Azərbaycanda ilk dəfə keçiriləcək konqresin sponsoru BTİMM-dir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresi 7-8 may tarixlərində işinə başlayacaq.Tədbirin sponsoru Türkiyənin Stem Cell School ( Kök Hüceyrə Məktəbi) və Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzidir.Konqresdə  dünyaca məşhur  xarici məruzəçilərin və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulub.  
Kök hüceyrə  və regenerativ tibb sahəsində  ən son yeniliklərin  və aktual mövzuların müzakirə olunacağı beynəlxalq tədbir tibbin əsas sahələrini əhatə edəcək.  Dermatologiya, Ginekologiya, Travmatologiya, Nevrologiya, Urologiya, Oftalmologiya, Neyrocərrahiyyə ilə yanaşı Plastik Cərrahiyyə  və Kosmetologiyada  toxuma bərpası, artroz, autizm, aseptik nevroz, serebral iflic, hüceyrə yenilənməsi  kimi bir çox xəstəliklərdə  kök hüceyrənin əhəmiyyəti haqqında plenar iclaslar  iştirakşılar üçün daha maraqlı olacaq. Mütəxəssislər adı çəkilən sahələrdən başqa süni mayalanmada da kök hüceyrənin rolu ilə bağlı bilik və təcrübələrini həmkarları ilə bölüşəcəklər.
Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini qastroenteroloqu Arzu Quliyeva təmsil edəcək. Məruzəçi qismində konqresə qatılan Arzu doktor ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi”  mövzusundakı çıxışında  kök hüceyrənin əhəmiyyətini vurğulamaqla yanaşı  bu sahədəki təcrübəsini əks etdirən videomaterialları da konqres iştirakşılarının müzakirəsinə təqdim edəcək.