Həkim qəbuluna yazıl

Canlı çat

Diş Qırıqları Necə Müalicə Olunur? Qırılan Diş Ağrı Verir?

Diş Qırıqları Necə Müalicə Olunur? Qırılan Diş Ağrı Verir?

Diş qırıqları müxtəlif səbəblərdən, o cümlədən sərt qidaların qəbulu, gecə dişləri sıxmaq, travma və ya zərbə nəticəsində və yaşla bağlı yarana bilər. Bir gün sevdiyiniz lolipopu dişləmək istəyərkən ağzınızda əriməyən və udulmayan sərt bir şeylə qarşılaşa bilərsiniz və sonra bunun qırılan dişinizin bir parçası olduğunu anlaya bilərsiniz. Dünyada diş itkisinin bir nömrəli səbəbi olaraq göstərilən qırıq dişlər əslində daha çox rast gəlinən və bir çox müalicəsi olan ağız və diş problemidir. 

Niyə dişlər qırılır, qırıq dişlərin müalicəsi nədir, qırıq dişlə qarşılaşdığınız zaman nə etməli və qırıq diş problemi ilə qarşılaşmamaq üçün hansı tədbirlər görülməlidir, hamısı və daha çoxu bu məqalədə öz əksini tapacaq.

Diş qırılması nədir, niyə və kimdə olur?

Diş qırılması həm uşaqlarda, həm də böyüklərdə, xüsusən də ağır idmanla məşğul olan idmançılarda baş verə bilən, diş səthinin çatlaması ilə başlayan və dişin bir hissəsinin qopmasına qədər irəliləyə bilən diş problemidir. Dişin qırılmasına səbəb ola biləcək bir çox fərqli vəziyyətlər var, onlardan ən çox müşahidə olunanları bunlardır:

  • Mütəmadi olaraq diş qıcırtmaq vərdişi səbəbindən dişlərə edilən təzyiq
  • Dişin daxili hissəsini zəiflədən və həssaslaşdıran böyük kariyeslər
  • Buz, sərt konfet və ya qoz-fındıq kimi sərt qidaların tükətilməsi
  • Qəza və ya travma nəticəsində üzə dəyən ağır zərbə
  • İdman zamanı üz, çənə və ağız nahiyəsinə dəyən gözlənilməz zərbələr və ya yarış zamanı yıxılma nəticəsində yaranan qırılmalar
  • Fiziki zorakılıq və döyüşlər
  • Ağızda temperaturun anidən dəyişməsi (həddindən artıq isti yeməkdən sonra buzlu suyun içilməsi və s.)
  • 50 yaşdan yuxarı insanlarda dişlərin zəifləməsi nəticəsində özbaşına qırılan və ya yaşla əlaqədar baş verə bilən 

Diş qırılmalarının hansı növləri var?

Yuxarıda sadaladığımız tip vəziyyətlərdən hər hansı biri səbəbiylə meydana gələn qırıq dişlər bir çox arzuolunmaz yan təsirlərə, xüsusilə qırıq diş absesi və qırıq diş iltihabına səbəb ola bilər. Onu da qeyd edək ki, vaxtında müalicə olunmayan diş qırılması ağız qoxusuna səbəb ola bilər və insana təkcə fiziki deyil, həm də mənəvi cəhətdən mənfi təsir göstərə bilər. Qırılan dişin qaralmağa başlaması onun çürük olduğunu və gecikmədən müalicə edilməli olduğunu göstərir.

Sınıq dişlər dedikdə sadəcə ucları qırılan dişlərdən deyil, birdən çox qırıq diş növündən bəhs edirik. Ən çox yayılmış qırıq diş növlərinə daha yaxından nəzər salaq:

Çatlayan diş. Çatlamış dişi evdə öz üsullarınızla müalicə etmək mümkün deyil. Dişinizdə çat müşahidə etdiyiniz anda dərhal diş həkiminizə müraciət etməlisiniz. Bəzən diş gözə normal görünsə də, yemək yeyərkən və ya ağızda temperatur dəyişiklikləri baş verdikdə ağrı hiss oluna bilər. Digər tərəfdən dişiniz daim ağrıyırsa, çatdan kənarda zədələnmiş bir sinir və ya qan damarı ola bilər. Bu, ciddi bir xəbərdarlıq əlaməti olduğu kimi dərhal diş həkiminin diqqətini tələb edən bir vəziyyətin olduğunu göstərən ən vacib göstərici də ola bilər. Çatlayan dişin ən bariz əlamətlərindən biri dişlədiyiniz zaman deyil, dişlədikdən sonra dişinizə təzyiq etməyi buraxdığınız zaman ağrının hiss edilməsidir.

Qırılan arxa və ya ön diş. Qırılan diş çatlamış dişdən fərqli olaraq bir hissənin dişdən ayrılmasını ifadə edir. Bu vəziyyətdə gecikmədən diş həkiminizə getməlisiniz. Çünki həkim qırığa nəyin səbəb olduğunu müəyyən edəcək və diş sinirinin zədələnib-zədələnmədiyini analiz edəcək.  Zədələnmiş siniri olan qırıq diş əsasən kanal müalicəsi tələb edir.

Qırılan ağıl dişi. Ən çox ağıl dişlərində meydana gələn bu vəziyyət yarısı damaqda qalan və ya qismən çıxmış olan ağıl dişlərinin uclarının qırılmasını və qopmasını ifadə edir. Belə hallarda diş həkiminiz dişin yeri, yerləşməsi və böyümə vəziyyətinə baxaraq qırıq diş müalicəsinə başlamalıdır.

Uşaqlarda və böyüklərdə diş qırılmasının hansı müalicə üsulları var?

Övladında çatlamış və ya qırılan dişlə qarşılaşan əksər valideynlər “Uşağımın qırılan dişi düzələrmi?” sualını verir. O, həyəcanla sualına cavab axtarır. Təbii ki, hər diş qırılmasının özünəməxsus uyğun müalicə üsulu var. Burada əhəmiyyətli olan diş qırılmasının səbəbini təyin etmək, dişin zədələnmə səviyyəsini müəyyən etmək və ona uyğun həll yolu təklif etməkdir. Qırılan dişlərin təmiri uşaqlarda olduğu kimi böyüklərdə də qayğı və diqqət tələb edən bir prosedurdur. Doğru əllərdə və düzgün üsullarla müalicə olunduğu təqdirdə dişlərinizi sağlam hala gətirmək mümkündür.

Uşaqlar aktiv, çox sərt oynaya bildikləri, həm özlərini, həm də ətraflarını daim kəşf etmə dövründə olduqları üçün böyüklərdən daha çox diş qırıqlarına məruz qalırlar. Əgər qırılan diş süd dişidirsə, onsuz da süd dişlərinin düşəcəyini düşünərək uşağı diş həkiminə aparmamaq fikrindən çəkimək lazımdır. Diş həkimi qırılan dişi və yaranı müayinə etdikdən sonra müvafiq müalicə planını seçir. Həkim süd dişini olduğu kimi buraxa da bilər, qırılan dişə diş plombu da tətbiq edə bilər. Digər tərəfdən uşağınız daimi dişlərindən birini qırıbsa və qırılan dişdə ağrı varsa, bu, təcili diş həkimi müdaxiləsini tələb edən vəziyyət deməkdir. Diş həkimi aşağıdakı üsullardan birini istifadə edə bilər: qırıq dişin çıxarılması, qırılan dişin plomblanması və ya qırıq dişə qapaq qoymaq. Şiddətli qırıqlarda qırılan dişə cərrahi müdaxilə tələb oluna bilər.

Böyüklədə də qırıq dişlərin müalicəsi əslində uşaqlarda olduğu  ilə çox oxşardır. Diş qırılmasından yaranan həssaslıq gözardı edilməməlidir və zaman itirmədən həkim müayinəsinə gedilməli və müalicə olunmalıdır. Qırılan dişlərdə həm uşaqlara, həm də böyüklərə tətbiq oluna biləcək bəzi müalicə üsullarına bunlar daxildir:

Qırıq hissənin yapışdırılması. Əgər dişin qırıq hissəsini tapsanız diş həkiminə ən qısa zamanda süd və ya tüpürcək olan bir qabda gətirsəniz uyğun şərtlər yerinə yetirilibsə, diş həkiminiz onu yerinə yapışdıra bilər.
Dişin yenidən yuvasına yerləşdirilməsi: Əgər diş kökü ilə birlikdə çıxıbsa, ən çox bir saat ərzində diş həkiminə tüpürcəklə dolu bir qabda dişə toxunmadan çatdırsanız, onu yerinə qoymaq şansı ola bilər.

Bondinq üsulu. Bonding (bağlama) prosedurunda qırıq nəticəsində yaranan boşluq kompozit plomb vasitəsi ilə doldurulur və dişin həm funksional, həm də estetik xüsusiyyətlərinin bərpasını mümkün edir.

Tac müalicəsi. Xüsusilə qırıq azı dişlərinin müalicəsində çox istifadə edilən bir üsul olan tac müalicəsi dişin üzərinə tac adlanan keramika/zirkon/vinir diş örtüyünün qoyulmasından ibarətdir. Qırılan dişlərin müalicəsində sınığın yaratdığı boşluq nəzərə alınaraq xüsusi ölçülərdə tac istehsal edilir və dişdə olan bütün çatışmazlıqların örtülməsi hədəflənir.

Kanal müalicəsi. Dişdəki qırıqların diş pulpasına, yəni sinirlərə doğru irəlilədiyi hallarda kanal müalicəsi tətbiq edilir. Dişdəki zədələnmiş pulpa toxumasını və sinirləri təmizlədikdən sonra həkiminiz dişin əksilmiş hissəsini əvəz etməyə çalışır. Bu prosedur onsuz da həssas və qırılan dişin daha da zədələnməsinin və yoluxmasının qarşısını alır.

Qırılan dişin çəkilməsi. Qırılan dişin həm kökü, həm sinirləri, həm də ümumi quruluşu tamamilə pozulduqda və geri dönüşü olmayan formada zədələndikdə qırılan dişin çıxarılması tək həll yoludur.

Uşaqlarda diş qırılması olan zaman nələrə diqqət etmək lazımdır?

Əgər uşağınızın dişi qırılıb və ya çatlayıbsa, aşağıdakı addımları yerinə yetirməklə onun dişinin və ya sağlamlığının daha çox zədələnməsinin qarşısını ala bilərsiniz:

  • Sakitliyinizi qoruyun
  • Mümkündürsə, qırıq parçanı tapmağa çalışın, tüpürcək və ya südlə dolu bir qabda mümkün qədər tez diş həkiminə çatdırın
  • Diş kökü ilə birlikdə yerdəyişmə olarsa, kök hissəsinə toxunmadan götürün, təmiz su altında yuyun və tüpürcək və ya südün içərisinə qoyaraq  diş həkiminə çatdırın
  • Uşağınızın dişlərinə toxunmasına icazə verməyin
  • Buz kompresini tətbiq edin
  • Dərhal diş həkiminizlə əlaqə saxlayın
  • Mümkünsə, ən geci bir saat ərzində diş həkiminizə müraciət edin
İstər böyüklər olsun, istərsə də uşaqlar sağlam bir gülümsəmə sizə bir həkim qədər yaxındır...