Qida Borusu Manometriyası Nədir? Müayinə Hansı Hallarda Olur?
Ezafaqus manometriyası olaraq da bilinən bu müayinə qida borusu əzələlərinin funksiyalarını və tənzimlənməsini qiymətləndirmək və yoxlamaq üçün aparılan müayinədir. Xüsusilə, udma zamanı meydana gələn narahatlıqları qiymətləndirmək üçün sözügedən müayinə aparılır.Qida borusu təzyiqləri də manometriya müayinəsi ilə qiymətləndirilir. Bu müayinənin əsas məqsədi qida borusunda olan əzələlərin udma zamanı nə qədər qüvvə ilə yığıldığını və əzələlərin funksiyasını qiymətləndirmək və müəyyən etməkdir. Müayinə sayəsində kəmiyyət qiymətləndirmələri ilə bağlı çox vacib məlumatlar əldə edilir.
Qida borusu manometriyasının mərhələləri hansılardır?
Ezafaqus manometriyasının tətbiqində bəzi mərhələlər var. Bu mərhələləri qısaca aşağıdakı formada sıralamaq olar:Qida borusu manometriyası qısaca ezafaqus manometriyası kimi də adlandırıla bilər. Müayinə zamanı xəstə qusma və digər bu kimi risklərdən qaçmaq üçün ən azı 6 saat boyunca az qalmalıdır. Lokal və ya yerli anesteziya xəstənin hər iki burun dəliyinə vurulur.
Müayinə üçün xəstənin dik vəziyyətdə oturması tələb olunur. Burundan yemək borusuna, sonra isə mədəyə çatacaq qədər uzunluqda olan xüsusi sensorlu ezafaqus kateterinə üstünlük verilir. Kateter yeridilməsi ağrısız və ehtiyatlı formada aparılır. Kateter yerləşdirildikdən sonra xəstə rahat nəfəs ala bilir.
Xəstə yarı-uzanıqlı vəziyyətə gətirildikdən sonra müayinə başlanılır. Müayinə dinamik müayinə olub, sedasiya (anesteziya) olmadan həyata keçirilir. Müayinə ən müasir Çikaqo təsnifatına uyğun aparılır.
Bu vaxt udma funksiyası idarə oluna bilir və lazımi ölçülər aparılır və nəticələr qeydə alınır. Bu şəkildə ezafaqus manometriya müayinəsi aparılır və müayinə bitdikdən sonra kateter xəstədən asanlıqla çıxarılır. Ezafaqus manometriyasının müddəti orta hesabla 25-30 dəqiqə davam edir.
Qida borusu manometriyası hansı hallarda aparılır?
Ezafaqus manometriyası qida borusu əzələlərinin funksiyası ilə bağlı problemləri aşkar etmək üçün istifadə edilir. Bunlardan hansı hallarda istifadə etmək olar:Qida borusunda baş verən funksional pozğunluqların diaqnozu və qiymətləndirilməsi üçün ezafaqus manometriya üsulu həyata keçirilir. Reflyuks xəstəliyində cərrahi müdaxilədən əvvəl yemək borusunda olan pozğunluqlar aşkar edilərək əməliyyata mane ola biləcək pozğunluqlar aradan qaldırılır.
Aşağı qida borusu sfinkterinin yerini müəyyən etmək üçün pH ölçülməzdən əvvəl manometriya aparılır. Ezafaqus manometriyasının müayinəsinə gələn xəstələrdə, əsasən, qida borusu və ya mədəsində yanma şikayəti ilə müraciət edirlər.
Bu simptomlardan birini və ya bir neçəsini yaşayırsınızsa, Bioloji Təbabət Klinikasının mütəxəssis həkimləri tərəfindən dəstək alıb müalicə prosesinizə başlaya bilərsiniz.
Qida borusu manometriyası necə aparılır?
Ezafaqus manometriyasını yerinə yetirmək üçün bəzi üsullar var. Bu texnikanı tətbiq edəcək insanlar mütəxəssis həkimlərdir. Müayinə zamanı kateter qida borusuna yerləşdirilir və burada baş verən dalğa hərəkətləri ölçülür.Bundan əlavə, alt sfinkterin vəziyyəti dəyərləndirilir və qida borusunda olan təzyiqlər ölçülür. Müayinə xüsusilə reflyuks xəstəliyinin səbəblərini tapmaq baxımından istənilən nəticəni əldə etməyə imkan verir. Proses zamanı xəstəyə burun dəliklərindən lokal anesteziya verilir.
Kateter xəstəyə daxil edilərkən xəstə 90 dərəcə bucaq altında dik oturmalıdır. Qeyd edək ki, bu kateter xüsusi olaraq ezafaqus manometriyasının müayinəsi üçün nəzərdə tutulub. Kateter əvvəlcə qida borusuna çatır. Həkim nəzarəti ilə daxil edilən kateter mədəyə göndərildikdən sonra lazımi prosedurlara və yoxlamalara başlanılır.
Bu proses zamanı xəstələrdə nəfəsalma, yəni tənəffüslə bağlı şikayətlər ümumiyyətlə baş vermir. Kateterin mədəyə çatmasını təmin etdikdən sonra xəstə yarı uzanmış vəziyyətdə olmalıdır. Daha sonra qida borusunun alt və üst sfinkterlərinə baxılaraq təzyiq ölçülməsinə başlanır.
Lakin manometriya müayinəsi zamanı ən dəqiq nəticə əldə etmək üçün xəstə müəyyən edilmiş fasilələrlə və müəyyən miqdarda su içməlidir.
Xəstənin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişsə də, manometriya müayinəsi zamanı demək olar ki, heç bir risk yoxdur. Bununla belə, ağrı hissinin xəstədən asılı olaraq dəyişə biləcəyini və ağrı və diskomfort hissinin minimum səviyyədə yaşandığını qeyd etmək lazımdır.

Qida borusu manometriyasının riskləri nələrdir?
Bir çox digər üsullar kimi, ezafaqus manometriyasının da bəzi riskləri var. Lokal anesteziya altında həyata keçirilən müayinə minimal ağrı və diskonfort vəziyyəti yaranır. Bundan əlavə, bu prosedur çox etibarlıdır və xəstələr üçün heç bir risk yaratmır.Bununla belə, bəzi xəstələrdə burun nahiyəsində qıcıqlanma və ya yanma hissi ola bilər. Ümumiyyətlə, bilinir ki, lateks allergiyası olan xəstələrdə müvəqqəti yanma hissinın yaranması normaldır. Burun və qırtlaq bölgəsində yüngül narahatlıqdan başqa müayinə riski yoxdur.
Qida borusu Manometriyasının Yan Təsirləri Varmı?
Çox asan və etibarlı bir üsul kimi bilinən müayinənin məlum ciddi yan təsirləri olmasa da, nadir yan təsirləri var. Bunlara misal olaraq, boğaz ağrısı və ya burun tıxanıqlığı kimi yüngül yan təsirləri ola bilər. Nadir hallarda burun nahiyəsində yüngül qanaxmanın olması normaldır.Xəstədən xəstəyə dəyişsə də, bəzi hallarda ciddi fəsadlar yarana bilər. Nadir də olsa nizamsız ürək döyüntüləri ezafaqus manometriya müayinəsindən sonra baş verə bilər.