Bioloji təbabət – orqanizmi bir bütöv sistem kimi qəbul edən və xəstəlikləri yalnız əlamətlərinə görə deyil, əsas səbəblərinə görə müalicə etməyi hədəfləyən müasir tibbi yanaşmadır. Bu yanaşmada məqsəd sadəcə xəstəlik əlamətlərini aradan qaldırmaq deyil.
Bioloji təbabətin əsas prinsipi orqanizmdə pozulmuş tənzimlənmə mexanizmlərinin bərpasıdır. Bunun üçün biotənzimləyici müalicə tətbiq edilir.
Biotənzimləyici müalicə orqanizmdə xəstəlik törədici amillərin təsirindən baş vermiş pozulmaları tənzimləməklə müalicə edir. İstifadə olunan preparatlar kompleks preparatlardır, onların birgə təsiri detoksikasiyaedici təsirə malikdir. Biotənzimləyici müalicənin başqa bir prinsipi - orqanizmin müdafiə qabiliyyətini fəallaşdırmaqdır.
Beləliklə, biotənzimləyici müalicə prinsipləri:
- Açıq bioloji sistem olan orqanizmə tənzimləyici təsir
- Orqanizm üçün zərərli olan maddələrin birləşdirilməsi və kənarlaşdırılması
- Orqanizmin müdafiə qüvvələrinin artırılması

Biotənzimləyici müalicə zamanı:
- Müalicə xəstəliyin səbəblərinə və patogenetik mexanizmlərinə təsir edir
- Xəstəlik deyil, xəstə müalicə olunur
- Müalicə zamanı özünütənzimləmə, bərpa və müdafiə sistemlərinin pozulmuş funksiyaları bərpa edilir
- Digər orqan və toxumalar zədələnmir
- Müalicənin təsiri uzunmüddətli və effektlidir
Bioloji təbabətin yanaşması aşağıdakı istiqamətlərdən ibarətdir:
1. Səbəbin aşkarlanması
- Genetik amillər
- İmmun sistemdə baş verən pozulmalar
- Xroniki infeksiyalar
- Metabolik problemlər, stress amilləri və s.
2. Hüceyrə səviyyəsində bərpa
Bioloji təbabət orqanizmdə:
- detoksikasiya proseslərini aktivləşdirir
- iltihabı tənzimləyir
- hüceyrələrin fəaliyyətini normallaşdırır
3. Orqanizmin müdafiə qabiliyyətinin artırılması
Biotənzimləyici müalicədə istifadə edilən dərman preparatları:
- Təbii komponentlərdən (bitki ekstraktları, heyvan orqanları ekstraktları, mikrobların sterilləşdirilmiş kulturaları, mineral maddələr, mikroelementlər, katalizatorlar və s.) ibarətdir
- Mikrodozalar orqanizmi yükləmədən sistemləri stimullaşdırır və əlavə müdafiə mexanizmlərini işə salır
- Yan təsirlər və əks göstərişlər minimaldır
- Digər dərmanlarla kompleks şəkildə istifadə oluna bilir
Bioloji təbabətin tətbiq sahələri:
Xüsusilə aşağıdakı xəstəliklərdə effektivdir:
- Autoimmun xəstəliklər
- Dəri xəstəlikləri (psoriaz, ekzema və s.)
- Tənəffüs sistemi xəstəlikləri
- Həzm sistemi xəstəlikləri
- Hormonal balans pozulmaları
- Sinir sistemi xəstəlikləri
- Xroniki ağrı sindromu və s.
Bioloji təbabətin üstünlükləri:
✔️ Xəstəliyin xronikləşməsinin qarşısını alır
✔️ Orqanizmi gücləndirir
✔️ Kompleks (inteqrativ) yanaşma tətbiq edir
✔️ Uzunmüddətli nəticə verir
✔️ Təhlükəsizdir, zərərsizdir
✔️ Yan təsirlər və əks göstərişlər minimaldır, digər dərmanlarla kompleks istifadə oluna bilir
Nəticə:
Bioloji təbabət – sadəcə müalicə üsulu deyil, xəstə orqanizmə düzgün yanaşma fəlsəfəsidir.
Əgər siz:
- Uzun müddətdir keçməyən sağlamlıq problemlərindən əziyyət çəkirsinizsə
- Müxtəlif müalicələr nəticə verməyibsə
- Şəfa tapmaq istəyirsinizsə
Bioloji təbabət sizin üçün doğru seçim ola bilər.
Akif Qurbanov - tibb elmləri doktoru, professor, ATU