Laboratoriyaya nə vaxt müraciət etmək və koproqrama görə analiz vermək lazımdır?
Nəcisin ümümi analizinin köməyilə nəyi müəyyən etmək olar? Nəcis kütləsinin müayinəsi nəticəsində normadan kənara çıxmaların əsas səbəbləri:
Nəcisin ümumi analizinin keyfiyyətli aparılma mərhələləri:
MATERİALIN YIĞILMA QAYDASI VƏ VERİLMƏSİNƏ HAZIRLIQ
Nəcisin analizi üçün düzgün hazırlanma:
- Periodik, yaxud, daimi diskomfort və ya bağırsaq nahiyəsində köp narahat etdikdə;
- qarın boşluğunda bəzən kəskin olmayan və tez keçən ağrılar olduqda;
- nəcisin konsistensiyası dəyişdikdə (duru, formalaşmamış, yaxud, əksinə, çox bərk); qəbizlik;
- nəcisin rəngi çox açıq, yaxud, çox tünd olduqda;
- nəcis həddən atrıq çox ya az olduqda
- nəcisdə göz ilə görünən yad qarışıqları əmələ gəldikdə.
Nəcisin ümümi analizinin köməyilə nəyi müəyyən etmək olar? Nəcis kütləsinin müayinəsi nəticəsində normadan kənara çıxmaların əsas səbəbləri:
- Həzm sistemi traktında problemlər.
- Mədəaltı vəzin xəstəlikləri.
- Qaraciyərin patologiyası.
Nəcisin ümumi analizinin keyfiyyətli aparılma mərhələləri:
- Nəcisin fiziki xassələrinin tədqiqi.
- Kimyəvi diaqnostika.
- Mikroskopik müayinə.
- Bakterioloji müayinə.
MATERİALIN YIĞILMA QAYDASI VƏ VERİLMƏSİNƏ HAZIRLIQ
Nəcisin analizi üçün düzgün hazırlanma:
- Koproqramma üçün analiz verməzdən öncə həkimə analizdən əvvəl və hazırda qəbul edilən preparatlar haqqında məlumat verilməlidir. Eləcə də, kolonoskopiya, yaxud, barium ilə MBT-nin radioqrafiyasının aparılması haqqında xəbər edilməlidir.
- Analizin nəticəsinə təsir edə bilən bəzi prepatların istifadəsi dayandırılmalıdır (müalicə həkiminin qərarına əsasən). Bu dəmir preparatları, antibiotiklər, bismut preparatları, QSİP, antasid, diareyaəleyhinə, qurdəleyhinə preparatlar, işlədici vasitələrdir.
- Analiz verməzdən əvvəl digər ölkələrdə olanlar, bu barədə həkimə məlumat verməlidirlər, belə ki, bəzi virus, bakteriya və ibtidailər müəyyən regionlarda təsadüf edilir, bu isə öz növbəsində, analizlərin, o cümlədən, nəcisin ümumi analizinin nəticəsinə təsir göstərə bilər.
- Analiz verilən zaman aybaşı, yaxud, qanayan hemorroidal düyünlər olarsa, materialın yığılması təxirə salınmalıdır.
- Nəcisin müayinəsində nəcis su, sidik, yuyucu, yaxud, dezinfeksiyaedici vasitələr ilə kontaktda olubsa, istifadə edilə bilməz.
- Anus və cinsiyyət orqanları təmiz su və sabun ilə yuyulmalıdır.
- Nəcis xüsusi qaşıq ilə xüsusi konteynerə yığılmalıdır (laboratoriyada verilmiş, yaxud, aptekdən alınmış)
- Ümumi analiz üçün 3-5 sm3 (təqribən 1 çay qaşığı) material lazımdır.
- Konteyner möhkəm bağlanır, üzərində qeydiyyat aparılır və göndərişlə laboratoriyaya çatdırılır.
- Əgər kopromaterial həmin vaxt laboratoriyaya çatdırılmazsa, 8 saatdan çox olmayaraq +3 ºС -+5 ºС temperaturda saxlanmalıdır.
- Nəcisdə gizli qanın təyini (kart-test)
- Nəcisdə lyambliyanın təyini (kart-test)
- Nəcisdə H.PYLORİ təyini (kart-test)