26 fevral 2024-cü il tarixində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşkilatçılığı ilə Şabran rayonunda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən həkimlər üçün seminar keçirilib. Seminarda İnteqrativ Müalicə Mərkəzinin nevroloqu Aygün Məmmədova “ Parkinson xəstəliyinin İnteqrativ təbabət metodları ilə müalicəsi“ mövzusunda çıxış edib. Aygün xanım 40 ildən çox həkimlik fəaliyyətinin təxminən 20 ili ərzində nevroloji xəstəliklərin müalicəsində İnteqrativ Təbabətin çoxyönümlü və effektli metodlarını tətbiq edir.Seminarda iştirak edən digər nevroloqların marağına səbəb olan çıxışında A.Məmmədova məhz orqanizmə heç bir kimyəvi zərər verməyən bu müalicə üsulunun üstünlükləri barədə geniş məlumat verib.
Qeyd edək ki, təməli alman alimi H.Rekkeveq tərəfindən qoyulan İnteqrativ müalicə metodlarının Azərbaycana gətirilməsində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin böyük rolu olub. Mərkəzin təşəbbüsü ilə indiyə qədər ölkəmizin ayrı-ayrı bölgələrində həkimlər üçün bu müalicə metodunun nəzəriyyəsinə həsr olunmuş yüzdən çox seminar keçirilib. Belə tədbirlər vasitəsilə yüzlərlə həkim İnteqrativ müalicə metodları barədə nəzəri biliklərə yiyələnərək öz təcrübəsində xroniki və autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr göstərən bu üsullardan istifadə etməyə üstünlük verib. Şabrandakı bu seminar da həmin xeyirxah təşəbbüsün bir davamıdır.

Nevroloq Aygün Məmmədova çıxışında parkinson xəstələrinin müalicəsində aldığı müsbət nəticələri həmkarları ilə bölüşüb.Qeyd edib ki, degenerativ xəstəliklər qrupuna daxil olan parkinson geri dönməz bir proses olduğuna görə xəstədə tam sağalma mümkün
olmur. Amma İnteqrativ Müalicə metodları sayəsində xəstələrdə müəyyən müddətli remissiya almaq mümkündür. Onların psixologiyalarında, həyat tərzlərində, iş qabiliyyətlərində xeyli müsbət dəyişikliklər müşahidə olunur. A.Məmmədova çıxışının sonunda parkinson xəstələrinin müalicəsində aldığı uğurlu nəticələrin videogörüntülərini nümayiş etdirib.