya. Bəzi hallarda tüpürcək vəzilərinin kiçik biopsiyası aparıla bilər. Bu proses Sjögren sindromu ilə əlaqəli xarakterik dəyişiklikləri yoxlamaq üçün daxili dodaqdan kiçik bir toxuma parçasının çıxarılmasını və mikroskop altında araşdırılmasını əhatə edir.
Sjögren sindromunun müalicəsi hansı üsullarladır?
Sindromun müalicəsi onun sistemik simptomlarının yüngülləşməsinə və aradan qaldırılmasına yönəldilir. Əgər simptomların müayinəsi zamanı onların başqa xəstəlik səbəbilə olduğu məlum olarsa, müalicə həmin xəstəliyin aradan qaldırılması yönündə olur.Sjögren sindorumunun ən çox rastlanan sindromlarını idarə etmək üçünsə, bu addımlar atıla bilər:
Quru ağız üçün
- Gün ərzində su için;
- Tüpürcək istehsalını stimullaşdırmaq qidalardan istifadə edin;
- Dişlərinizi tez-tez fırçalayın;
- Ağızda göbələk infeksiyası olarsa, müalicəsini alın və s.
- Sindromun səbəb olduğu çürüklərin qarşısını almaq üçün
- Vaxtı vaxtında diş həkimi müayinəsində olun;
- Ağız quruluğu üçün diş əti mayelərindən istifadə edin;
- Yeməkdən sonra dişləri fırçalayın;
- Şəkərli qida və içkiləri az qəbul edin və s.
Quru gözlər üçün
- Quru gözlərin narahatlığını aradan qaldırmaq üçün süni göz yaşlarından istifadə edin;
- Gecələr gözləri nəmləndirən damcılardan istifadə edin və s.
Quru dəri üçün
- Həssas dərilər üçün nəmləndirici losyondan istifadə edin;
- Mümkün olduqca kondisioner, qızdırıcı və radiatorlardan uzaq durun;
- Yuyucu vasitələrdən, dezodorant sabunlardan və çox isti sudan uzaq durun;
- Mümkün olduqda nəmləndirici istifadə edin və s.