Kariyes Niyə Yaranır? Diş Çürüdən Qidalar Hansılardır?
Dişlərin çürüməsinə qarşı əlinizdən gələn bütün tədbirləri görsəniz də, çürük bir dişinizin olması həyat tərzinizə neqativ təsir edir. Ancaq bilməlisiniz ki, bu vəziyyətlə düşündüyünüzdən daha çox insan qarşılaşır. Çürük dişinizi çox ağrıya səbəb olmadığı və gündəlik həyatınıza mane olmadığı müddətcə gözardı edə bilərsiniz. Ancaq bu da bir həqiqətdir ki, siz bu yolu seçməklə özünüzə xeyirdən çox ziyan vurursunuz. Əgər bu problemlə qarşılaşdığınızı düşünürsünüzsə və nə edəcəyiniz barədə tərəddüd edirsinizsə, bu məqalədə siz bütün suallarınıza cavab tapacaqsınız. Dişlərdəki bu çürümə nədir, nədən yaranır, simptomları nədir və necə müalicə olunur, hamısı bu yazıda sizi gözləyir.Diş çürüyü nədir?
Onun ən sadə tərifi ilə desək dişin içərisində əmələ gələn dəlikdir. Bu çürümə çox kiçik ölçüdə başlayır və zaman keçdikcə böyüyür, xüsusilə müalicə olunmazsa, genişliyini artırır. Bir çox çürümə ilk növbədə ağrıya səbəb olmadığı üçün onları erkən diaqnoz qoymaq və müalicə etmək demək olar ki, mümkün deyil. Sözü gedən halın erkən müalicə etməyin yeganə yolu müntəzəm olaraq diş həkimində müayinə olunmaqdır.Bu vəziyyət ağızda bakteriya olaraq başlayır. Bu bakteriyalar qidalarla birləşir və təmizlənməzsə, diş minasının zədələnməsi ehtimalı yaranır. Bu hal isə kariyesin əmələ gəlməsini sürətləndirir. Dişlər ağız boşluğunda yerləşən və həzmə kömək edən sümüklərdir. Diş və diş əti sağlamlığını qorumaq, çürüməvə diş əti xəstəliklərinin qarşısını almaq üçün müntəzəm ağız gigiyenası lazımdır. Ağız baxımının daimi olmadığı hallarda ağızda və diş səthlərində bakterial ərplər əmələ gəlir. Bu, dişlərdə asidik mühit yaradır, diş minasının aşınmasına və dentin təbəqəsinin zədələnməsinə səbəb olur. Dentindəki bu zədəyə görə boşluqlar əmələ gəlir və bunlara diş çürüməsi deyilir. Bu hal dişlərin sərt səthlərində kiçik boşluqlara çevrilmiş daimi zədədir. Bu zədəyə səbəb olan asidik mühit ağızdakı bakteriyaların şəkər tərkibli qida qalıqlarından asid əmələ gətirdiyi zaman meydana gəlir. Buna görə də şəkərli və asidli qidaların tez-tez yeyilməsi dişlərin çürümə ehtimalını artırır.
Müxtəlif araşdırmalara görə, sözü gedən problem dünyada ən çox görülən sağlamlıq problemlərindən biridir. Dişləri olan hər kəsdə çürük problemi yarana bilər. Buraya körpələr və heyvanlar da daxildir.

Diş çürüməsinə nə səbəb olur? Onun simptomları hansılardır?
Onun baş verə biləcəyi bir çox fərqli şərtlər var. “Dişlərin çürüməsinə səbəb nədir?” sualına ən çox verilən cavablar arasında aşağıdakılar var:- Bakteriya, tüpürcək, asid və qida qalıqlarının yaratdığı ərpin əmələ gəlməsi
- Şəkərli və turşulu qida və içkilərin həddindən artıq tükətilməsi
- Doğru olmayan və natamam ağız gigiyenası, az sayda diş fırçalama vərdişləri və diş ipindən istifadə edilməməsi
- Az miqdarda flüorid qəbulu
- Quru ağız
- Anoreksiya və ya bulimiya kimi yemək pozğunluqları
- Mədə turşusunun diş minasının zəifləməsinə yol açan reflü xəstəliyi
Təbii ki, dişdəki bu problemin əlamətlərini yaxşı bilmək onu inkişaf etmədən öncə açkar edib müalicə etməyə kömək edəcək. Onun ən xarakterik əlamətlərini aşağıdakı kimi sadalaya bilərik:
- Diş həssaslığı
- Diş ağrısı
- Dişdə adi gözlə görünən dəlik
- Dişlərdə qara və ya ağ ləkələr
Bütün bunlarla yanaşı, ağızın fərqli yerlərindəki dişlərin müxtəlif səbəblərdən çürüyə biləcəyi də bir həqiqətdir. Ön dişlərin çürüməsi adətən şəkərli qidaların həddindən artıq tükətilməsi nəticəsində meydana gəlsə də, arxa dişlərin çürüməsi müalicə olunmazsa, diş kökünün zədələnməsinə və hətta diş sinirlərinin çıxarılmasına səbəb ola bilər. Bir sözlə, istər kiçik, istərsə də böyük çürüməsi olsun dişinizi itirmədən mütəxəssis həkimə müraciət etməkdə fayda var.
Diş çürüməsinin psixoloji və sosial təsirləri
Diş sağlamlığı yalnız estetik deyil, həm də psixoloji rifahın bir hissəsidir. Curumus disler insanın gülümsəməkdən çəkinməsinə, ictimai yerlərdə özünü narahat hiss etməsinə səbəb ola bilər. Bu vəziyyət xüsusilə gənclər və ofis mühitində çalışan insanlar üçün özünəinamın azalmasına və sosial təcridə yol aça bilər. Bundan əlavə, davamlı ağrılar və xoşagəlməz qoxu şəxsin gündəlik həyat keyfiyyətinə təsir edir. Bu səbəbdən, dişlərin çürüməsi sadəcə ağız problemi deyil, ümumi həyat keyfiyyəti və psixoloji sağlamlıqla sıx bağlı olan bir vəziyyətdir. Müntəzəm stomatoloji baxım və erkən müdaxilə ilə bu təsirlərin qarşısını almaq mümkündür.
Diş çürüməsinin müalicə üsulları hansılardır?
Bu vəziyyəti müalicə etmək üçün bir çox müxtəlif üsul və üsullardan istifadə edilə bilər. Hər hansı bir müalicəyə davam etməzdən əvvəl diş həkimi tərəfindən müayinə olunduqda ona bütün hiss etdiyiniz halları tam izah etməlisiniz. Həssaslıq, ağrı və ya sızıltı kimi bütün simptomları izah etdikdən sonra diş həkiminiz tam olaraq hansı dişdə çürüyün olduğunu təyin edəcək, çürüklərin nə qədər dərin olduğunu və ölçüsünü təyin edəcək, ona uyğun müalicə planı yaratmağa başlayacaq. Yalnız ağız müayinəsi ilə onu aşkar etmək mümkün olsa da, bəzi çürükləri dəqiq müəyyən etmək üçün diş rentgeninə ehtiyac ola bilər. Diş kariyesinin müalicəsi üsulu ilk növbədə vəziyyətin dərəcəsi və fəsadların səviyyəsindən asılıdır.Bu vəziyyətin müalicəsində ən çox istifadə edilən üsullar aşağıdakılardır:
Diş çürüklərinin dolğu ilə müalicəsi. Kariyes müalicəsi dedikdə ilk ağla gələn üsul dolğu (plomb) müalicəsidir. Diş həkiminiz əvvəlcə diş yonma aparatı ilə dişinizdəki çürük bölgəni təmizləyir. Daha sonra boş hissəni kompozit materialla doldurur və dişlərinizdəki çürükləri yox edir. Bu üsul ümumiyyətlə sadə və erkən aşkarlanan çürüklər üçün üstünlük təşkil edir.
Diş tacının müalicəsi. Orta və ağır kariyeslərin müalicəsində taclara üstünlük verilir. Belə hallarda diş həkimi dişin üzərinə xüsusi hazırlanmış qapaq qoymağı, beləliklə də dişin orijinal qapağını “tac”la əvəz etməyi seçə bilər. Təbii ki, prosedura başlamazdan əvvəl dişin çürümüş hissəsi tamamilə aradan qaldırılmalıdır.
Kariyes zamanı diş kanalının müalicəsi. Sözü gedən problem kanal müalicəsi ilə də müalicə oluna bilən diş problemidir. Çürük dişlərdəki sinirlər öləcək qədər irəlilədikdə, diş həkiminiz diş kökünü xilas etmək üçün kanal müalicəsinə müraciət edəcəkdir. Əvvəlcə sinirlər çıxarılacaq, daha sonra dişin içi sterilizasiya edilərək təmizlənəcək və bütün infeksiyalar aradan qaldırıldıqdan sonra bütün boşluqlar plomb ilə bağlanacaq. Lazım olan yerdə plombun üzərinə tac qoymaq da mümkündür.

Erkən mərhələdə diş çürüyünün müalicəsi necə olur?
O plombsuz müalicə üsulları ilə aradan qaldırıla bilər. Əgər çürüklər ilkin mərhələdə aşkar edilərsə, sadə florid müalicəsi ilə ondan xilas olmaq mümkün ola bilər.Uşaqlarda diş çürüyü. Uşaqlarda olan çürümələr ən az böyüklərdəki kimi tez-tez müşahidə olunan və ümumi bir problemdir. Uşaqlarda bu problemin əsas səbəbləri arasında təbii ki, süd, asidli içkilər, üzüm, şəkər, meyvə suyu və ya çörək kimi qidaların həddindən artıq tükətilməsidir. Tövsiyə olunan miqdardan artıq şəkər və nişasta tərkibli qidalar qəbul edən uşaqlarda dişlərin çürümə ehtimalı daha yüksəkdir. Bundan əlavə, ağız və diş gigiyenasının da düzgün olmaması diş çürüməsinin əmələ gəlməsini sürətləndirən amillərdəndir. Uşaqlarda onun müalicəsi uşağınızın simptomlarına, yaşına və ümumi sağlamlığına görə dəyişə bilər. Bununla belə, bu nöqtədə kariyes probleminin nə qədər mürəkkəb olduğu da vacibdir. Bu təsbitlər edildikdən sonra uşaqlarda bu vəziyyət müalicə edilərkən böyüklər üçün istifadə edilən üsullardan birinə üstünlük verilir. Bu üsullar: dişin plomblanması, kanal müalicəsi və ya flüor dərmanıdır.
Kronların istifadəsi uşaqlar üçün ən son seçimdir, lakin vəziyyətin şiddəti irəlilədikdə bu müalicə üsulu da istifadə edilə bilər.
Hamilə qadınlarda diş çürüməsi. Hamilə qadınların ağız və diş sağlamlığına hər zamankindən daha çox diqqət etmələri bir həqiqətdir. Ağız boşluğuna düzgün qulluq edilməməsi ananın lazımsız müalicə proseslərinə məruz qalmasına səbəb olsa da, körpəyə zərər vurma riski də yaradır. Buna görə də hamiləlik zamanı dişlərin çürüməsinin qarşısını almaq üçün bütün mümkün tədbirlər görülməlidir. Hər şeyə rəğmən hamiləlik dövründə istənilən vaxt bu vəziyyət baş verdikdə ilk növbədə diş həkiminə müraciət etmək lazımdır. Həkim çürümə səviyyəsini təyin edir və ona uyğun fəaliyyət planı tərtib edir. Əgər kariyesin ilkin səviyyəsi varsa və ananın hamiləliyi yaxınlaşırsa, belə hallarda kariyesin müalicəsinin təxirə salınmasına qərar verilə bilər. Digər tərəfdən, müdaxilə edilmədikcə daha da pisləşəcək bir qırıq varsa, hamiləliyə xas diş çürüməsi müalicəsinin tətbiqinə üstünlük verilə bilər.
Kariyes ağrısı ilə necə mübarizə aparmaq olar?
Çürük diş deyildikdə ilk ağıla gələn təbii ki, daimi hiss edilən ağrı və sızıltı olur. Çürük dişin yaratdığı ağrı xəstələri narahat edəcək səviyyədə ola bilər. Kariyes ağrısının öhdəsindən gəlmək üçün fərdi olaraq istifadə edə biləcəyiniz yollar var. Onlardan bəzilərini təqdim edirik:- Gündəlik ağız və diş gigiyenanızı daha diqqətli edin. Lazım gələrsə, gündə 3 dəfə dişlərinizi fırçalayın və çürümüş dişi yüksək miqdarda flüor olan diş pastası ilə təmizləyin.
- Diş həkimi və ya əczaçı ilə məsləhətləşin və xüsusilə diş ağrısına yaxşı təsir edən ağrıkəsiciləri sınayın.
- Nə yediyinizə diqqət edin. Həddindən artıq isti və çox soyuq yeməklərdən çəkinin. Qeyd etmək lazımdır ki, bu təkliflər tamamilə müvəqqəti tədbirlərdir və çürük ağrıları yalnız diş çürüməsi müalicəsi ilə daimi olaraq aradan qaldırıla bilər.
Dişlərin çürümə riskinin qarşısını almaq üçün nə etmək lazımdır?
Bu ağrılara məruz qalmamaq və diş çürükləri ilə qarşılaşmamaq üçün çürüklərə qarşı ala biləcəyiniz tədbirlər var. Çürümə riski az olan sağlam bir ağız üçün edə biləcəyiniz şeylər bunlardır:- Gündə iki dəfə dişlərinizi flüorlu diş pastası ilə fırçalayın
- Müntəzəm olaraq diş ipi istifadə edin
- Şəkərli və turşulu qidaları daha az istehlak edin.
- Yeməklər arasında qəlyanaltılarınızı minimuma endirin
- Müntəzəm olaraq diş həkiminə gedin
- Kalsium istehlakınızı artırın
Kariyes müalicəsi ilə bağlı maraqlandığınız bütün suallarınızı bizə ünvanlayaraq cavab tapa bilərsiniz.
Kariyes ilə Bağlı Çox Soruşulan Suallar
Kariyes nədir?
Kariyes nədir deyə soruşanlar üçün, bu hal dişin sərt toxumasında meydana gələn zədələnmədir və vaxtında müalicə olunmazsa, dişin tam itirilməsi ilə nəticələnə bilər.
Diş cirk edərsə nə etməli?
Diş cirk edərsə nə etməli deyə düşünürsünüzsə, ilk növbədə həkim müayinəsinə getməli və problemin səviyyəsinə uyğun müalicə üsulunu seçməlisiniz.
Dişdə qara ləkələr nə deməkdir?
Dişdə qara ləkələr çox vaxt kariyesin erkən mərhələsi kimi ortaya çıxır və bu ləkələr müalicə olunmazsa çürüməyə çevrilə bilər.
Kariyesin müalicəsi necə aparılır?
Kariyesin müalicəsi plomb, kanal müalicəsi və ya tac qoyulması ilə həyata keçirilə bilər; seçim çürüyün dərinliyindən asılı olaraq dəyişir.
Dişlərdə qara ləkələr nədən yaranır?
Dişlərdə qara ləkələr ağızda bakteriyaların şəkərlə qidalanaraq asid yaratması nəticəsində diş minasına zərər verməsi ilə yaranır.
Dişlərin çürüməsi necə qarşısı alınır?
Dişlərin çürüməsi üçün gündə iki dəfə fırçalama, diş ipi istifadəsi və şəkərli qidaların azaldılması önəmli profilaktik addımlardır.
Curumus disler necə müalicə edilir?
Curumus disler üçün ən yaygın müalicə üsulu plomb doldurulmasıdır, amma çürük dərinləşibsə, kanal müalicəsinə ehtiyac yarana bilər.