Daban Mahmızı Nədir? Daban Mahmızı Niyə Yaranır?
Daban şporu olaraq da bilinən daban mahmızı daban sümüyündə əmələ gələn və adətən ayağın dabanında ağrıya səbəb olan sümük tıxacıdır. Bu vəziyyət adətən daban sümüyünün dibinə yapışan plantar fasiitin həddindən artıq yüklənməsi və iltihablanması nəticəsində baş verir.Plantar fassiya daban sümüyü ilə ayaq barmaqlarını birləşdirən qalın birləşdirici toxumadır və ayaqda durmaq, yerimək və qaçmaq kimi hərəkətlərdə mühüm rol oynayır.
Bu hal bütün yaş qruplarından olan insanlarda görünsə də, xüsusilə orta və yuxarı yaşlı insanlarda daha çox rast gəlinir. Bundan əlavə, kilolu insanlar, hündürdaban ayaqqabı geyinənlər və sıx fiziki fəaliyyətlə məşğul olan idmançılar da bu vəziyyətə daha meyillidirlər.
Daban mahmızının səbəbləri nələrdir?
Daban şporunun bir neçə ümumi səbəbi var. Onlardan ən çox müşahidə etdiklərimiz bunlardır:- Həddindən artıq yüklənmə və stres
- Yanlış ayaqqabı geyinmək
- Plantar fasiitin üzərində gərginlik
- Artıq çəki
- Riskli hərəkətlər və idman
- Ayağın strukturunda anomaliyalar
- Yaş və genetik faktorlar
Yanlış ayaqqabı geyinmək. Düzgün dəstək və yastıqlama təmin etməyən ayaqqabılar daban sümüyünə əlavə təzyiq yaradır.
Ona görə də narahat ayaqqabılar, xüsusən hündür və ya düz dabanlar bu halın yaranmasına təsir edir.
Plantar fasiitin üzərində gərginlik. Plantar fasiit toxumasının həddindən artıq uzanması və ya gərginləşməsi daban sümüyünün altında sümük çıxmasına səbəb olur. Dabanda sümüyün çıxması zamanı xüsusilə səhərlər yataqdan qalxanda və ya uzun müddət ayaq üstə qaldıqdan sonra ağrı verir.
Artıq çəki. Həddindən artıq çəki ayaq və daban üzərində təzyiqi artıraraq daban mahmızının riskini artırır və onun inkişafına kömək edir.
Çünki həddindən artıq çəki ayaq strukturuna əlavə stres verir və bu stres dayaq-hərəkət pozuntusuna mənfi təsir edir.
Riskli hərəkətlər və idman. Riskli fiziki fəaliyyətlər, xüsusən qaçış və tullanma kimi hərəkətlər birləşdirici toxumada həddindən artıq yük yaradır.
Ona görə də daban şporu idmançılarda daha çox olur.
Ayağın strukturunda anomaliyalar. Düz ayaqlar və ya yüksək qövslü ayaq quruluşu kimi ayaq quruluşunda anormallıqlar daban şporu riskini artırır.
Yaş və genetik faktorlar. Yaşlanma prosesi ilə ayaq strukturunda təbii dəyişikliklər və toxumaların elastikliyini itirməsi bu vəziyyətin inkişafının əsas səbəblərindəndir. Həmçinin genetika da sözügedən halın inkişafında rol oynayır.
Daban mahmızının simptomları nələrdir?
Daban mahmızının simptomları bunlardır:- Daban nahiyəsində ağrı
- Şişkinlik və həssaslıq
- Ayağın altındakı diskomfort
- Hərəkətin məhdudlaşması
Şişkinlik və həssaslıq. Şişkinlik adətən ağrılı nahiyədə olur və üzərinə basıldıqda narahatlıq və ağrı hissini artırır.
Ayağın altındakı discomfort. Xüsusilə plantar fasiitin iltihabı ayağın alt hissəsində böyük ağrı sahəsi yaradır və üzərinə basdıqda ağrı artır.
Hərəkətin məhdudlaşdırılması. Ayaqdakı ağrı və narahatlıq bəzi hərəkətlərdə məhdudiyyətlərə səbəb olur. Xüsusilə uzun müddət ayaq üstə durmaq və ya sürətlə hərəkət etmək çətinləşir, ağrı şiddətli olduqda isə hərəkət məhdudlaşır.
Ayaqqabı ilə əlaqədar narahatlıq. Yanlış ayaqqabı seçimi və ya uyğun olmayan içliklərdən istifadə bu narahatlığının əlamətlərini daha da artırır. Ayaqqabı narahat olduqda ağrı daha çox artır və hərəkət məhdudiyyəti yaranır.
Bu simptomlarla qarşılaşdıqda onları aradan qaldırmaq üçün həkimə müraciət etməyiniz lazımdır.
Daban mahmızın diaqnozu necə qoyulur?
Daban mahmızının diaqnozu bir sıra fiziki müayinələr və görüntüləmə testlərini əhatə edir.Fiziki müayinə. Həkim ilk olaraq daban nahiyəsində ağrı və şişkinliyi qiymətləndirir. Fiziki müayinə edilərkən ayağın quruluşu və yeriş analiz edilir, xəstəliyə səbəb ola biləcək anormallıqlar qiymətləndirilir.
Rentgen (X-ray). Rentgen birbaşa daban sümüyünün altında əmələ gələn sümük çıxıntısına və ya daban sümüyünə baxmaq üçün istifadə olunur. Qeyd edək ki, rentgen bu vəziyyətin diaqnozunda əsas test üsuludur və bir çox hallarda diaqnozu təsdiqləmək üçün kifayət edir.
Ultrasəs müayinəsi. Ultrasəs plantar fasiitin iltihabını və qalınlaşmasını qiymətləndirmək üçün istifadə olunur.
Ultrasəs müayinə həm də daban sümüyünün altındakı yumşaq toxumalarda hər hansı anormallıqların olub-olmadığını müəyyən etməyə kömək edir.
Maqnit rezonans görüntüləmə (MRT). MRT dabanın daha ətraflı və əhatəli görüntüsünü verməklə dəqiq diaqnoz qoymağa kömək edir.
Xüsusilə şiddətli ağrılarda və ya başqa üsullarla diaqnozun mümkün olmadığı hallarda MRT-ə üstünlük verilir.
Qan testləri. Az hallarda olsa da, daban ağrısının iltihablı və ya revmatik vəziyyətdən qaynaqlandığını müəyyən etmək üçün qan testləri aparılır.
Bu testlər artrit kimi digər mümkün səbəbləri ayırmağa kömək edir.
Diaqnoz zaman bu üsullardan istifadə edərək ağrının səbəbi təyin edilir və müvafiq müalicə planı yaradılmaqla dayaq-hərəkət pozuntusu müalicə edilir.
Daban mahmızı necə müalicəsi edilir?
Daban mahmızının müalicəsi simptomları aradan qaldırmağa və ağrıları azaltmağa yönəlmiş müxtəlif üsulları əhatə edir. Bu narahatlıq üçün istifadə olunan əsas müalicə üsulları bunlardır:- İstirahət və fəaliyyətdə dəyişkənlik
- Buz kompresi
- İstilik tətbiqi
- Fiziki müalicə və məşq
- Ortopedik ayaqqabılar və içliklər
- Şok dalğası müalicəsi
- Müxtəlif inyeksiyalar
- Cərrahi müdaxilə
Buz kompresi. Daban nahiyəsinə buz tətbiq etmək iltihabı və ağrıları aradan qaldırır. Buz kompresi adətən 15-20 dəqiqə tətbiq edilir, daha sonra 1-2 saatlıq fasilədən bir yenidən tətbiq olunur.
İstilik tətbiqi. İsti kompres və ya isti vanna əzələləri rahatlaşdıraraq ağrıları aradan qaldırır. Bu, daha çox ağrıdan sonra əzələ sərtliyini aradan qaldırmaq üçün istifadə olunur.
Fiziki müalicə və məşq. Fizioterapevt daban mahmızının müalicəsində plantar fasiit və ayaq əzələlərini gücləndirmək üçün xüsusi müalicələr edir.
Həmçinin plantar fasiit və baldır əzələlərinə dartınma məşqləri etmək də ağrıları aradan qaldırır və hərəkət diapazonunu artırır. Evdə ehtiyatla daban və ayaq barmaqları arasında uzanma hərəkətləri etməklə ağrını yüngülləşdirməyiniz mümkündür. Lakin ev şəraitində məşq edərkən belə fizioterapevtlə məsləhətləşmək lazımdır ki, əzələləri zədələməyəsiniz.
Ortopedik ayaqqabılar və içliklər. Düzgün dəstək və yastıqlama təmin edən ayaqqabılar təzyiqi azaldır və daban şporunun yaratdığı ağrıları aradan qaldırır.
Şok dalğası müalicəsi (ESWT). Bu üsulun tətbiqi zamanı daban nahiyəsinə yüksək enerjili şok dalğaları göndərir. Şok dalğası terapiyası dabanı sağaldır və ağrını aradan götürür.
Əgər digər müalicə üsulları təsir etməzsə və daban müalicəyə cavab verməsə, şok dalğası terapiyası tətbiq olunur.
İynə ilə müalicə. Şiddətli ağrı və iltihab hallarında daban nahiyəsinə kortikosteroid iynələrdən istifadə edilir. Ağrıları tez bir zamanda aradan qaldırmaq və iltihabı azaltmaq üçün olan iynələri istifadə edərkən həkimin təyin etdiyi dozanı aşmaq qəti olmaz.
Cərrahi müdaxilə. Digər müalicə üsulları təsirli olmadıqda cərrahiyyə daban sümüyündəki mahmızların müalicəsində son çarə hesab olunur.
Müalicə üsulunun təyini simptomların şiddəti və xəstənin ümumi sağlamlıq vəziyyəti ilə müəyyən edilir. Əgər daban mahmızı simptomları varsa, uyğun müalicəyə başlamaq üçün vaxtında həkimə müraciət etmək önəmlidir. Müalicədə inteqrativ tibb müalicəsi xüsusilə-homeosiniatriya effektli təsir göstərir.