Nevral terapiya

Nevral terapiya – yerli anestetiklərin sinir nahiyəsinə və yaxud müəyyən strukturlara toxunularaq simpatik sinir sisteminə təsir etmək yolu iləpatoloji reaksiyaların blokadası üçün tətbiq edilən xüsusi texnikadır. Nevral terapiyanın  effektivliyi çoxsaylı klinik araşdırmalarla sübut edilmiş, təsir mexanizmi isə müasir elm ilə izah edilmişdir. Nevral terapiyanın əsası Almaniyada qoyulmuşdur.

Nevral terapiya – bu sadəcə daha yeni bir inyeksiya texnikası deyil. Nevral terapiya  avtonom sinir sisteminə təsir edən ənənəvi üsullar içərisində özünəməxsus yer tutur. Bu metodun təsir mexanizmini rus akademiki Pavlovun işlərində görmək olur. Nevral terapiyanın elmi əsası sadə neyrofizioloji  əlaqələrə köklənir. Travma və xəstəliklər vegetativ sinir  sisteminin davamlı dəyişikliyinə səbəb olur. Bu  sistem bir çox mübadilə, immunoloji, həzm, hormonal və s. funksiyaları tənzimləyir.

Müalicə olunmamış emosional zədə yaxud konflikt  “limbik sistem - hipotalamus “ oxu vasitəsilə vegetativ sinir sisteminə təsir edir. Prokainin patoloji impulsun başlanğıc götürdüyü yerə dəqiq inyeksiyası  pozulmuş balansın bərpasına və tez sağalmağa gətirir. Bu, inyeksiya nahiyəsi sinir düyünü, çapıq yaxud vena nahiyəsi ola bilər.

Nevral terapiya elmi əsaslandırılmış müalicə sistemidir. Nevral terapiya digər yanaşmaların uğursuz nəticələndiyi yerdə kömək edən əsas müalicə metodudur. Çox zaman terapevtik effekt elə güclü və gözlənilməz olur ki, onu “ildırımsürətli reaksiya” yaxud “Xuneke fenomeni“ adlandırırlar.

Bu terapiya – təhlükəsiz , az invaziv metoddur. Müxtəlif xəstəliklərdə, müxtəlif distiplinlərdə istifadə olunur: otorinolarinqologiyada, oftalmologiyada, ginekologiya, pediatriya, psixiatriya, daxili orqan xəstəlikləri, terapiyada ağrı sindromu müalicəsində tətbiq edilir.