Kofe Dişi Saraldır? Dişlərə Zərərli Qidalar Hansılardır?

Kofe Dişi Saraldır? Dişlərə Zərərli Qidalar Hansılardır?

Dişlərə zərərli olan içkilərlə qidalar diş və diş ətinə təsir edir. Tükətilən qidaların bəziləri güclü və sağlam dişlərə sahib olmağı dəstəkləsə də, bəzi dişlərə zərərli qidalar diş eroziyası, çürük və ağız problemlərinə səbəb ola bilər. Qida istehlakının dişlərə təsirini bilmək diş zərərini minimuma endirir. Hansı qida və içkilər dişlərə zərərlidirsə, onlardan uzaq durmaq lazımdır. Zərəli olan qidalar arasında birinci sırada şəkər qrupları və karbohidratlar təşkil edir. Bədənə qəbul edilən qida bakteriyalar tərəfindən asidə çevrilir. Çöldən alınan asid və qida maddələrində olan turşular bakteriya ilə reaksiyaya girərək dişlərin çürüməsinə səbəb ola bilər. Bu səbəbdən tərkibində ən çox turşu və karbohidrat olan içki və qidalardan uzaq durmaq lazımdır.
 

Dişlərə zərərli qidalar hansılardır?

Şüursuz şəkildə istehlak edilən qidalar diş və ağızda problem yaratmaqla yanaşı, bədəninizə də mənfi təsir edir. Bu məqsədlə qida strukturlarını öyrənmək ağız sağlamlığınız və bədən balansınız üçün çox əhəmiyyətlidir.

Süfrə şəkərinin və əlavə şəkərin istifadəsi. Dişlərə zərərli qidalar arasında olan şəkərin istifadəsi diş çürüməsi üçün əhəmiyyətli bir risk faktorudur. Süd məhsulları, meyvə və quru meyvələrdə olan şəkər tərkibindəki minerallar və liflər sayəsində sağlamlığınızı qoruyur. Bununla belə, əlavə şəkər istehlakı ağız sağlamlığınızın pisləşməsinə yol açır. Qadınlarda gündəlik şəkər istehlakı təxminən 25 qram (5-6 çay qaşığı), kişilərdə isə 32 qram (8-9 çay qaşığı) ilə məhdudlaşdırılmalıdır. Əks halda diş toxumanıza zərər verən iltihab və çürüklərlə qarşılaşa bilərsiniz. Artan oksidləşdirici stress ilə diş ətləri də ciddi şəkildə zədələnir.

Ağ çörək və nişastalı qidalar. Rafinə edilmiş karbohidratlar və nişastalı qidalar ağız və diş sağlamlığına zərər verə bilər. Ağ düyü və ağ çörək rafinə edilmiş karbohidratlar qrupundandır. Kartof çipsləri kimi qablaşdırılmış qidalar yüksək miqdarda nişasta ehtiva edir. Dişlərə zərərli qidalardan olan bu qidaların tez-tez istifadəsi də kariyes riskini artırır.

Yapışqan və sərt qidalar. Bəzi dişlərə zərərli qida növləri plombların tökülməsi və dişlərin qırılması kimi problemlərə səbəb olur. Xüsusilə, sərt konfet və qoz-fındıq kimi qidalar ciddi qırıqlara səbəb ola bilər. Buz çeynəmək kimi davranışlar çatlaqları qidalandıra və daha böyük problemlərə səbəb ola bilər. Yapışqan konfet və karamel tipli qidalar dişlərə yapışaraq plombların tökülmə riskini artırır.

Tərkibində asid (turşu) olan qidalar. Portağal, naringi və limon kimi sitrus meyvələri asid ilə zəngindir. Bu qidaların həddindən artıq istehlakı diş minasına və diş aşınmasına səbəb olur. Sitrus qrupundan olan dişlərə zərərli qidaları qəbul etdikdən sonra su içərək diş sağlamlığınızı qoruya bilərsiniz.

Nəzarətsiz acı qidaların tükətilməsi. Acılı qidalar dişlərdə və diş ətlərində həssaslıq problemlərinə səbəb olan qidalar dişlərə zərərli qidalardandır. Bu qidalar tükətilən zaman diş pulpaları həssaslaşa və ağrıya səbəb ola bilər.

Hansı içkilər dişləri zədələyir?

Bəzi içki qrupları ağız və diş sağlamlığına zərər verə bilər. Qidaların tərkibindəki molekul nisbətləri və içkilərin temperatur səviyyəsi diş sağlamlığımız üçün əhəmiyyətlidir. Dişləri zərərli içkilər bunlardır:

Spirtli içkilər. Spirtli içkilərdə olan asid və əlavə şəkərlər diş sağlamlığına mənfi təsir göstərir. Bundan əlavə, bunlar farenks, qırtlaq xərçəngi və ağız xərçəngi kimi problemləri hərəkətə keçirən əhəmiyyətli risk faktorları arasındadır. Alkoqollu məhsullar ağız quruluğuna və bədəndə turşuluğun artmasına səbəb ola bilər. Bu, ağızda PH balansını pozur və diş çürüməsinə səbəb olur.

Kofeinli içkilər. Çay və qəhvə kimi təbii içkilər şəkərsiz istehlak edildikdə sağlamlığa müsbət təsir edir. Bununla belə, əlavə edilmiş yüksək miqdarda şəkər istifadəsi ağız quruluğu problemlərinə səbəb ola bilər. Həmçinin şəkərlə içilən kofeinli içkilər dişlərdə arzuolunmaz ləkələrin əmələ gəlməsinə də səbəb olur. 

Asidli və şəkərli içkilər. Portağal və limon suyu kimi tərkibində turşu olan içkilər dişlərin mineral keçidlərini pozur və sürətlə çürüməyə səbəb olur. Bundan əlavə, asidli içkilər ağızda zərərli bakteriyaları artırır. Enerji içkiləri və kola kimi şəkərli içkilər ağız sağlamlığına zərər verir və insulin müqavimətinə, ürək-damar xəstəliklərinə və həddindən artıq çəki artımına səbəb olur.

Bəzi insanlar pəhriz içkilərinin ağız sağlamlığına təsir etmədiyini düşünsələr də, bu, ümumiyyətlə yanlış fikirdir. Məsələn, pəhriz kolasının diş minasına adi koladan daha çox zərər verdiyi elmi şəkildə müşahidə olunub. Şəkərli və turşulu içkilər qəbul etdikdən sonra dişlərinizi fırçalamaq məsləhət görülmür. Bunun səbəbi aşınan diş minasının zədələrə qarşı həssas olmasıdır. Asidli içkiləri qəbul etdikdən bir saat sonra dişlərinizi fırçalaya bilərsiniz. 

Dişlərə zərərli qida vərdişlər hansılardır?

Meyvə suyu və idman zamanı tükətilən içkilərinin həddindən artıq istifadəsi. Təzə sıxılmış meyvə şirələri antioksidant və vitamin mənbəyidir. Bununla belə, hazır meyvə şirələri yüksək miqdarda şəkər ehtiva edir. Buna görə də diş çereməsinə səbəb olan şəkərli meyvə şirələrindən uzaq durmaq lazımdır. Enerji verən xüsusiyyətlərinə görə yüksək şəkər tərkibli idman içkiləri tərkibindəki asidin diş minasına hücumlarına gətirib çıxardır. Bu cür dişlərə zərərli qidaları nəzarətsiz qəbul etsəniz dişlərinizin daha tez çürüməsinə səbəb ola bilərsiniz.

Qəhvə və siqaret istifadəsi. Qəhvə və siqaretin həddindən artıq istehlakı dişlərinizin rənginin dəyişməsinə səbəb olur. Diş və diş əti sağlamlığına böyük təsir göstərən siqaret təkcə ağız sağlamlığına təsir etmir, eyni zamanda bütün xərçəng hüceyrələrini qidalandıraraq ciddi sağlamlıq problemlərinə səbəb olur. 

Diş qıcırdatmaq. Ümumiyyətlə yuxu və stress problemlərindən qaynaqlanan diş sıxma ağız quruluşunu zədələyərək ağrıya səbəb olur. Gecələr şəffaf diş lövhəsindən istifadə edib gün ərzində zərərli qidalardan uzaq durmaqla ağrılardan xilas ola bilərsiniz.

Yemək pozğunluqları. Bulimiya xəstəliyi qidalanma pozğunluqları arasında yerini alır. Bulimiya nevrozu daimi qusmağa səbəb olduğundan qusmanın tərkibindəki asid dişləri aşındırır və ağız qoxusuna səbəb olur.

Tez-tez qida tükətmək. Çox tez-tez yemək vərdişi dişlərdə qida qalıqları buraxır. Doğru ağız gigiyenası təmin edilməzsə, bu qalıqlar zamanla bakteriya artımına səbəb olur və diş çürüməsini sürətləndirir. 

Uşaqlarda butulka istifadəsi. Körpələrdə yemək butulkası istifadəsi ilk 3 ildən çox olmamalıdır. Butulkadan qidalanma halları daha çox olarsa, bu zaman ortodontik problemlər yaşana bilər. Bundan əlavə, yuxu saatlarında butulka şüşə vasitəsilə süd, uşaq yeməyi və ya meyvə şirəsi verilməsi diş çürüməsinə səbəb olur. Körpənin butulka ilə yatma vərdişinə mane olmalı və uşağın qidalanmasını yuxuya getmədən əvvəl etməlisiniz.
Yuxarıda sadalanan dişlərə zərər verən içkilər, qidalar və zərərli vərdişlərdən başqa dişləri və diş ətlərini qidalandıran qida qruplarını da bilmək faydalıdır.

Diş sağlamlığı üçün daydalı qidalar hansılardır?

Diş sağlamlığına mənfi təsir edən qidalar və içkilər olsa da, müsbət təsir göstərən qidalar da var.

Süd və süd məhsulları . Süd, pendir və qatıq diş və diş ətinin sağlamlığını qoruyur. Süd və süd məhsulları yüksək miqdarda fosfor, kalsium və mineral dəyərlərə malikdir. Dişlərə zərərli qidalardan fərqli olaraq bu qidalar diş minasını örtərək qoruma təmin edir.

Tərəvəz və meyvələr. Tərkibində yüksək miqdarda su olan tərəvəz və meyvələr dişlərin və diş ətlərinin qorunmasına çox kömək edir. Bunun səbəbi yüksək suyun şəkəri seyreltməsidir. Bu qidalar həm də tüpürcək axınını artıraraq dişlərin çürüməsinin qarşısını alır.
Xırtıldayan, sərt, bərk meyvə və tərəvəzlər dişlərin təmizlənməsinə müsbət təsir edir. Dişlər üçün ən çox faydalı olan tərəvəzlər: brokoli, yerkökü, kartof və balqabaq kimi tərəvəzlərdir. Dişlər üçün faydalı olan meyvələrə isə armud, çiyələk və banan daxildir.

İçkilər. Su və bitki çayları diş və diş əti sağlamlığı üçün çox faydalıdır. Şəkərsiz olduğu müddətcə təhlükəsiz şəkildə tükətə bilərsiniz. Bu içkilərin tərkibində antioksidanlar olduğu üçün ortodontik problemlərin qarşısını alır. Bundan əlavə bakteriyaların böyüməsinin qarşısını alaraq, ağız qoxusunun problemləri ilə də mübarizə aparmağa kömək edir.

Ortodontik problemlərin qarşısını alan xüsusi qidalar hansılardır?

Fındıq, ağ ət və qırmızı ət sortları diş sağlamlığı üçün çox faydalıdır. Bu qidalar süd və süd məhsulları kimi diş minasını örtərək qorumağa kömək edir. Soğanda da güclü bakterial kükürd birləşmələri var. Elmi araşdırmalar göstərib ki, soğan bakteriya növlərinin böyüməsinin qarşısını alır və onları məhv edir. Sağlam dişlərə və diş ətlərinə sahib olmaq üçün menyunuza təzə və çiy soğan daxil edə bilərsiniz. Bədəninizin bütövlüyü üçün ağız gigiyenasına laqeyd yanaşmayın! 

Effektiv ağız gigiyenası. Effektiv ağız gigiyenası ilə diş sağlamlığını qorumaq mümkündür. İlk növbədə dişlərə zərərli içkilər və qidaların qəbulundan çəkinmək lazımdır. Bundan əlavə, müntəzəm diş fırçalama, ağız qarqarası və diş ipindən istifadə sağlamlığınız üçün vacibdir.

Dişləri fırçalamaq. Dişlərin fırçalanması dişlərdəki bakteriya və orqanizmlərin təmizlənməsinə kömək edir. Ağızdaxili PH balansını yaradaraq diş və diş əti problemlərini minimuma endirir. Dişlər gündə ən azı iki dəfə ağız boşluğuna uyğun diş fırçası ilə fırçalanmalıdır.

Diş ipi. Dişlərin arasında qalan qalıqlardan xilas olmaq üçün hər gün müntəzəm olaraq diş ipindən istifadə etmək çox vacibdir.

Ağız qarqarasının istifadəsi. Ağız qarqarasından istifadə etmək dişlərdə və diş ətlərində yerləşmiş bakteriyaları təmizləyir. Dişləri fırçaladıqdan sonra ağız qarqarasından istifadə edilib-edilməməsi sualı ən çox verilən suallardan biridir.
Sağlam ağız quruluşuna sahib olmaq üçün ağız baxımının sıralanması belədir:
  • Dişləri fırçalamaq
  • Diş ipindən istifadə etmək
  • Ağız qarqarasından istifadə

Unutmayaq ki, yediyimiz və içdiyimi zərərli qidalar və vərdişlər bizi sağlam gülüşdən məhrum edir.