Boyunda Tutulma Nədir? Boyun Tutulması Necə Keçir?
Boyunda tutulma boyundakı əzələlərin ani və ya davamlı gərginlik nəticəsində yaranan və boyunun hərəkətini məhdudlaşdıran vəziyyətdir. Zəif duruş, uzun müddət eyni vəziyyətdə qalmaq və ya qəfil hərəkətlər nəticəsində yaranan bu narahatlıq boyunu hərəkət etdirən zaman qolun yuxarı hissəsinə yayılan ağrılara səbəb olur. Çünki tutulma zamanı əzələlər bükülür və rahatlaşmaqda çətinlik çəkir ki, bu da başı hərəkət etdirərkən ağrılar yaradır.Boyunda əzələ spazmı müvəqqəti olsa da, bəzi hallarda uzunmüddətli müalicə tələb edən ciddi sağlamlıq problemlərinin əlaməti də olur. Ona görə spazmın qarşısını almaq üçün ev şəraitində müntəzəm düzgün duruş məşqləri etməkdən əlavə düzgün diaqnoz üçün həkimə müraciət etmək lazımdır.
Boyunda tutulmanın səbəbi nədir?
Boyunda əzələ spazmının bir çox müxtəlif səbəbləri var və bu səbəblər müəyyən bir vəziyyət və ya vərdiş səbəbindən baş verir. Onun səbəblərinə daxildir:- Əzələ gərginliyi
- Disk yırtıqları
- Osteoartrit
- Servikal spondiloz
- Stres və gərginlik
- Travma və yaralanmalar
- İnfeksiyalar və iltihablar
- Yanlış duruşda yatmaq
Disk yırtıqları. Boyun fəqərələri arasındakı disklərin yırtığı sinir köklərinə təzyiq edərək boyunda tutulmaya səbəb olur. Bu zaman disklər yerindən sürüşür və ya yaşla əlaqədar köhnəlir, boyunda hərəkət məhdudiyyəti yaradır.
Osteoartrit. Yaşlanma səbəbiylə oynaq qığırdaqlarının aşınması boyun oynaqlarında sərtliyə və hərəkətliliyin azalmasına gətirib çıxarır. Osteoartrit həm də boyun oynaqlarının elastikliyini itirməsi nəticəsində tez-tez əzələ ağrılarının olmasına səbəbdir.
Servikal spondiloz. Servikal fəqərələrin və disklərin zamanla aşınması nəticəsində olan bu vəziyyət onurğada sərtlik və sümük çıxıntı, boyun əzələlərin tutulmasına gətirib çıxarır.
Stres və gərginlik. Psixoloji stres boyun əzələlərində daimi gərginlik yaradır. Bu gərginlik əzələlərin sərtləşməsinə və boyun hərəkətlərinin çətinləşməsinə səbəb olur.
Travma və yaralanmalar. Yol qəzaları, yıxılma və ya ağır idman zədələri boyun əzələlərinə və fəqərələrə ciddi ziyan vurur və spazmlar yaradır.
İnfeksiyalar və iltihablar. Bəzi infeksiyalar və iltihablı xəstəliklər, xüsusilə meningit, boyunda ani və şiddətli tutulmaya səbəb olur.
Yanlış duruşda yatmaq. Yanlış vəziyyətdə yatmaq boyun əzələlərinizin sıxılmasına səbəb olur ki, bu da yuxudan ayılan zaman başı hərəkət etdirərkən ağrıların olması, bir neçə saat boyun əzələlərinin tutulması ilə nəticələnir.
Düzgün müalicə üsullarını tətbiq etmək üçün boyunda tutulmanın səbəbini təyin etmək vacibdir. Tutulma davam edərsə və ya gündəlik həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edirsə, həkimə müraciət edilməlidir.
Boyunda tutulmanın əlamətləri nələrdir?
Boyunda əzələ spazmları adətən boyun nahiyəsində narahatlıq və hərəkətin məhdudlaşdırılması ilə özünü göstərir. Ən çox müşahidə olunan simptomlara bunlar daxildir:Boyun hərəkətlərində məhdudiyyət. Sözü gedən narahatlığı olan insanlar başlarını sağa, sola, yuxarı və ya aşağı hərəkət etdirməkdə çətinlik çəkirlər.
Boyun və çiyin ağrısı. Boyun əzələlərində olan tutulma boyun və çiyinlərdə ağrıya səbəb olur. Bu ağrı boyundan başlayır və yuxarı arxa, qollara yayılır.
Baş ağrısı. Xüsusilə başı tərpədən zaman başın arxasından yuxarı yayılan ağrı olur.
Əzələ sərtliyi. Spazm zamanı boyun əzələləri gərgin olur və sərtləşir, həm də toxunma zamanı ağrı verir.
Boyunda şişlik və ya həssaslıq, qıcıqlanma hissi. Boyun əzələlərində həddindən artıq gərginlik artıq boyunda şişlik və həssaslıqla nəticələnir. Həmçinin boyundan qollara yayılan qıcıqlanma hissi də olur.
Boyunu hərkət etdirərkən səslərin olması. Boyun hərəkət edərkən eşidilən səslər əzələ və oynaqlarda sərtlik səbəbiylə ümumi simptomlar arasındadır.
Başı tarazlaşdırmaqda çətinlik. Boyundakı əzələ spazmı başı dik tutmaqda və ya müəyyən mövqelərdə tarazlığı saxlamaqda çətinlik yaradır.
Bu simptomlar boyun tutulmasının şiddətindən və səbəbindən asılı olaraq dəyişir. Simptomlar keçici olsa da, bir neçə gün davam edərsə və şiddətli olarsa, həkimə müraciət etmək vacibdir.
Boyun tutulması ilə qarışdırılan digər vəziyyətlər
Boyun tutulması bəzən digər ciddi xəstəliklərin ilkin əlamətləri ilə qarışdırıla bilər. Xüsusilə onurğa beyni sıxılması, boyun osteofitləri, servikal radikulopatiya və meningit kimi vəziyyətlər boyun ağrısı və hərəkət məhdudiyyəti ilə müşahidə oluna bilər. Bu səbəbdən, hər boyun tutulması sadə əzələ spazmı hesab edilməməlidir.
Əgər boyun ağrısı ilə yanaşı əllərdə uyuşma, baş gicəllənməsi, görmə bulanıqlığı və ya nitq pozğunluğu kimi simptomlar varsa, bu zaman təxirəsalınmaz tibbi müdaxilə vacibdir. Xüsusilə yaşlı şəxslərdə və xroniki xəstəlikləri olanlarda bu tip əlamətlərə diqqətlə yanaşmaq lazımdır.
Erkən diaqnoz və düzgün müalicə strategiyası ilə boyun tutulmasının yaratdığı narahatlıqları minimuma endirmək mümkündür.
Ev şəraitində boyunda tutulmanın qarşısını necə almaq olar?
Evdə bunları etməklə həm boyundakı mövcud əzələ spazmının simptomlarını yüngülləşdirə, həm də gələcəkdə yaranmasının qarşısını ala bilərsiniz:Daimi boyun məşqləri edin. Boyun əzələlərini gücləndirən və elastikliyi artıran sadə boyun məşqləri əzələləri rahatlaşdırmaqla spazmın qarşısını alır. Bu məşqlərə gün ərzində edəcəyiniz boyun gərmə, fırlanma və əyilmə hərəkətləri daxildir.
Düzgün duruşunuzu qoruyun. Masada işləyərkən və ya uzun müddət oturarkən çiyinlərinizi arxada və başınızı yuxarı tutun, çiyninizi önə əyməməyə çalışın.
Yuxu mövqeyinə diqqət yetirin. Yastığınızın boynunuzu adekvat şəkildə dəstəklədiyinə əmin olun. Çox hündür və çox alçaq yastıqdan istifadə boyun əzələlərini gərginləşdirdiyindən spazm yaradır. Həmçinin arxası üstə yatmaq da boyun üçün ən ideal mövqelərdən biridir.
İstilik kompres tətbiq edin. İsti dəsmal boyun əzələlərini rahatlamağa və spazmı azaltmağa kömək edir.
Soyuq kompres. Boyun tutulması yenidirsə, ilk 24-48 saat ərzində soyuq kompres tətbiqi şişkinliyi və iltihabı azaltmaq üçün faydalıdır. Həmçinin soyuq kompres ağrıları aradan qaldırır və əzələ spazmlarını azaldır.
Stresdən uzaq olun. Meditasiya, dərin nəfəs məşqləri və müntəzəm fiziki fəaliyyət stresi azaldır və boyun əzələlərini rahatlatmağa kömək edir.
Mövqeyi tez-tez dəyişdirmək. Uzun müddət eyni vəziyyətdə qalmaq boyun əzələlərinin daralmasına səbəb olur. Ona görə də eyni vəziyyətdə uzun müddət qalmamaq və bir saatdan bir, bir neçə dəqiqə ayaq üstə durmaq lazımdır.
Ekranları düzgün hündürlükdə istifadə edin. Kompüter və telefon ekranlarını göz səviyyəsində saxlamaqla boynunuzu irəli əyməkdən çəkinin. Bu, boyun əzələlərində gərginliyin qarşısını alır.
Ev şəraitində bunlara əmək etməklə əzələ spazmını aradan qaldıra və gələcəkdə təkrarlanmasının qarşısını almaq mümkündür. Əgər spazm davam edərsə və ağrısı şiddətli olarsa, ev şəraitində əlavə müdəxilə etməmək və müalicə üçün həkimə müraciət etmək məsləhətdir.
Boyunda tutulma necə müalicə edilir?
Boyunda ağrıları aradan qaldırmaq, əzələ spazmını azaltmaq və boyun hərəkətliliyini bərpa etmək üçün edilən müalicə variantları vəziyyətin şiddətindən və əsas səbəblərdən asılı olaraq dəyişir. Boyunda tutulmanı müalicə etmək üçün istifadə etdiyimiz üsullara bunlar daxildir:- Dərman müalicəsi
- Fizioterapiya
- Masaj terapiyası
- Boyun korseti istifadəsi
- İnteqrativ təbabət üsulları
- Cərrahi müdaxilə
Fizioterapiya. Fizioterapiya boyun tutulmasının müalicəsində mühüm rol oynayır.Fiziki terapevt pasientin fərdi vəziyyətindən asılı olaraq boyun əzələlərini gücləndirmək və elastikliyi artırmaq üçün fərdi məşq proqramları hazırlayır.
Bu proqramda olan manuel terapiya, gərmə məşqləri, duruş düzəltmə üsulları və elektroterapiya kimi üsullarla boyun əzələləri rahatlaşır və ağrılar azaldılır.
Masaj terapiyası. Peşəkar masaj terapevti tərəfindən edilən masaj boyun əzələlərini rahatlaşdırmaq və qan dövranını artırmaqla spazmı aradan qaldırır.
Boyun korseti istifadəsi. Müvəqqəti olaraq boyun nahiyəsi üçün ortopedik vasitələrin istifadəsi boyun hərəkətini məhdudlaşdırır, əzələlərin istirahətinə və bərpasına imkan verir. Boyun korseti spazma kömək etsə də, onun uzun müddətli istifadəsi əzələ zəifliyinə səbəb olur. Ona görə də hər hansısa ortopedik vasitədən istifadə edərkən həkimin təyin etdiyi vaxtlarda istifadə etmək lazımdır.
İnteqrativ təbabət üsulları.İnteqrativ təbabət üsulları əksər narahatlıqlar kimi boyundakı əzələ spazmına da faydalıdır. Bu üsullarından biri olan akupunktur, boyun tutulmasını aradan qaldırmaq və əzələləri rahatlaşdırmaq, ağrını götürmək üçün faydalıdır.
Cərrahi müdaxilə. Əgər boyunda tutulma hər hansı şiddətli onurğa problemi səbəbiylədirsə, cərrahi müdaxilə ilə həmin səbəb aradan qaldırır.
Bu müalicə üsullarının tətbiqi boyunda əzələ spazmının şiddətinə və səbəbinə görə dəyişir. Boyun tutulması xroniki hala gəlirsə, qısa müddətdə keçmirsə, evdə etdiyiniz üsullar cavab vermirsə, həkimlə məsləhətləşmək və əlavə müalicə variantlarını nəzərdən keçirmək lazımdır.
Boyun Tutulması ilə Bağlı Çox Soruşulan Suallar
Boyun tutulması nə zaman təhlükəli hesab olunur?
Boyun tutulması bir neçə gün ərzində keçmirsə və ya əllərə yayılan keyimə, zəiflik, hiss itkisi kimi nevroloji əlamətlərlə müşahidə olunursa, bu vəziyyət təhlükəli ola bilər. Belə hallarda mütləq nevroloji müayinə olunmalıdır.
Boyun əzələləri bərkidikdə ev şəraitində nə etmək lazımdır?
Boyun əzələləri gərildikdə və ya bərkidikdə isti kompres tətbiq etmək, sakitləşdirici masaj və yumşaq gərmə məşqləri ilə rahatlamağa çalışmaq faydalıdır. Ancaq boyun əzələləri uzun müddət sərt qalarsa, mütləq həkimə müraciət edilməlidir.
Boyun tutulmasi ilə bağlı hansı gündəlik vərdişlərdən uzaq durmaq lazımdır?
Uzun müddət kompüter qarşısında eyni vəziyyətdə oturmaq, yüksək yastıqla yatmaq, telefona əyilərək baxmaq kimi vərdişlər boyun tutulmasi riskini artırır. Bu vərdişlərdən uzaq durmaq vacibdir.
Boyun qurumasi nədir və hansı əlamətlərlə özünü göstərir?
Boyun qurumasi adətən boyun oynaqlarının hərəkəti zamanı səs çıxması, gərginlik və hərəkət zamanı narahatlıq hissi ilə özünü göstərir. Bu vəziyyət, oynaq səthlərinin elastikliyini itirməsi ilə əlaqəli olur.
Ani boyun tutulması zamanı nə etməli?
Ani boyun tutulması baş verdikdə, ilk 24-48 saat ərzində soyuq kompres tətbiq etmək, boyunu hərəkətsiz saxlamaq və hər hansı kəskin hərəkətlərdən çəkinmək lazımdır. Ağrı davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.
Boyun tutulması zamani ne etmeli?
Boyun tutulması zamani ne etmeli deyə düşünürsünüzsə, ilk olaraq boyuna istirahət vermək, ani hərəkətlərdən uzaq durmaq, isti-soyuq kompreslərdən istifadə etmək və duruşu düzəltmək vacibdir.
Boyunda damar tutulması necə hiss olunur?
Boyunda damar tutulması halında baş gicəllənməsi, qulaqlarda küy, görmə bulanıqlığı və bəzən huşun itməsi müşahidə oluna bilər. Bu simptomlar varsa, damar görüntüləmə və nevroloji müayinə vacibdir.
Boyun quruyanda ne etmek lazimdi?
Boyun quruyanda ne etmek lazimdi deyə sual verirsinizsə, əvvəlcə düzgün duruşu qorumaq, fiziki aktivliyi artırmaq və lazım olduqda fizioterapiya dəstəyi almaq tövsiyə olunur.
Boyun damarlarının tutulması təhlükəlidirmi?
Boyun damarlarının tutulması ciddi qan dövranı problemlərinə yol aça bilər. Bu vəziyyət beyinə qan axınının azalması ilə nəticələnə bilər və dərhal tibbi müdaxilə tələb edir.
Boyunda duzlaşma nədir və hansı problemlərə səbəb olur?
Boyunda duzlaşma onurğada normal əyriliyin itməsi nəticəsində yaranan vəziyyətdir. Bu, duruş pozğunluğu, baş ağrısı və əzələ ağrıları ilə nəticələnə bilər.