Həkim qəbuluna yazıl

Canlı çat

Tərləmənin səbəbi - Bu xəstəliklərdən qaynaqlana bilər

Bədən idman, həyəcan və ya qorxu kimi anlara  tərləmə ilə reaksiya verə bilər.
Lakin bu hallardan əlavə bədəndə istilik balansını təmin edən tərləmə mexanizmi səbəbsiz yerə həddindən artıq işləyə bilər. Bu vəziyyət çox vaxt əhəmiyyət verilməsə də, altında fərqli xəstəliklər ola biləcəyi üçün mütləq mütəxəssisə müraciət edilməlidir.

Istilər bitdi, amma hələ də tərləyirsinizsə…

Bədənin isti və soyuq qarşısında balansını təmin edən, yəni bədən temperaturunu tənzimləyən tərləmə mexanizmi davamlı olaraq işləyir. Bədəndə 2-4 milyon arasında olan tər vəziləri qadınlarda daha çox olmasına baxmayaraq, kişilərdə daha aktiv fəaliyyət göstərir. İstilik balansının tənzimlənməsi ilə yanaşı, idman, həyəcan, qorxu və ya əsəbiləşmə kimi hallarda tərləmə daha da artır. Lakin heç bir səbəb olmadan lazımi miqdardan artıq tərləmə, yəni hiperhidroz müşahidə edilə bilər. Həddindən artıq tərləmə yalnız əl və ayaqlara deyil, bədənin hər yerinə təsir edə bilər. 18-30 yaş arası daha çox rast gəlinən lokal tərləmə problemi onların sosial həyatına mənfi təsir göstərir. 30 yaşdan sonra isə daha geniş yayılmış tərləmə problemi sistemli bir xəstəliyin əlaməti ola bilər.

Qidalanma tərziniz tərləməyə səbəb ola bilər!


Həddindən artıq tərləməyə daha çox hormonal xəstəliklər səbəb olur. Metabolizmi sürətləndirən xəstəliklər nəzərdən keçirilməlidir. Hipertireoz, yəni qalxanabənzər vəzinin həddindən artıq işləməsi, tərləməyə səbəb olan ən çox rast gəlinən sistemik xəstəliklərdən biridir. Buna görə də hipertireozun digər əlamətləri olan ürək döyüntüsü (taxikardiya), çəki itkisi, əllərin titrəməsi, əsəbilik və saç tökülməsi kimi simptomlar yoxlanılmalıdır. Hipertireoz kimi böyümə hormonunun artıqlığı və adrenalin hormonunun anormal olması da həddindən artıq tərləməyə səbəb olan digər hormonal xəstəliklər arasındadır.
Qadınlarda xüsusilə menopauza sonrası həddindən artıq tərləmə müşahidə oluna bilər. Bundan başqa:

•    Həddindən artıq çəki,
•    Alkoqol və ya narkotik istifadəsi,
•    Acı və ədviyyatlı yeməklər,
•    Kofein kimi amillər də tərləməni artıra bilər.

Tərləmənin səbəbi bu xəstəliklər ola bilər:

1.    Ağciyər xəstəlikləri
2.    Qızdırma və infeksiyalar
3.    Vərəm
4.    Uşaqlarda C və D vitamini çatışmazlığı
5.    Şəkərli diabet
6.    Aşağı qan şəkəri
7.    Hipertireoz (qalxanabənzər vəzin həddindən artıq işləməsi)
8.    Ürək xəstəlikləri
9.    Bəzi xərçəng növləri
10.   Kompleks regional ağrı sindromu
11.   Qalxanabənzər vəzi hormonu, morfi, ağrıkəsicilər, qızdırma salıcılar və ya antidepresantlar kimi bəzi dərmanlar

Əgər həddindən artıq tərləmə dayanmasa və aşağıdakı əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir:

•    Yuxuda tərləmə
•    Sinə ağrısı
•    Qızdırma
•    Sürətli nəbz (taxikardiya)
•    Nəfəs darlığı
•    Çəki itkisi

Müalicə tərləmənin səbəbinə görə dəyişir


Hiperhidrozun müalicəsi onun səbəbinə və şiddətinə görə fərqli olur. Əgər tərləməyə səbəb olan hər hansı bir xəstəlik varsa, bunun üçün müvafiq müayinə və testlər aparılmalıdır. Tərləmə müalicəsində dərman və cərrahi üsullarla yanaşı müxtəlif alternativ üsullar da tətbiq oluna bilər.

Dərman müalicəsi:

•    Antiperspirantlar – tərləməni azaldan dərmanlardır.
•    Sempatik blokatorlar – sinirlərin təsirini azaldaraq tərləməni azalda bilər. Ancaq ağız quruluğu, bulanıq görmə və sidik kisəsi problemləri yarada bilər.
•    Botoks inyeksiyaları – tər vəzilərini aktivləşdirən sinirləri bloklayır. Təsiri bir neçə ay davam edir.
Cərrahi üsullar:
•    Tər vəzilərinin çıxarılması – Həddindən artıq tərləmə yalnız qoltuqaltında baş verərsə, kiçik kəsiklər və liposaksiya üsulu ilə çıxarıla bilər.
•    Sinir cərrahiyyəsi (Endoskopik Torakal Sempatektomiya – ETS) – Üz və əl tərləməsində təsirli bir prosedurdur. Tərləməyə səbəb olan sinir kökləri əməliyyatla çıxarılır. Bu metod qalıcı bir həll təqdim edir. 
Mənfi tərəfləri – Qoltuqaltı tərləmə dayandırıldıqda, qasıq bölgəsində tərləmə arta bilər və bu xoşagəlməz vəziyyətə səbəb olar. Bir bölgədə tərləmənin azalması digər bölgədə  bu problemi arta bilər.
Alternativ müalicə: İontoforez
İontoforez metodu tərləmə müalicəsində istifadə oluna bilər. Bu prosedur aşağıdakı kimi aparılır:
•    Əllər elektrik cərəyanı ilə dolu gel və maye qabına batırılır.
•    Tərləmə bloklanır və müalicə uğurlu nəticə verə bilər.
•    Lakin təsiri müvəqqətidir – müalicə dayandırıldıqda tərləmə yenidən başlaya bilər.
•    Həftədə 3-4 dəfə, 30 dəqiqə müddətində tətbiq olunmalıdır.

Həddindən artıq tərləmə ciddi bir xəstəliyin əlaməti ola bilər, buna görə təhlükəni gözardı etmədən həkimə müraciət etmək lazımdır.