Meptid - Tərkibi meptazinol hidroxloriddir.
Nəzarət olunan narkotik vasitələr siyaısına daxil deyil!
Meptazinol hidroxlorid mərkəzi təsirli, opioid reseptorları üzərində qarışıq agonist-antagonist aktivliyə malik analgetikdir.
Orta və güclü ağrıların müalicəsində istifadə olunur.
Fərqli opioid reseptor profili və əlavə xolinergik aktivliyi onun farmakoloji xüsusiyyətlərini müəyyən edir.
Təsir mexanizmi:
Meptazinol hidroxlorid ağrıkəsici təsir göstərmək üçün μ1-opioid reseptorlarına qismən aqonist kimi bağlanır.
Tənəffüs depressiyasına səbəb olan μ2 reseptorlarına isə çox zəif meyil göstərir.
Digər bir çox ağrıkəsicilərdən fərqli olaraq, onun analgetik təsiri mərkəzi xolinergik təsirlərlə də dəstəklənir.
Farmakokinetika:
Təsiri qısamüddətlidir.
Plazma zülallarına zəif bağlanır, buna görə təsiri sürətli başlayır və dərmanlarla qarşılıqlı təsir riskləri aşağıdır.
Qlükuronidləşmə yolu ilə metabolizm;
Əsasən böyrəklər vasitəsilə xaricolma.
Göstərişlər:
Meptazinol inyeksiya forması orta və güclü ağrıların müalicəsində, o cümlədən:
Postoperativ ağrı – cərrahi müdaxilədən sonra ağrı sindromunun idarə olunması;
Perioperativ ağrı – cərrahi müdaxilə ilə əlaqəli ağrıların aradan qaldırılması;
Doğuş ağrısı – doğuşun birinci mərhələsində analgeziya;
Renal kolika – böyrək sancısı ilə əlaqəli kəskin ağrı sindromunun müalicəsi.
Təsirin başlanması və davametmə müddəti:
Venadaxili (IV):
- analgetik təsir sürətlə, bir neçə dəqiqə ərzində başlayır;
- təsir minimum 1 saat davam edir.
Əzələdaxili (IM):
- maksimal plazma konsentrasiyasına təxminən 30 dəqiqədə çatır; maksimal analgetik effekt 30–60 dəqiqədə formalaşır və 3–4 saat davam edir.
Təhlükəsizlik profili:
İstifadə zamanı ürəkbulanma, qusma, başgicəllənmə, yuxululuq, tərləmə və çox nadir hallarda respirator depressiya müşahidə oluna bilər ( bu göstərici yenidoğulmuşun təhlükəsizliyi baxımından Meptidin əsas üstünlüklərindən biri hesab olunur)
Alkoqol, sedativlər və digər mərkəzi sinir sistemini depressiya edən preparatlarla birlikdə istifadəsi əlavə risk yaradır.
Meptazinolun istifadəsi ağrının intensivliyi, xəstənin klinik vəziyyəti və fərdi risk faktorları nəzərə alınmaqla həyata keçirilməlidir.
Dozalanma:
Doğuş zamanı hər kq/2 mq meptazinol hidroxlorid tətbiq olunur.
Digər hallarda:
Venadaxili- 50-100 mq
Əzələdaxili- 75-100 mq meptazinol hidroxlorid təyin olunur.
Lazım olduqda eyni doza hər 2-4 saatdan bir təkrar tətbiq edilə bilər.
Buraxılış forması:
MEPTID® 100 mq - 1ml inyeksiya məhlulu
Hər biri 1 ml olan 10 ampulalı qablaşdırma
MEPTID* - morfin ilə müqayisə edilə bilən ağrıya nəzarət preparatı
Təsir müddəti qısadır, təkrar tətbiqdən sonra orqanizmdə toplanmır
Digər opioidlərlə müqayisədə tənəffüsün zəiflədilməsi riski daha azdır
Oyaqlığın pozulmasına səbəb olmur
Ürək-damar sisteminə təsiri azdır
Asılılıq riski aşağıdır
Başgicəllənmə daha az müşahidə olunur.
Uzunmüddətli istifadədə yaxşı tolere olunur.
Çoxsaylı yanaşı xəstəlikləri olan (multimorbid) xəstələrdə göstərişdir
Dərman qarşılıqlı təsirləri riskinin aşağı olması
Əlverişli təhlükəsizlik profili
Tənəffüs depressiyası riskinin minimum olması
Eyni ağrıkəsici dozalar tətbiq edildikdə opioidlərin (kodein, morfin və
piritramid) yaratdığı tənəffüs depressiyası ilə müqayisədə meptazinol
daha aşağı risk göstərir.
Zəif sedativ təsir
Meptazinolun yuxugətirici və sakitləşdirici təsiri morfin və piritramidlə müqayisədə daha aşağıdır.
Ambulator əməliyyatlar üçün də effektivdir.
Meptazinolun əməliyyatdan sonrakı ürəkbulanma və qusma
yaratma tezliyi morfinlə müqayisə edilə bilən səviyyədədir.
Delirium (şüur qarışıqlığı) riski yüksək olan xəstələrdə göstərişdir:
Oyaqlıq səviyyəsinə az təsir göstərdiyi üçün
Sedativ təsirinin aşağı olması səbəbindən
Yaşlı xəstələrdə:
Doza tənzimlənməsi tələb olunmur.
Pentazosinlə müqayisədə daha güclü ağrıkəsici təsir göstərir və zehni
qarışıqlıq daha az yaranır.
Meptid 100 mg/ml inyeksiya məhlulu Azərbaycanda qeydiyyatlı preparatdır.
Qiyməti :
Meptid 2 ml
N10 amp- 79.37 AZN
İçlik vərəqə:
https://drive.google.com/file/d/1mLYr1OPeGrMoUgTVddQe9bp3cs7PdMti/view?usp=drive_link
Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ
Tel: Baş ofis: (012) 430 89 49
Aptek: (012) 430 30 10
