Tanrının insanlara bəxş etdiyi ən gözəl nemət can sağlığıdır. Qədim və humanist peşə sahibi olan həkimlər ömürlərini bəşəriyyətin ən uca varlığı kimi dəyərləndirdiyimiz insanların sağlamlığının qorunmasına həsr etməklə böyük qəhrəmanlıq göstərirlər. Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Sizə verilən ömrü yorulmadan, usanmadan, bəzən öz həyatınızı belə riskə ataraq insanların düçar olduqları xəstəliklərin müalicəsinə həsr etdiyinizə görə sözün əsl mənasında fədakarsınız!
“Həkim” sözünün müxtəlif dillərdəki anlamları da ibrətamizdir. Ərəb dilində “həkim” sözü “hakim olmaq” anlayışından irəli gəlir və hikmət sahibi, müdrik insan mənalarını ifadə edir. “Təbib” sözü isə “yaxşılıq, səhiyyə, sağlamlıq” mənasındakı “tibb”peşəsini həyata keçirən şəxsə verilən addır. Məşhurlardan biri deyib ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünərdir. Bu peşə adamdan fədakarlıq, təmiz qəlb, insanlığa sevgi tələb edir. Sizin saf qəlbiniz hər zaman mərhəmət, sevgi, xeyirxahlıq hissi ilə döyünür, əziz həkimlər!
Həkimlik həm də məsuliyyətli və çətin peşədir. Bizim üçün ən dəyərli olan sağlamlığımızı həkimlərə etibar etməklə onların məsuliyyətini daha da artırmış oluruq.Bu humanist sənəti seçənlər daim fövqəladə vəziyyətlərə hazır olur, insanlara yardım etməkdən zövq alırlar. Buna görə də çox rahatlıqla deyə bilərik ki, siz xəstəliyimizlə bağlı problemlərimizi bölüşdürə bildiyimiz, güvəndiyimiz doğmalarımız qədər bizə yaxınsınız, hörmətli həkimlər!
Uzun illər xəstəlikdən əziyyət çəkənlər bəzən aqressiv olur, depressiyaya düşür, ətraf aləmdən təcrid olunmağa çalışırlar. Belə insanlar çox vaxt yalnız həkimin onlara yardım edəcəyinə inanırlar.Həkimliyi digər peşələrdən fərqləndirən çəhətlərdən biri də elə xəstədə özünə qarşı inam hissi yarada bilməsidir. Həkimin xoş rəftarı, qayğıkeşliyi, səmimiyyəti müalicə müddətində xəstənin əhvalına müsbət təsir göstərir və o sağalacağına inanır. Bu inamı siz səmimiliyiniz, mehribanlığınız və peşəkarlığınız sayəsində qazanmısız, əziz həkimlər!
Elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qarşı laqeydlik göstərirlər, hətta əksər hallarda inadkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirir, sağalma prosesini ləngidirlər.Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, onları təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək həkimdən həm də insan psixologiyasına yaxından bələd olmağı tələb edir. XX əsrdə yaşamış alman yazıçısı və publisisti Stefan Zveyq deyib ki, “həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir”.
Hər xəstəyə doğma ailəsi kimi qayğı və diqqətlə yanaşan xeyirxah peşə sahibləri, siz bəşəriyyətə sevgini, qayğıkeşliyi, xoş ünsiyyəti, mehriban rəftarı və insan psixologiyasına hakim olmaq kimi bacarıqları həkimlik peşəsində birləşdirə bildiyinizə görə hər kəs üçün çox dəyərlisiniz! Peşə bayramınız mübarək , dəyərli həkimlər!