Həkim qəbuluna yazıl

Canlı çat

Diş Əti Çəkilməsi Nədir? Diş Ətinə Zərər Olan Nələrdir?

Diş Əti Çəkilməsi Nədir? Diş Ətinə Zərər Olan Nələrdir?

Dişlər ağızda çənə sümüyünə yapışan çəhrayı diş əti toxumasında yerləşir. Bu ət dişləri sabit saxlamağa və diş köklərini qorumağa kömək edir. Dişin bu hissəsi diş köklərinin yerləşməsi və dişlərin qorunmasında mühüm yer tutur. Çünki dişdəki ətdə meydana gələn problemlər çox vaxt ağız və diş sağlamlığına mənfi təsir göstərə bilər. Onun müxtəlif səbəblərə görə geri çəkilməsi nəticəsində dişlərin normaldan çox açıq qalması diş əti çəkilməsi adlanır. Bu ətin resesiyası diş köklərini üzə çıxardacaq qədər ciddi ola bilər. Nəticədə arzuolunmaz diş itkisi baş verə bilər. Onun çəkilməsi tədricən baş verir. Buna görə də xəstələr tərəfindən bu vəziyyət çox da ciddi qəbul edilməyə və ya gözardı edilə bilər. İlk əlamətlər dişlərin daha uzun görünməsi və diş həsasslığıdır. Sözü gedən halınqarşısı bir sıra müalicələrlə alına bilər.

Sözü gedən hal diş ətinizdə yaranan problemlərin xəbərçisidir. Bu çəkilmə ağızdakı diş əti toxumasının dişlərdən uzaqlaşaraq diş köklərini üzə çıxarması deməkdir. Bu, yanlış  diş fırçalamaq, çox siqaret çəkmək və genetik şərtlər də daxil olmaqla bir çox fərqli səbəblərdən qaynaqlana bilər. 
Gingival resessiya diş ətinin aşınması və ya geri çəkilməsi ilə dişin daha çox ortaya çıxdığı diş əti xəstəliyidir. Diş ətinin eroziyası və ya boşluqların əmələ gəlməsi bu hissələrdə bakteriyaların toplanıb artmasına səbəb olur. Bu vəziyyətdə dişlər bakteriya və iltihaba qarşı daha həssas olur. Nəticədə də diş çürüməsi, dişlərin itirilməsi və ya həssas dişlərin yaranması ilə nəticələnə bilər. Bu durumdan bir və ya daha çox diş təsirlənə bilər.

Diş ətlərinin geri çəkilməsi dişlərin qorunmasını azalda bilər və gündəlik həyata mənfi təsir göstərə bilər. Fırçalamaq, diş ipindən istifadə etmək və yemək yemək ağrılı və narahatlıq hiss etdirə bilər. Diş ətinin çəkilməsi yüngül və ya ağır ola bilər və müalicə edilmədikdə dişlər, onların dəstəkləyici toxumaları və çənə sümüyü zədələnə bilər. 

Diş ətinin çəkilməsinə nə səbəb olur?

Ağız boşluğuna qulluq və gigiyena, pəhriz, genetik xüsusiyyətlər və diş xəstəliklərindən asılı olaraq diş ətinin çəkilməsi inkişaf edə bilər. Bəzi insanlar düzgün ağız baxımı təmin edilsə belə, diş əti çəkilməsi ilə üzləşə bilər. Diş əti çəkilməsinin ümumi səbəblərinə aşağıdakılar daxildir:

Periodontal xəstəliklər. Diş ətinin və dişləri dəstəkləyən toxumaların iltihabı.

Səhv diş fırçalama. Dişləri çox sərt və yanlış olaraq fırçalamaq diş minasına və diş ətinə mənfi təsir göstərə bilər. 

Doğru olmayan diş baxımı. Dişlərin fırçalanmaması və ya kifayət qədər fırçalanmaması, diş ipi və antibakterial ağız qarqarasının istifadə edilməməsi dişlərdə diş ərpinin əmələ gəlməsinə səbəb ola bilər. Diş ərpi də diş ətinin çəkilməsinə səbəb ola bilər.

Genetika. Genetik faktorlara görə bəzi insanlar diş və diş əti problemlərinə daha çox meylli olurlar. 

Hormonal dəyişikliklər. Yetkinlik, menopoz və hamiləlik dövründə hormon dalğalanmaları baş verdikdə, diş əti çəkilməsi baş verə bilər və bu zamanlarda da diş ətləri daha həssas ola bilər. 

Tütün məmulatlarının istifadəsi. Siqaret və digər tütün məmulatları diş ərpinə və dolayısı ilə diş ətinin çəkilməsinə səbəb ola bilər.

Dişlərin düzgün düzülməməsi. Əyri və düzgün olmayan dişlər diş ətinə lazım olduğundan daha çox təzyiq göstərə bilər və nəticədə diş əti çəkilmələri baş verə bilər.

Bundan əlavə, dişləri sıxılmaq və qıcırdatmaq, dodağa və dilə pirsinq taxmaq, diş ətinə güc tətbiq edir, diş ətinin toxumasını aşındırır və nəticədə diş ətinin çəkilməsinə səbəb olur. 

Diş əti çəkilməsinin əlamətləri hansılardır?

Diş ətinin çəkilməsi adətən nəzərə çarpan bir problemdir, lakin bəzi hallarda gec diaqnoz qoyula bilər. Çəkilmə əlamətləri yüngül və ya ağır ola bilər. Diş əti çəkilməsinin ümumi simptomları aşağıdakı kimidir:
  • Dişlərin olduğundan daha uzun görünməsi
  • Açıq diş kökləri
  • Dişlərin təmizlənməsi zamanı həssaslıq
  • Fırçalama və diş ipi istifadə edərkən diş əti qanaması
  • Soyuq, isti və şəkərə qarşı həssaslıq
  • Diş əti xəttində ağrı və ya gərginlik hissi
  • Diş köklərinin boşalması

Diş köklərinin çıxması və diş çürüməsinin başlanğıcı və ərp əmələ gəlməsi də diş əti resessiyasının əlamətləri arasında sayıla bilər.

Diş ətinin çəkilməsini necə başa düşmək olar?

Diş və diş ətlərinin müayinəsi ilə diş ətinin çəkilməsinə diaqnoz qoyula bilər. Diş əti çəkilməsinin dərəcəsini ölçmək üçün periodontal zond cihazı istifadə edilir. Diş ətlərinin geri çəkildiyi yerlərdə dişlər qorunmasız və açıq qala bilər. Diş ətlərində boşluqlar əmələ gələ bilər və sümük itkisi baş verə bilər. Dişlərin ətrafındakı periodontal cibləri ölçməklə diş ətinin itkisini qiymətləndirmək olar. Sağlam periodontal ciblərin ölçüsü 1-3 mm-dir. Gingivitdə ciblərin ölçüsü 4 mm-ə çata bilər. Diş əti çəkilməsi kimi xəstəliklərdə isə bu ciblərin ölçüləri ən az 5 mm olaraq ölçülür.

Diş ətinin çəkilməsini necə müalicə etmək olar?

Çəkilən diş ətlərini müalicə etmək üçün dərman və kök düzəltmə kimi üsullardan istifadə edilə bilər. Yüngül diş əti çəkilməsi hallarında dərman müalicəsi və kök düzəltmə müalicələrindən başqa breket kimi diş problemlərinin müalicəsinə üstünlük verilə bilər. Əgər diş ətinin resesiyası irəliləyirsə, cərrahi müalicə tətbiq oluna bilər. Diş əti çəkilməsinin müalicəsində üstünlük verilə biləcək üsullar bunlardır:

Antibiotik müalicəsi. Periodontal xəstəliklərin səbəb olduğu iltihabı və bakterial yayılmanı idarə etmək üçün antibiotik dərmanlarına üstünlük verilə bilər.

Diş daşının təmizlənməsi və kök düzəltmə. Dərin diş təmizləmə olaraq da bilinən kök düzəltmə, dişlərdə və geri çəkilən diş ətlərində əmələ gələn ərp və diş daşının təmizlənməsidir. Diş daşının təmizlənməsi və kök düzəltmə ilə təmizlənmiş diş kökləri düzəldilir və bakteriyaların diş köklərinə daxil olmasının qarşısı alınır. Müalicəni dəstəkləmək və qalan bakteriyalara nəzarət etmək üçün diş ətlərinə antibiotiklər yerləşdirilir. Diş daşı təmizləndikdən sonra diş ətinin resessiyasının simptomları aradan qaldırıla bilər. 

Dişlərin yapışdırılması/vinirlənməsi. Bu proses açıq diş köklərinin örtülməsi və estetik qayğılardan xilas olmaq üçün normal diş rəngində hazırlanmış örtüyün qoyulması prosesidir.

Ortodontiya. Braketlər əyri, yanlış düzülmüş dişlərin müalicəsində yaxşı seçim ola bilər. Dişlərin düzgün düzülməsi çəkilən diş ətlərinin sağalmasına müsbət təsir edir.

Sümük itkisinə və dərin çuxurların əmələ gəlməsinə səbəb olan diş ətləri vaxtında müalicə olunmazsa, diş əti əməliyyatı tələb oluna bilər.

Hansı vitamin çatışmazlığı diş ətinin çəkilməsinə səbəb olur?

Vitamin növləri diş ətinin bütövlüyünü qorumaqda təsirlidir. A, C, D, K və B qrupu vitaminlərinin çatışmazlığı diş əti problemlərinə səbəb ola bilər. Diş əti toxumasında qoruyucu rol oynayan A vitamini tüpürcək istehsalı üçün lazımdır. Yaraların sağalmasında, immunitet sistemində və kollagen istehsalında aktiv rol oynayan B qrupu vitaminlərinin kifayət qədər qəbulu diş əti çəkilməsinin qarşısını ala bilər. Sağlam diş əti struktrunu qorumaq üçün C vitamini qəbul etmək də vacibdir. Vitamin D qəbulu xroniki iltihabı, sümük itkisini və diş ətinin çəkilməsini azaltmağa kömək edə bilər. Sümüklərin inkişafına və sağlamlığına kömək edən başqa bir vitamin K vitaminidir. K vitamini çatışmazlığı zamanı sümük itkisi və diş ətinin çəkilməsi baş verə bilər.

Diş ətinin çəkilməsini necə müalicə etmək olar?

Bu hal erkən mərhələdə aşkar edildikdə daha böyük müdaxilələrə ehtiyac olmadan idarə oluna bilər. Diş ətinin çəkilməsini yavaşlatmaq və ya dayandırmaq üçün istifadə edilən üsullara aşağıdakılar daxildir:
  • Yumşaq diş fırçasından istifadə edin
  • Həddindən artıq ağız gigiyenasından çəkinmək
  • Diş fırçasının tez-tez dəyişdirilməsi
  • Diş ipinin müntəzəm istifadəsi

Erkən diaqnoz qoyula bilməyən diş əti çəkilməsinin müalicəsində antibiotik dərmanları, ortodontik tətbiqlər, diş daşı təmizliyi, kök düzəltmə və kron tətbiqlərinə üstünlük verilə bilər.