B12 Vitamini Nədir? B12 Əskikliyinin Səbəbi Nədir?
Vitaminlər bədənimizin sağlam işləməsi üçün lazım olan vacib elementlərdir. Sağlamlığımız və bədənimizin düzgün işləməsi üçün lazım olan vitaminlərdən biri də B12-dir. B12 vitamini enerji istehsalından sinir sisteminin sağlamlığına qədər bədənimizin bir çox kritik funksiyalarında mühüm rol oynayır.Kobalamin kimi də tanınan B12 vitamini suda həll olunan vitamindir. Bu vitamin DNT sintezi, qırmızı qan hüceyrələrinin əmələ gəlməsi və beyin funksiyaları kimi bədənin ən vacib sistemləri üçün lazımlıdır. Bəzi hallarda vitamin əskikliyinin olmaması bədənin öz funksiyasını düzgün yerinə yetirə bilməməsinə və fəsadlara səbəb olur.
Bəs B12 əskikliyinin səbəbi nədir, bu əskikliyi necə aradan qaldırmaq olar? Gəlin bunlarla tanış olaq.
B12 vitamini faydaları nələrdir?
Vitamin B12 bədənimizin sağlam işləməsi üçün vacib olan və bir çox bioloji funksiyalarda iştirak edən vitamindir. B12 vitamini faydaları bununla bitmir. B12 vitaminin bədənimiz üçün bir çox faydası var, o cümlədən:Enerji istehsalı. Kobalamin karbohidratların qlükoza çevrilməsində iştirak edərək enerji verir. Bunun nəticəsində də yorğunluq və zəiflik hissi azalır və gündəlik fəaliyyətlər üçün lazım olan enerji təmin olunur.
Qırmızı qan hüceyrələrinin istehsalı. Qırmızı qan hüceyrələri oksigenin bütün bədənə daşınmasında mühüm rol oynayır. Bu vitamininin kifayət qədər qəbulu qan hüceyrələrinin istehsalına dəstək olmaqla anemiya riskini azaldır və orqanizmin oksigen daşıma qabiliyyətini artırır.
Sinir sistemi sağlamlığı. B12 sinir hüceyrələrinin sağlamlığının qorunmasında və miyelin qişasının formalaşmasında mühüm rol oynayır.
Miyelin qişası sinir hüceyrələrini əhatə edir, sinir keçiriciliyini sürətləndirir və qoruyur. Bu, sinir sisteminin düzgün işləməsini təmin edir və nevroloji pozğunluqların qarşısını alır.
DNT sintezi və hüceyrə bölünməsi. DNT sintezində və hüceyrə bölünməsində bu vitamin önəmlidir.
Sağlam DNT və hüceyrə bölünməsi orqanizmin böyüməsi, inkişafı və sağalma proseslərində mühüm rol oynayır.
Beyin sağlamlığı. Kobalamin yaddaşı gücləndirir, zehni aydınlığı artırır və Alzheimer xəstəliyi kimi nevroloji xəstəliklərin riskini azaldır.
Ürək sağlamlığı. Bu vitamin homosistein adlı bir amin turşusunun səviyyəsini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir.
B12 vitamini, fol turşusu və B6 vitamini ilə birlikdə işləyərək homosistein səviyyəsini nəzarət altında saxlayır və ürək sağlamlığını qoruyur.
Psixi sağlamlıq və emosional balans. Vitamin serotonin və dopamin kimi neurotransmitterlərin istehsalında rol oynayaraq emosional tarazlığı təmin edir.
Dəri, saç və dırnaqların sağlamlığı. Vitamin B12 dəri, saç və dırnaq sağlamlığını dəstəkləyir.
B12-nin kifayət qədər qəbulu dərini sağlam və parlaq edir, saç tökülməsini azaldır və dırnaqların möhkəmlənməsinə kömək edir.
Hamiləlik və körpənin inkişafında rolu. Vitamin B12 DNT sintezi və hüceyrə bölünməsi proseslərində iştirak edərək körpənin sağlam böyüməsinə və inkişafına töhfə verir.
B12 vitamini hansı qidalarda var?
B12 vitamini nələrdə var sualı, bir çox insan tərəfindən axtarılır. B12 vitamini təbiətdə yalnız heyvan mənbələrində olan bir vitamindir. Buna görə vegetarianlar və veganlar onun çatışmazlığından qorunmaq üçün xüsusilə diqqətli olmalıdırlar. B12 vitamini ilə zəngin olan əsas qidalar bunlardır:Qaraciyər və böyrək. Xüsusən də quzu qaraciyəri B12 vitamininin ən zəngin mənbələrindən biridir.
100 q quzu qaraciyərinin tərkibindən gündəlik B12 tələbatından daha çox B12 vitamini var.
Qırmızı ət. Xüsusilə mal əti vitamin ehtiyacını ödəmək üçün yaxşı seçimdir.
Balıq və dəniz məhsulları. Somon, alabalıq, tuna kimi balıq və midye kimi dəniz məhsulları yüksək miqdarda kobalamin ehtiva edir.
Yumurta. Daha çox sarısında bu vitamin var.
Süd və süd məhsulları. Süd, qatıq və pendir kimi süd və süd məhsulları da vitaminlə zəngindir.
Vegetarianlar da kobalamin ehtiyacını qarşılamaq üçün bu məhsulları istifadə edə bilər.
Toyuq və hinduşka. Xüsusilə toyuq qaraciyəri B12 ilə zəngin qidadır. Qırmızı ət istifadə edə bilməyənlər ağ ətdən rahatlıqla istifadə edə bilərlər.
Gücləndirilmiş qidalar. Veganlar üçün bu vitaminlə zənginləşdirilmiş taxıllar, bitki südləri (soya südü, badam südü) və vegan ət alternativləri mühüm mənbələrdir.
Qida əlavələri. Qida əlavələri vegetarianlar və veganlar üçün tövsiyə olunan alternativdir.
Vitamin tabletləri və ya dilaltı tabletlər gündəlik B12 ehtiyacını ödəmək üçün istifadə edilə bilər. Bu zaman dozanı həkim təyin edir.
Eyni zamanda ətlə qidalanan insanlarda da vitamin əskikliyi varsa, həkim qida əlavəsi təyin edə bilər.
B12 əskikliyinin səbəbi nədir?
B12 çatışmazlığı orqanizmin vitamini kifayət qədər almadıqda və ya onun sorulması ilə bağlı problemlər olduqda baş verir.Vitaminin çatışmazlığı müxtəlif sağlamlıq problemləri ilə nəticələnə bilər və bunun bir çox fərqli səbəbi var. Həmin səbəblərə daxildir:
Qidalanma. Vitamin təbii olaraq yalnız heyvan mənşəli qidalarda olduğundan həmin qidalardan istifadə etməmək çatışmazlığa səbəb olur.
Bundan əlavə, qeyri-adekvat və balanssız qidalanması olan insanlar da B12 əskikliyi ilə qarşılaşa bilərlər.
Absorbsiya pozğunluqları. B12-nin udulması mədə və nazik bağırsaqda baş verir. Bu prosesdə hər hansı bir pozuntu B12 əskikliyinə səbəb ola bilər.
Bu pozuntuya səbəb ola biləcək amillər bunlardır;
- Anemiya
- Atrofik qastrit
- Crohn xəstəliyi və çölyak xəstəliyi
- Bariatrik cərrahiyyə
Qocalıq. Yaşlandıqca mədə turşusu istehsalı azala bilər ki, bu da B12-nin udulmasını çətinləşdirir. Buna görə də B12 çatışmazlığına yaşlı insanlarda daha çox rast gəlirik.
Alkoqol istehlakı. Həddindən artıq spirt istehlakı mədə və bağırsaq sağlamlığına mənfi təsir göstərərək vitaminin udulmasına mane olur.
B12 çatışmazlığı alkoqoliklərin ümumi problemidir.
Genetik faktorlar. Bəzi genetik xəstəliklər B12-nin udulmasına təsir göstərir.
Vegetarian və vegan qidalanma. Heyvan mənşəli məhsullardan istifadə etməyən insanlar kifayət qədər vitamin almadıqları üçün çatışmazlıq riski ilə üzləşirlər.
Hamiləlik və əmizdirmə. Hamiləlik və ana südü zamanı ananın B12-ə ehtiyacı artır.
Bu zaman ana kifayət qədər B12 vitamini almadıqda həm ana, həm də körpə B12 çatışmazlığı riski ilə üzləşə bilər.
Həzm sistemi əməliyyatları. Xüsusilə mədə və bağırsaqlarda cərrahiyyə kobalaminin udulmasına təsir göstərə bilər.
B12 əskikliyinin fəsadları nələrdir?
B12 əskikliyinin bir sıra fəsadları var. Sözügedən fəasdlar bunlardır:- Anemiya
- Sinir sistemi pozğunluqları
- Psixi Sağlamlıq Problemləri
- Ürək-damar Sağlamlıq Problemləri
- Həzm sistemi problemləri
B12 əskikliyinin simptomları nələrdir?
B12 əskikliyi bədəndə müxtəlif simptomlara səbəb ola bilər. Bu simptomlar çatışmazlığın şiddətindən və hansı müddət ərzində mövcud olduğundan asılı olaraq dəyişir.Simptomlar fərqli olsa da, B12 çatışmazlığının əsas əlamətləri bunlardır:
Yorğunluq və zəiflik. Vitaminin çatışmazlığı qırmızı qan hüceyrələrinin istehsalına təsir göstərərək anemiyaya səbəb olur ki, bu da bədəndə yorğunluq və zəiflik hissi ilə nəticələnir.
Solğun dəri. Anemiya səbəbiylə qırmızı qan hüceyrələrinin azalması dərinin solğun görünməsi ilə nəticələnir.
Nəfəs darlığı və başgicəllənmə. Vitamin çatışmazlığının yaratdığı anemiya səbəbiylə bədənə kifayət qədər oksigen daşınmır. Ona görə də pasiyentdə nəfəs darlığına və başgicəllənmələr olur.
Əllərdə və ayaqlarda qıcıqlanma. Sinir hüceyrərindəki pozğunluqlara görə qıclanma və ya uyuşma hissi yaranır.
Balans və koordinasiya problemləri. Sinir sisteminə təsirlər səbəbindən yeriş və tarazlıq problemləri yaranır.
Yaddaş problemləri və zehni aydınlığın itməsi. B12 çatışmazlığının beyin funksiyalarına təsir göstərməsi yaddaş problemlərinə və zehni çaşqınlığın yaranmasına gətirib çıxarır.
Depressiya və anksiyete. Onun çatışmazlığı əhval-ruhiyyənin tənzimlənməsinə mənfi təsir göstərərək depressiya və narahatlıq hissinə səbəb olur.
Dil və ağız yaraları. Dilin iltihabı (qlossit) və ağızda yaralar B12 çatışmazlığının əlamətlərindəndir.
İştahasızlıq və arıqlamaq. Vitamin B12 çatışmazlığı həzm sisteminə mənfi təsir göstərərək iştahasızlığa və çəki itkisinə səbəb olur.
Əgər bu simptomlardan hər hansı birini yaşayırsınızsa, həkiminizə müraciət etmək və B12 səviyyənizi yoxlamaq vacibdir.
B12 əskikliyinin müalicəsi necədir?
B12 azlığı düzgün diaqnoz və müalicə ilə asanlıqla idarə oluna bilən vəziyyətdir. Onun müalicəsi çatışmazlığın səbəbi və şiddətindən asılı olaraq müayinədən sonra təyin olunur.Müalicə yanaşmalarına bunlar daxildir:
Qidalanma dəyişiklikləri. Əvvəldə qeyd etdiyimiz vitamin tərkibli qidaların qəbulunun artırılması lazımdır.
B12 Əlavələri. B12 çatışmazlığı daha şiddətli olduqda və ya qidalanmada kifayət qədər B12 ala bilmədikdə əlavələr təyin oluna bilər.
Əsas səbəblərin müalicəsi. B12 çatışmazlığı malabsorbsiya, müəyyən dərmanlar və ya mədə-bağırsaq problemləri kimi əsas sağlamlıq problemlərindən qaynaqlanırsa, bu problemlərin müalicəsi lazımdır.
B12 çatışmazlığı əlamətləri ilə qarşılaşırsınızsa, lazımi müayinələrlə səbəbini müəyyənləşdirib müalicə etdirmək üçün həkimə müaciət etmək vacibdir.