Həkim qəbuluna yazıl

Canlı çat

Sağlam məktəbli - Xoşbəxt gələcək

Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə  start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı  növbəti maarifləndirmə marafonu 2022-ci ilin yanvar ayında daha bir ünvanda - Masallı rayonunun Mololon kənd orta məktəbində davam etdirildi.
Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.
Klinikanın əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər haqqında iştirakçıları marifləndirib. Pediatr Əsli Kalbalıyeva isə uşaqlarda olan qurd xəstəlikləri və digər yoluxucu xəstəliklər barədə valideynləri məlumatlandırıb. İnteraktiv formatda keçən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır. Xatırladaq  ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.