Həkim qəbuluna yazıl

Canlı çat

”Çiyin -çiyinə” layihəsi

2022-ci ilin mayında TƏBİB və Masallı Bioloji Təbabət və İnteqrativ Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə cənub regionunda fəaliyyət göstərən  həkim və orta tibb işçilərinin potensialının artırılması məqsədilə “Çiyin -çiyinə” layihəsi baş tutub. 

Layihə çərçivəsində cənub bölgəsi üzrə Rayon Mərkəzi Xəstəxanalarının (Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara) 120 həkim və orta tibb işçisi üçün “Həyat üçün təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsi”, “İxtisaslaşmış tibbi yardım briqadası gələnədək həyati vacib ilkin tibbi yardım tədbirlərinin görülməsi”, “Daha təkmil ilkin tibbi yardım bacarıqlarının əldə edilməsi üçün baza bilik və bacarıqların artırılması” mövzularında təlimlər keçirilib.

Təlimdə TƏBİB-in İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinin müdiri Anar Mirzəyev çıxış edərək, belə vacib təlimlərin davamlı olaraq keçiriləcəyini bildirib.