Diş Məcunundakı Rənglərin Mənası Nədir? Hansılar Zərərlidir?
Ağız və diş sağlamlığını qorumaq üçün ən sadə və ən təsirli həll gündə ən azı iki dəfə dişlərinizi fırçalamaqdır. Buna görə də bu məhsullar gündəlik həyatımıza və sağlamlığımıza birbaşa təsir edən məhsullar sırasındadır. Bu məcunu tez-tez istifadə etsək də bəzən diş sağlamlığına arzuolunan təsiri olmaya bilər. Bəzən kariyeslərlə, bəzən də diş daşı ilə mübarizə aparmalı olduğumuz üçün məcunu dəyişdirmək lazım gələ bilər.Diş sağlamlığı çox vacibdir. Diş təmizləyən məcunun seçimi diş sağlamlığı üçün ən vacib olanlardan biridir. Buna görə də diş üçün məcun seçərkən nəzərə alınmalı olan məqamlar var. Onu seçərkən bu detalları bilmək ağız sağlamlığı və daha sağlam dişlər üçün vacibdir. Bazarda bir çox məcun markası və növü var. Alternativlər çox olduqda istehlakçıların hansı diş yuma vasitəsi seçməsi diş sağlamlığı üçün də əhəmiyyətlidir.
Gündəlik ağız və diş baxımında məcun seçimi mühüm məsələdir. "Hansı məcunu almalıyıq" - sualı hamımızı maraqlandıran suallardan biridir. Bu məcunu alarkən nəyə diqqət etməliyik? Aşağıdakı məqalədə diş yuyucu vasitəsi olan məcunu seçərkən nələrə diqqət etməliyik sualınıza cavab tapacaqsınız.
Qeyd: Bu məlumat müalicə məqsədi daşımır! Diş xəstəlikləri zamanı mütləq tibbi müayinə edilməli və stomatoloqun təyin etdiyi müalicə üsulu tətbiq edilməlidir.
Sağlam bir ağız və diş quruluşu üçün rutin diş gigiyenası çox əhəmiyyətlidir. Bu baxımdan məcun seçimi böyük əhəmiyyət daşıyır. Diş yuma vasitələri, diş ipi və ağız qarqarası kimi faktorları seçərkən diqqətli olmaq lazımdır.

Diş məcunu seçərkən nələrə diqqət etməliyik?
İlk növbədə satın alınan məcununun markasının məşhur olduğuna əmin olun. Diş sağlamlığı insan üçün çox vacib olduğu üçün ucuz və ya markası bilinməyən diş təmizləmə vasitəsindən uzaq durmaq lazımdır. Həmin məhsulu seçərkən diqqət etməli olduğunuz ən vacib məqamlardan biri də məcununun müxtəlif rənglərdə olmamasıdır. Məcununun tək rəngdə, ya bəyaz, ya da başqa hər hansı tək bir rəngdə olması çox vacib nüansdır.Onun rənginin ağ olması vacibdir. Ağ məhsulu seçmək, dişlərinizi fırçalayarkən qanama olub-olmadığını sizə xəbər verəcəkdir. Bu vəziyyətdə bəyaz məcun sizə ağız sağlamlığı haqqında ipucu verə bilər. Bunun üçün bu tip məhsullar daha faydalı və sağlamdır.
Diş məcununun hansı özəllikləri olmalıdır?
Onun üçün hazırlanmış xüsusi formulalardan tutmuş, diş fırçalamağı xoş bir fəaliyyətə çevirmək üçün hazırlanmış məhsullara qədər bir çox fərqli quruluş və xüsusiyyətdə tapıla bilər. Dişlərə sürətli və güclü təsiri ilə tanınan bu məcunları seçərkən onların tərkibində istifadə edilən müxtəlif maddələr də təsirli olur. Ümumiyyətlə diş yuma vasitələrinə dadı, qoxusu, rəngi, qablaşdırılması, tərkib hissəsi və markası kimi bir çox fərqli xüsusiyyətinə görə üstünlük verilir. Bundan əlavə, məcunların diş ətinin çəkilməsi, çürüklərin qarşısının alınması, diş minasının qorunması, diş əti xəstəliklərinin qarşısının alınması kimi bir çox fərqli xüsusiyyəti var. Ağız sağlamlığınız üçün seçdiyiniz məhsulun sahib olması lazım olan xüsusiyyətlər aşağıdakılardır:- Tərkibində diş minasını qoruyan vacib bir maddə olan fülor olmalıdır
- Diş çürüməsinə səbəb olan şəkərli dadlandırıcı olmamalıdır
- Məcunun qurumasına mane olan maddələr, məsələn, qliserin və sorbitol daxil edilməlidir
- Dişinizin ehtiyaclarına və ya dişinizin quruluşuna uyğun bir formul olmalıdır

Diş məcununun tərkibində flüoridin olub-olmasın fərqi nədir?
Sözü gedən məhsul diş ipi ilə birlikdə ən vacib ağız baxımı məhsullarından biridir. Onun seçərkən, tərkibində flüor olduğundan əmin olun. Məcununu almazdan əvvəl onun tərkibindəki maddələri yoxlayın. Burada mütləq flüorid haqqında məlumat olacaq. Tərkibində flüor yoxdursa, bu məhsulu seçməyin. Tərkibindəki flüorun olmaması böyüklərdə çox problem yaratmasa da, müəyyən yaşa qədər uşaqlarda problem yarada bilər. Bunun üçün onun tərkibində flüor olub-olmadığını ətraflı yoxlamaq lazımdır.Diş məcunundakı rənglər nə mənaya gəlir?
Son zamanlar ortaya çıxan rəng kodlarının diş təmizləmə vəsitələrində olan kimyəvi maddələrlə əlaqəli olması reallığı əks etdirmir və mifdir. Bu rənglər fabrikdə istifadə olunan boyalara görə fərqli istənilən rəngdə ola bilər. Ona görə də həmin rənglərlə bağlı fikirlərə inanmaq lazımdır deyil, önəmli olan məcunun tərkibidir.Doğru diş məcununu necə seçməliyik?
Onu seçərkən heç vaxt onun qiymətinə və qablaşdırılmasına aldanmamalısınız. Bu məhsulların ağardıcı təsiri, diş ətinin qorunması, kariyesə qarşı qorunma, diş daşı əleyhinə təsir kimi bir çox xüsusiyyətləri vardır. Bu müxtəliflikdə çaş-baş qalmaq olduqca normaldır. Məsələn, yalnız diş daşı probleminiz varsa, anti-diş daşı effekti olan məhsul seçə bilərsiniz. Dişlərinizin ehtiyaclarını təyin edərək məhsul seçə bilərsiniz.Ən yaxşı diş məcunu hansıdır?
"Ən yaxşı diş yuma vasitəsi hansıdır?" sualı insana və istifadə məmnuniyyətinə görə dəyişir. Sevdiyiniz və faydasını gördüyünüz məcun dişlərə qulluqda ən yaxşı vasitədir.Hansı diş məcunu dişləri ağardır?
Brendlər hər gün yeni məcun təqdim edirlər. Ağardıcı məhsullardan istifadə etməklə hansının dişlərinizi ağardacağına özünüz qərar verməlisiniz. Eyni zamanda dişlərinizin bəyazlığı sizi qane etmirsə, klinikamızın təcrübəli həkim stomatoloquna müraciət edərək ən sağlam üsulla dişlərinizin bəyazlığını qaytara bilərsiniz.Diş məcunlarının tərkibində nələr var?
Bu məcunların tərkibi ən çox maraq doğuran mövzulardan biridir. Ümumiyyətlə, məhsulun effektivliyi aşındırıcı, qoruyucu, müalicəvi maddələr, su, flüor, natrium flüorid, fosfat, sulfat, dadlandırıcı və köpükləndirici kimi komponentlərin əlavə edilməsi ilə artır. Buna görə də etibar etdiyiniz və tərkibinə bələd olduğunuz markadan məhsul seçməlisiniz. Diş yuma vasitələrinin müəyyən kriteriyaları var ki, onlar həkim məsləhəti ilə, xüsusən də ekspert tövsiyələri əsasında seçilməlidir. Ən doğru qərarı isə həkim məsləhəti ilə verə bilərsiniz.