Biotənzimləyici terapiya - bioloji təbabətin müalicə üsullarından biridir. Bu terapiya homotoksikologiya elminə əsaslanan və müvafiq olaraq homotoksinlər tərəfindən törədilmiş patologiyanın aradan qaldırılmasına yönələn müalicədir. İnsan orqanizminə göstərdiyi təsirə görə bu müalicə biotənzimləyici terapiya adını almışdır.
Biotənzimləyici terapiyanın məqsəd və üsulları aşağıdakılardan ibarətdir:
Xəstəliyin Profilaktikası
Xəstəli̇kləri̇n müali̇cəsi̇:
Biotənzimləyici terapiya xüsusi preparatlarla həyata keçirilir ki, bu preparatlar xroniki xəstəliklərin yaranmasında əsas patogenetik zəncir olan - hüceyrəxarici matriks səviyyəsində təsir edirlər (şəkil 1). Hüceyrəxarici matriksin homotoksinlərdən təmizlənməsi preparatların drenaj təsiri hesabına baş verir.Sonradan immunomodulyasiyaedici və bərpaedici təsirə malik olan preparatlarla bütöv orqanizm səviyyəsində özünütənzimləmə prosesləri (psixo-neyro-endokrin –immun sistemin vasitəsilə) bərpa olunur. Beləliklə, istifadə olunan preparatlar müalicənin bütün mərhələlərinə tənzimləyici təsir göstərir.
İstifadə olunan preparatların çoxkomponentliyi və çoxməqsədliliyi sayəsində bu və ya digər xəstəliyin müalicəsinə patogenetik cəhətdən yanaşılır. Başqa sözlə desək, istifadə olunan biotənzimləyici preparatlarla müalicə orqanizmin əsas tənzimləyici sistemlərini əhatə edən patogenetik müalicədir.
Homotoksikologiya - homotoksinlərin insan orqanizminə təsirini öyrənən elmdir. Homotoksin isə insan orqanizminə dolayı və ya birbaşa toksiki təsir göstərən istənilən maddədir. Homotoksikologiya termini üç sözdən yaranmışdır: latınca "homo"-"insan" və ya "özü", "toksik" isə yunancadan "zəhər" və ya "toksikon", "loqos" - "öyrənirəm" mənasını bildirir.
Homotoksikologiya nəzəriyyəsinə əsasən insan orqanizmi bütöv bioloji sistemdir və xəstəlikər homotoksinlərlə orqanizmin mübarizəsini əks etdirən prosesdir
Homotoksikologiya nəzəriyyəsinin və bu nəzəriyyəyə əsaslanan müalicə üsulunun yaradıcısı alman alimi və həkim Hans Haynrix Rekkeveq olmuşdur (1905-1985).
Rekkeveq təliminin əsasları
Sağlamlıq - bu, orqanizmin toksinlərdən, onların törətdiyi funksional və üzvi dəyişikliklərdən azad vəziyyətidir
Xəstəlik - orqanizmin endogen və ekzogen "homotoksinlərə" və ya onların törətdiyi zədələyici təsirlərə qarşı bioloji, məqsədyönlü müdafiə prosesidir, yəni orqanizmin özünü bioloji tarazlıqda saxlamaq qabiliyyətidir
Xəstəliyin simptomları - orqanizmin homotoksinləri neytrallaşdırmaq və xaric etmək üçün göstərdiyi müdafiə reaksiyasıdır; buna görə də müalicənin məqsədi simptomların zəiflədilməsi yox, dəstəklənməsidir. Bununla yanaşı müalicə orqanizmin müdafiə gücünün aktivləşdirilməsinə yönəldilməlidir
Sağalma - orqanizmin homotoksinlərdən və onların törətdiyi zədələrdən azad vəziyyətidir.
Homotoksin - orqanizmə neqativ təsir göstərən və ya bioloji balansı (homeodinamikanı) zədələyən istənilən agent və ya faktordur.Toksinlər ətraf mühitdən orqanizmə mədə-bağırsaq traktından, tənəffüs sistemindən, dəridən keçə bilər.Toksinlər orqanizmin özündə fizioloji metabolizmin aralıq məhsulları, yaxud orqan və sistemlərin funksiyasını tənzim edən neyrotransmitter, hormonların həddən artıq ifraz olunması nəticəsində əmələ qələ bilər.
Rekkeveq tərəfindən irəli sürülən "homotoksin" anlayışına xroniki stress kimi psixososial amillər də aid edilmişdir. Bu gün dəqiq qəbul edilmişdir ki, xroniki psixososial stress şəkərli diabet və ürək-qan-damar xəstəliklərinə səbəb olan mərkəzi piylənməyə və həddən artıq qida qəbuluna təkan verə bilər. Müasir həyatın qaçılmaz hissəsi olan həddən artıq səsin insan fiziologiyasına, ümumilikdə və eləcə də eşitməyə aid olmayan ürək-qandamar, neyroendokrin, psixoloji və immun sistemlərə mənfi təsiri tədqiqatlarla sübut olunmuşdur.
İstənilən növ toksinin orqanizmə təsiri "homotoksikoza" səbəb olur. Homotoksikoz- toksinlərin təsiri altında hüceyrə və toxumalarda humoraI və ya hüceyrə səviyyəsində yaranan və toxumaların morfoloji dəyişikliyinə səbəb olan patofizioloji vəziyyətdir.
Rekkeveq nəzəriyyəsinə əsasən xroniki xəstəliklərin yaranma patogenezi toxuma və orqanlarda "damar- hüceyrəxarici matriks-membran reseptorları" səviyyəsində drenaj-dezintoksikasiya proseslərinin pozulması nəticəsində yaranır. Hüceyrəxarici matriks intoksikasiya zamanı öz funksiyalarını optimal vəziyyətdə yerinə yetirə bilmir.Nəticədə hüceyrənin həyat fəaliyyəti üçün lazım olan oksigen və qidalı maddələrin, hormonların, neyropeptid və interleykinlərin informativ molekulunun kapilyar şəbəkəsindən keçməsi zəifləyir. İltihabi proses nəticəsində immunoloji müdafiə funksiyası və retikulo-endotelial sistemin funksiyası və bununla yanaşı, interstisial mayedən hüceyrənin həyat fəaliyyəti məhsullarının xaric olması zəifləyir. Metabolizmə uğraya bilməyən və drenaj orqanları tərəfindən ifraz oluna bilməyən toksinlərdən: lipofillər piy toxumasında, hidrofil olanlar isə digər birləşdirici toxumalarda (sümük, qığırdaq, dəri və s.) toplanırlar.
Toksinlər hüceyrəxarici matriksdə mexaniki yolla, yaxud matriksin səthində olan strukturlara ionlar vasitəsiylə, həmçinin hidrofob və ya hidrofil birləşmə yoluyla yığılır. Hüceyrəxarici matriksin "şlaklanması" toxuma asidozuna, sərbəst radikalların yaranmasına və iltihabönü vəziyyətə səbəb olan proteolitik sistemin aktivləşməsinə gətirib çıxarır. Bu isə nəticədə xroniki xəstəliklərdən tutmuş, bədxassəli şişlərə qədər müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Patologiyanın yaranması prosesində ilk olaraq özünütənzimləmə qabiliyyətinin dərəcəsi dəyişilir.Tənzimləmə kifayət qədər olmadıqda isə fizioloji normanın dəstəklənməsi üçün hüceyrə və toxuma səviyyəsində dəyişikliklər yaranır. Homotoksikoz prosesinin proqressivləşməsi, toksikozun dərəcəsindən və toksinlərin təsir müddətindən asılıdır.
Orqanzimdə baş verən patoloji dəyişiklikləri H.H.Rekkeveq 6 fazalı cədvəl adlandırılan bir sistemdə birləşdirmiş və cədvəldə patoloji prosesin lokalizasiyəsını, kliniki simptomlarını, prosesin ağırlığını nəzərə alaraq 6 fazanı ayırd etmişdir. Hazırda bu cədvəl bir az dəyişdirilərək "xəstəliklərin inkişaf cədvəli" adlandırılır, bura embrional rüşeym vərəqlərinə uyğun olaraq orqanların mənşəyi əlavə edilmişdir.
Xəstəliyin inkişaf dinamikasını, yəni xəstəliyin bir fazadan və ya bir toxumadan digərinə keçməsi prosesini xəstəliklərin inkişafı cədvəlində homotoksikoz fazasının soldan sağa və ya yuxarıdan aşağı getməsi qöstərilir. Kliniki olaraq bu, simptomətikanın və xəstənin vəziyyətinin pisləşməsiylə təzahür edir. Əsas səbəb isə orqanizmin özünütənzimləmə mexanizmlərinin natamamlığındadır.
Müalicə nəticəsində homotoksikozlar fazasının əks tərəfə yerdəyişməsi - sağdan sola və ya aşağıdan yuxarı, yəni fizioloji sekresiya tərəfə dəyişməsi baş verir. Kliniki olaraq simptomların yaxşılaşması, sağalmaq tendensiyasıyla özünü göstərir. Xəstəliyin əvvəlki fazalarında baş verən residivlərin (hətta bir neçə il və ya on illər əvvəlki residivlər) üzə çıxması xarakterikdir.
Beləliklə, pasiyentin fərdi vəziyyətini düzgün qiymətləndirmək və buna uyğun olaraq biotənzimləyici terapiya strategiyasını seçmək üçün xəstəliklərin inkişaf cədvəli həkim üçün əvəzedilməz vəsaitdir.

- Orqanizmin intoksikasiyasının qarşısının alınması
- Orqanizmin özünütənzimləmə qabiliyyətinin dəstəklənməsi
- Sağlamlıq və əhval-ruhiyyənin yaxşılaşması
Xəstəli̇kləri̇n müali̇cəsi̇:
- Dezintoksikasiya
- Drenaj orqanlarının aktivləşdirilməsi
- İmmunomodulyasiya
- Hüceyrə və humoral immunitetin tənzimlənməsi
- Regenerasiya
- Zədələnmiş hüceyrə və orqanın bərpası və funksiyasının aktivləşdirilməsi