
Kişi sonsuzluğuna gətirən faktorlar:
Varikosele
Xaya venalarınınn əksər hallarda sol tərəfli,az hallarda iki tərəfli genişlənməsidir.
Hormonal (hipoqonadizm)
Xayaların anadangəlmə inkişafdan qalması,əsas kişi cinsiyyət hormonu olan testosteronun miqdarının normadan aşağı olması.
İnfeksiyalar
Cinsi yolla keçən infeksiyalar morfoloji sağlam spermatozoidlərin sayını azaldır və onların hərəkətini zəiflədir.
Kriptorxizm
Xayaların xayalığa düşməməsi,qasıqda və ya qarın boşluğunda ilişib qalmasıdır.Bir tərəfli kriptorxizm 50% hallarda,ikitərəfli isə 100% sonsuzluğa gətirə bilir.
Erektil disfunksiya (cinsi zəiflik)
Cinsi istəyin və ya ereksiyanın olmamasıdır.
Sistem xəstəliklər
Böyrək və qaraciyər çatışmazlığı,piylənmə,şəkərli diabet və mukovissidoz sonsuzluğa gətirə bilər.
Toxumdaşıyıcı axacağın daralması
Bu anadangəlmə və ya keçirilimiş cinsi infeksiyalardan sonra baş verə bilər.
Diaqnostika spermaqramma analizi ilə başlayır,bundan savayı cinsi yolla keçən infeksiyaların yoxlanması,qanda hormonlar və xayaların ultrasəs müayinəsi də istənilə bilər.
Müalicə taktikası sonsuzluğun səbəbi müəyyən edildikdən sonra seçilir.Varikosele,kritorxizm və toxumdaşıyıcı axacaqların daralması cərrahi yolla aradan qaldırılır,yerdə qalan hallarda isə dərman müalicəsi tətbiq olunur.