İnteqrativ Təbabət Nədir? İnteqrativ Müalicə Effektlidir?

İnteqrativ Təbabət Nədir? İnteqrativ Müalicə Effektlidir?

Xəstəliklərin sayının durmadan artdığı bir dönəmlərdə yaşayırıq. İllərlə pasienti narahat edən xəstəlik müalicə olunmayanda və ya müalicə səhv aparılanda  tədricən xronikləşərək  artıq sağalmaz bir problemə çevrilir. Əlavə olaraq  pasientlərin davamlı  kimyəvi preparatlar qəbul etməsi, çirklənmiş ətraf mühit, yediyimiz qidaların əksəriyyətinin orqanik olmaması (ya da  sənaye üsulu ilə hazırlanması) orqanizmin toksinlərlə zəhərlənməsinə, beləliklə də ayrı-ayrı orqanların funksiyasının pozulmasına səbəb olur. İnteqrativ təbabət orqanizmə vahid bir sistem kimi baxdığından və orqanlar bir-biri ilə əlqəli olduğundan  bir orqanın işinin pozulması digərinin də işinə mənfi təsir göstərir. Deməli, bu zaman orqanlar arasında tarazlıq pozulur. Nəticədə 50-60 yaşlı insanlarda rast gəldiyimiz ürək-damar, beyin qan dövranı, mədə-bağırsaq, şəkər, dayaq-hərəkət sistemi xəstəlikləri getdikcə cavanlaşır. Bu da o deməkdir ki,  səhiyyənin,  tibbi  texnologiyaların sürətli inkişafına baxmayaraq genofondumuz ciddi şəkildə zədələnməkdə davam edir. 

Xüsusilə, bu xəstəliklərin xronikləşməsi və tibbin bunu tam olaraq müalicə edə bilməməsi xəstəliklərin daha da ağırlaşmasına və davamlı olaraq pasiyentlərin kimyəvi preparatlardan asılılığına gətirib çıxarır.  İnsan populyasiyasının genetik strukturu artıq müasir dövrün özü ilə gətirdiyi passiv və qeyri-sağlam həyat tərzinin toksin zərbəsinə tab gətirə bilmir. Bu səbəbdən xroniki xəstəliklər sonda sağalmayan və ya müalicəyə çətin tabe olan problem kimi insanların həyatını kabusa çevirir. 

Niyə xəstəliklərin özü deyil, sadəcə simptomları müalicə olunur və ya aradan qaldırılır?


Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatları xəstəliyi törədən səbəblərin köklərini tapmağa deyil, yalnız şikayətlərin aradan qaldırılmasına fokuslanır. Məsələn, yüksək təzyiq və ya allergik reaksiyaların aktivliyi zamanı, qanda şəkərin, xolesterinin səviyyəsi artanda xəstəni vəziyyətdən çıxarmaq üçün müvafiq preparatlar  təyin olunur.  Bu standart tibbi yanaşma zamanı dərman qəbulu dayandırıldıqda əlamətlər yenidən geri dönə bilir və xəstənin həyat ritmi qısa müddətdən sonra yenidən pozulur. Əgər xəstəliyin törədici səbəbi tapılıb aradan qaldırılarsa və məhz ona uyğun müalicə taktikası seçilərsə, bu zaman nəticə effektiv olacaq. İnsan orqanizmi mükəmməl bir sistem olduğundan özünübərpa qabiliyyətinə malikdir.İnteqrativ təbabətdə xəstəliyin səbəbinin tapılaraq aradan qaldırılmasına yönələn müalicə üsulları sayəsində orqanizmin ayrı-ayrı funksiyalarının işi bərpa olunur və nəticədə xəstəlik sağalır.

Xroniki xəstəliklər zamanı istifadə olunan dərmanların bir çox hallarda ömürlük təyin edilməsi və onların yan təsirləri, müalicələrin uzun zaman alması  yeni müalicə metodlarının axtarışını belə demək olarsa, zəruriyyətə çevirib. Bu səbəbdən “İnteqrativ Tibb” -i yanaşma tibb sahəsində gözlənilən qlobal böhranın mümkün həlli kimi ortaya çıxdı və artıq yarım əsrdən çoxdur ki, bir çox ölkədə paradiqma halını alıb. Artıq Almaniya, İngiltərə, Amerika, Kolumbiya və İsveçrə kimi inkişaf etmiş ölkələrdə bu müalicədən geniş istifadə olunur və hətta bu ölkələrin ali tibbi təhsil ocaqlarında da ayrıca fənn olaraq tədris edilir. 

İnteqrativ təbabət müasir diaqnostika ilə yanaşı tibbin ən effektiv və qalıcı müalicə  metodlarını  özündə birləşdirərək pasientlərin sağlamlıqlarını təmin edən  bir təbabətdir. Çox zaman insanlar İnteqrativ Təbabət metodunu tamamlayıcı, alternativ tibblə eyniləşdirsə də, bu müalicə müasir diaqnostika və müalicə ilə yanaşı tibbin bütün sübut olunmuş və optimal variantlarını özündə birləşdirərək xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına qovuşmalarını təmin edən müalicə metodudur. 

Bir sözlə, İnteqrativ təbabətlə müalicənin məqsədi -  şikayətləri azaltmaq, söndürmək deyil, həmin şikayəti, simptomu yaradan səbəbə təsir göstərərək müalicə etməkdir.

İnteqrativ Tibbi müalicə metodlarını aşağıdakı sxematik təsvirdə aydın görmək olar:

İnteqrativ Təbabət metodu ilə hansı xroniki və autoimmun xəstəliklərin qalıcı müalicəsi mümkündür?


Bu müalicə üsulu ilə bir çox xəstəliyin müalicəsi mümkündür. Həmin xəstəliklərə aşağıdakıları daxil etmək olar:
  • Nevroloji xəstəliklər
  • Endokrin sistemin xəstəlikləri
  • Qastroenteroloji xəstəliklər
  • Kardioloji xəstəliklər
  • Pediatrik xəstəliklər
  • Dermatoloji xəstəliklər
  • Revmatoloji xəstəliklər
  • Qulaq-burun-boğaz xəstəlikləri
  • Uroloji və androloji xəstəliklər
  • Oftalmoloji xəstəliklər
  • Kosmetoloji xəstəliklər
  • Stomatoloji xəstəliklər
  • Dayaq-hərəkət sisteminin xəstəlikləri
  • Terapevtik xəstəliklər
  • Dietoloji xəstəliklər
  • Onkoloji xəstəliklər
  • Ginekoloji xəstəliklər
  • Hepatoloji xəstəliklər
  • Allergik xəstəliklər
  • Pulmonoloji xəstəliklər və s.

İnteqrativ Təbabət müalicə metodunun fərqi nədir?


İnteqrativ təbabət akademik təbabət də daxil olmaqla, tibbin bütün sübut olunmuş sahələrini özündə birləşdirir. İnteqrativ tibblə məşğul olan həkimlər öz ixtisas sahəsini yaxşı bilməklə yanaşı, biotənzimləyici preparatlar və onların orqanizmə müsbət təsirləri, izopatik terapiya, fizioloji tənzimləyici terapiya, akupunktura, biopunktura, homeosiniatriya, nevral terapiya və s. metodların dərinliyini öyrənib müalicə taktikasında ən optimal variantı pasiyentə tətbiq etməyi bacarırlar.

Bu müalicə zamanı istifadə olunan dərman preparatlarının digər kimyəvi tərkibli dərmanlar kimi orqanizmə zərərli təsiri yoxdur. Hətta hamilə qadınlara və uşaqlara belə təyin edilə bilər.

İnteqrativ Təbabət metodu niyə uşaqlar üçün zəruridir?


Uşaqlarda rast gəlinən xəstəliklərin müalicəsində İnteqrativ təbabət metodu xüsusilə vacibdir. Belə ki, uşaq orqanizmi toksiki baxımdan daha təmiz olduğu üçün İnteqrativ təbabətin müalicə üsulları onların bədənində daha tez  müsbət nəticə göstərir və gələcək təhlükələr aradan qalxmış olur. 

Məhz bu üsullar  (biotənzimləyici, izopatik, fizioloji tənzimləyici, mikrobioloji terapiya və s.) və əlavə olaraq biotənzimləyici preparatlar vasitəsilə orqanizmin  özünübərpa funksiyalarını aktivləşdirərək xəstəliyə qalib gəlmək mümkündür. İnteqrativ təbabətdə istifadə olunan preparatlar  kiçik- nano dozalarda və durulaşdırma üsulu ilə  hazırlandığına görə orqanizm tərəfindən asanlıqla  mənimsənilir, sağalma prosesini sürətləndirərək onun üzünmüddətli və qalıcı olmasını təmin edir.