“Sağlamlıq körpüsü” social layihəsi Masallıda : 450-dən çox pasiyent tibbi xidmətdən istifadə edib.
TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlamlıq körpüsü” social layihəsi ilk dəfə Masallıda həyata keçirilib.
Layihənin məqsədi Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim-mütəxəssislərin iştirakı ilə bir çox xəstəliklərlə bağlı tibbi müayinələrin təşkil olunmasıdır.Məqsəd həm də müayinə zamanı xəstəliklərin erkən aşkarlanaraq vaxtında düzgün diaqnoz qoyulmasıdır ki, bu da hər hansı saölamlıq probleminin ağırlaşmadan öncə müalicəsinə başlanmasına şərait yaradır.Nəticədə müayinəyə gələn yüzlərlə insan xəstəliyin sonrakı fəsadlarından vaxtında xilas olaraq normal həyatına davam edir.Bu tipli layihələr əhali arasında tibbi maarifləndirmənin genişləndirilməsinə də xidmət baxımından əhəmiyyətlidir.
“Sağlamlıq körpüsü” social layihəsi çərçivəsində bir gün ərzində 450-dən çox pasiyentə müxtəlif xəstəliklərlə bağlı tibbi xidmət göstərilib və sanitar maarifləndirmə həyata keçirilib.
Masallı Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həyata keçirilən tədbirdə cənub bölgəsində yaşayan insanlar Almaniyada və Türkiyədə ixtisaslaşmış həkimlər tərəfindən göstərilən oftalmoloji, stomatoloji, pediatrik, cərrahi və psixiatrik müayinələrdən yararlanıb.Təkcə Masallı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində 100-dən çox pasient oftalmoloji müayinələrdən keçərək göz xəstəliyi barədə məlumatlandırılıb.Problemi olan xəstələrə isə oftalmoloq tərəfindən müalicə yazılıb və ya cərrahi müdaxilə məsləhət görülüb.
Müayinələrdən sonra layihənin davamı kimi həkim-mütəxəssislər Boradigah qəsəbəsindəki İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşərək tibbi maatifləndirmə sahəsində onları maraqlandıran sualları cavablandırıblar.